Məhkəmə qərarları › İş №2(103)-3670/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3670/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3670/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən - İddiaçı Borc alan - Cavabdeh 500 000 manat məbləğində borc verir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500000 manat məbləğində pulun, ödənilmiş 790 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 500 000 borc pul vermiş və bu borcu 09 sentyabr 2021-ci ıl tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisində borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Qeyd olunan məbləği notariusun bankda olan depozıt hesabına ödədikdən sonra cavabdeh həmin pulu göturmuşdur. Kredit müqavilənin 2-ci bəndinə əsasən, borcalan krediti 09 noyabr 2021-cı ıl tanxədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Muqavildə göstərilən müddət çatdıqdan sonra cavabdehə pulun qaytarılması üçün şifahi qaydada xəbərdarlıq etmiş, cavabdeh vaxt verməyi xahiş etmiş, lakin bu günədək cavabdeh müqavilə üzrə şərtləri pozaraq borcunu ödəməmişdir.

4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 500000 manat məbləğində pul, ödənilmiş 790 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-cii l tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 500000 manat pul borc vermiş, cavabdeh xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri 51 saylı notariat ofisində notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, iddia ərizəsinə etiraz verməmiş və bununla da iddianı qəbul etdiyini nümayiş etdirmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 500000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 739, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı bildirir ki, Cavabdeh 500 000 borc pul vermiş və bu borcu 09 sentyabr 2021-ci ıl tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisində borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Qeyd olunan məbləği notariusun bankda olan depozıt hesabına ödədikdən sonra cavabdeh həmin pulu göturmuşdur. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borcalan krediti 09 noyabr 2021-cı ıl tanxədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Muqavilədə göstərilən müddət çatdıqdan sonra cavabdehə pulun qaytarılması üçün şifahi qaydada xəbərdarlıq etmiş, cavabdeh vaxt verməyi xahiş etmiş, lakin bu günədək cavabdeh müqavilə üzrə şərtləri pozaraq borcunu ödəməmişdir. Qeyd edir ki, tərəflər arasında iddiaçının qeyd etdiyi borc müqaviləsi olsa da, faktiki olaraq iddiaçı cavabdehə borc verməmişdir. Belə ki, bu müqavilənin bağlanılma səbəbləri tam başqadır. Əgər iddiaçının bildirdiyi kimi, verilmiş pul bankın depozit hesabından keçmişsə, yəqin ki, bu hal kassa qəbzləri və notariat ofisinin videogörüntüləri vasitəsi ilə müəyyən olunar kı, həqiqətəndə cavabdeh həmin pulu götürüb. Birinci instansiya məhkəməsində iştirak etmədiklərindən araşdırılası müəyyən xüsusatlar vardır ki, onları məhkəmə iclasında təqdim edəcəklər. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

9 İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirir ki, tərəflər arasında müəyyən razılığa gəlindiyindən ərizənin təmin edilməsini xahiş edir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

11. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

12. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

13. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

14. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

16. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh məhkəməyə apellyasiya şikayətindən imtinaya dair ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 500000 manat məbləğində pul, ödənilmiş 790 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh ilə İddiaçı aralarında razılığa gələrək həmin məbləğin əvəzi olaraq Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F Bayramov, A.Cəlilov, A İsmayılov küçələrinin kəsişməsində inşa edilən 6 saylı, qeyri-yaşayış bınasının mənfi 2 səviyyəsində yerləşən, ümumi sahəsi 80 kv m olan qaraj, mənfi 1 səviyyəsində yerləşən, ümumi sahəsi 395 kv m olan qaraj verilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)- 1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edir.

17. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən Cavabdeh verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-1184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar