Məhkəmə qərarları › İş №2(103)-3665/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3665/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3665/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcün ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2062/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11800,84 ABŞ dolları məbləğində əsas borc, 1678,77 ABŞ dolları faiz borcu və 362,85 ABŞ dolları cərimə, cəmi 13842,46 ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kollegiya iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki işin materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsini Cavabdeh2 xəbərnaməyə xx xxxx 2017-ci il tarixdə şəxsən imza etməklə qəbul edilmişdir (səh.82). Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti isə Qaradağ rayon məhkəməsinə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı madəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363.1.3, 363.3, 366, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar