Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-367/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun tutulması” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 000 manat borc məbləğinin və dövlət rüsumumun əvəzi olaraq ödənilmiş 165 manatın, cəmi 22165 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində 3M-117 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfindən Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsilə 16 ay müddətinə, yəni – xx.xx.2022-ci il tarixədək 22000 manat məbləğində borc pul verilmişdir. Lakin həmin məbləğ indiyədək geri qaytarılmamışdır. Daha sonra tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilərək, borcun 3 gün ərzində geri qaytarılması xahiş olunmuş, əks halda tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 22.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi müəyyən edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etdiyinə istinad edərək rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, işlətmək üçün restoran axtardığından iddiaçı ona öz restoran biznesini satmağı təklif etmiş onunla 22000 manata razılaşıb məbləği işləməyə başlayandan sonra hissə-hissə ödəyəcəyini bildirmiş və bunun zəmanəti kimi 36 saylı DNK-da iddiaçı ilə xx.xx.2021-ci il tarixdə 16 ay müddətində hər ay 1375 manat ödəmək şərti ilə notariusda kredit müqaviləsi imzalamış və "xxxx" ASC-də adına açılan depozit hesaba iddiaçı tərəfindən 22000 manat pul qoyulmuşdur. Lakin, iddiaçı restoranın işlədilməsi ilə bağlı olan narahatçılıqları gizlədərək ona bu barədə əvvəlcədən bildirməmiş, restoranın işlədilməsində problemlərlə üzləşərək biznesini iddiaçıya qaytarmağı, kredit müqaviləsinin ləğv edilməsini və banka qoyulan, lakin məxaric etmədiyi pulun iddiaçının özünə aid edilməsi üçün sənədləşmə işlərinin aparılmasını ondan xahiş etmiş, iddiaçı isə bunlardan imtina edərək kredit müqaviləsinin qüvvədə olduğunu bildirib borc məbləğin ödənilməsini tələb edərək sonradan ona qarşı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə yuxarıda qeyd edilən qətnamə çıxarmışdır. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin rəsmiləşdirilməsi və bank əməliyyatının aparılması xx.xx.2021-ci il tarixə təsadüf edir. Lakin 2021-ci ilin may ayının 9 və 10 rəsmi olaraq qeyri iş günləri hesab edilmişdir. Belə olan halda, yəni qeyri iş günündə kredit müqaviləsinin rəsmiləşdirilməsi və bank əməliyyatının aparılması qanunsuz olmuşdur. Bundan başqa iddiaçı kredit müqaviləsi üzrə bankın depozit hesabına mədaxil etdiyi 22000 manat onun tərəfindən bu günə kimi məxaric edilməmişdir (götürülməmişdir). Hesab edir ki, iddiaçı və 36 saylı notariat saxtakarlıq edərək (yalan və ya uydurma əqd bağlamaqla) adına borc rəsmiləşdirib həmin məbləği özləri məxaric edib istifadə etmişlər.
6. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin 2-ci səhifəsində, iş materiallarına əlavə edilmiş sənədlər hissəsində kredit müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlandığı halda, onun xx.xx.2020-ci il tarixdə bağlandığı göstərilmiş, daha sonra "xxxx" ASC-nin depozit hesaba mədaxil qəbzinin tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Həmçinin, qətnamənin digər əsaslandırıcı və nəticə (qət etdi:) hissələrində də tərəflər arasında kredit müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlandığı vurğulanır. Halbuki, həmin tarixdə tərəflər heç biri digərini tanımırdı.
7. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 165 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Hazırkı işə apellyasiya qaydasında baxılarkən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, israrlı şəkildə bildirdi ki, pulun götürülməsi barədə çekdəki imza ona məxsus deyil, o pul götürməmişdir. Odur ki, xətşünaslıq ekspertizası keçirilməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ekspert rəyi daxil olduqdan sonra keçirilən məhkəmə iclasına məlumatlandırılmış cavabdeh gəlməmişdir.
10. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi P.Yusifli bildirdi ki, bank tərəfindən notariatın çeki əsasında ödəniş edilib, 22.000 manat pulun verilməsi barədə çekin əsli də bankdadır.
11. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
13. Bakı şəhəri 36 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 22 000 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər;
14. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə mədaxil edərək AZ61GUNA******************** nömrəli depozit hesaba 22 000 manat məbləğində pul qoymuşdur;
15. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Xəbərdarlıq məktubundan görünür ki, 22 000 manat borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Cavabdeh 22.000 manat vəsaitin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli GB 114361 nömrəli çekin əsli müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən təqdim edilmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, "xxxx" ASC-nin Cavabdeh 22.000 manat vəsaitin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli 22.000 manatın alınması barədə tərtib edilmiş GB 114361 nömrəli çekdə qeyd edilən “çekdə göstərilən məbləği aldım” yazısı qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.
21. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun kredit müqaviləsində qeyd edilən məbləği götürməməsi ilə bağlıdır.
41. Məhkəmə kollegiyası tərəfindən həmin dəlilin yoxlanılması üçün məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, "xxxx" ASC-nin Cavabdeh 22.000 manat vəsaitin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli 22.000 manatın alınması barədə tərtib edilmiş GB 114361 nömrəli çekdə qeyd edilən “çekdə göstərilən məbləği aldım” yazısı qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir.
42. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin pulu götürməməsi barədə dəlilinin əsassız olması ekspert rəyi ilə müəyyən edilmişdir.
43. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 2-ci səhifəsində, iş materiallarına əlavə edilmiş sənədlər hissəsində kredit müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlandığı halda, onun xx.xx.2020ci il tarixdə bağlandığı göstərilmişdir.
44. Kollegiya bununla bağlı bildirir ki, kredit müqaviləsinin tarixinin 2021-ci il əvəzinə, 2020-ci il göstərilməsi texniki səhvdir, odur ki, əhəmiyyətsizdir.
45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Bundan başqa, cavabdeh apellyasiya icraatı zamanı səs yazısını təqdim etmişdir. Bununla bağlı Kollegiya aşağıdakıları qeyd edir.
47. Əvvəla, həmin səs yazısında danışıqların cavabdeh ilə yox, üçüncü şəxslər arasında olduğu məyyən edilmişdir, başlıcası isə həmin sübut MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından, hazırkı apellyasiya mərhələsində qəbul edilə bilməz (gecikmiş sübut).
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
49. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin isə dəlilləri təsdiq olunmadığından əsassızdır və təmin edilə bilməz. Nəticə:
50. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza xərci də cavabdehdən tutulmalıdır.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.