Məhkəmə qərarları › İş №2(103)-3673/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3673/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3673/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəfərov X6 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)-1426/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D-4413 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0003 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7356,55 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3116, manat və 121,42 (bir yüz iyirmi bir manat 42 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 10 594,87 (on min beş yüz doxsan dörd manat 87 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuşdur. xx.xx.2012-ci il tarixli 030642 saylı akt əsasında 151,20 manat, xx.xx.2012-ci il tarixli 035821 saylı akt əsasında 194,40 manat, xx.xx.2013-cü il tarixli 075444 saylı akt əsasında 158,40 manat, xx.xx.2015-ci il tarixli 088285 saylı akt əsasında 284,40 manat, xx.xx.2016-cı il tarixli 092953 saylı akt əsasında 291,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 200,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 237,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 146,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 191,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 116 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 55,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 708 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 293,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 149,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 241,20 manat, cəmi 7419,30 manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 151,20 manat zərərdən 62,75 manat məbləğində ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 7356,55 manat məbləğində təşkil edir. Cavabdehin ödənilməmiş 2020-ci ilin yanvar-dekabr ayları üzrə 730,60 manat borcu və limitdən əlavə 23,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1177,05 manat borcu və limitdən əlavə 21,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-noyabr ayları üzrə 975,87 manat sərfiyyat borcu və limitdən əlavə 45,88 manat sərfiyyat borcu, cəmi 2974,70 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 147,20 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. (2974,70+147,20=3121,90) 2020-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər cavabdeh cəmi 5 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3116,90 (üç min bir yüz on altı manat 90 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 10 473,45 (on min dörd yüz yetmiş üç manat 45 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 mart 2023-cü il tarixli, 2(008)-1426/2023 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 2974.70 (iki min doqquz yüz yetmiş dörd manat, yetmiş qəpik) manat debitor borcu, 142.20 (bir yüz qırx iki manat, iyirmi qəpik) manat dəymiş ziyan, 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki,İddiaçı İB-nin əməkdaşları tərəfindənBirliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyinəməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X4nınpozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanınbərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbimizin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi apellyaisya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”

10. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

11. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində, yəni aktlara görə zərərin təmin edilməyən hissəsində və debitor borcun tutulmaması hissəsində mübahisələndirildiyindən, qətnamə o hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilməyən hissəsində) qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və aktlara əsasən dəymiş zərərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla aşağıdakıları qeyd edir.

25. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə hər hansı bir ödəniş edilməmişdir. Lakin işin faktiki hallarından, eləcə də cavabdehin özünün birinci instansiya məhkəməsində izahatından görünür ki, təbii qazdan istifadə etmişdir. Bunun müqabilində isə hər hansı məbləğdə ödəniş həyata keçirməmişdir. Bu isə ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin qəbul etdiyi aktlar üzrə zərərin tutulması qalan bütün aktlar üzrə tam olaraq təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, sözügedən illər ərzində abonenet tərəfindən hər hansı bir ödəniş edilməməsi qazadan istifadə qaydalarını pozmaqla ondan qeyri-qanuni istifadə edilməsi halını daha da real olmasına dəlalət edir. Bununla bağlı təqdim edilən fotoşəkillərdə mövcuddur və şəkillərin cavabdehin evinə məxsus olması da mübahisələndirilməməklə cavabdeh yalnız bir dəfə qazdan sayğacdan kənar istifadə etməsini bildirmişdir.

26. Lakin kollegiya qeyd edir ki, zərər iddia ərizəsində tələb edilən məbləğdə tutula bilməz. Belə ki, tərtib edilən aktlarda hesablanması müəyyən edilən aktlar üzrə sərfiyyat və ona görə hesablanan məbləğ reallığı əks etdirmir. Nəzərə alsaq ki, 2016-ci ildən 2021ci ilin aprel ayınadək keçən müddət bəzi illərəd ardıcıl bəzi illərdə aramla aktlar tərtib edilmişdir ki, ümumilikdə 33 aktdan ibarət olmaqla 3 ilə yaxın müddət edir. Ümumilkdə isə məhkəmə iddiaçı tərəfindən qəbul edilən xx.xx.2019 aktın doğruluğunu qəbul etsə də, digər aktların düzgün olmamasını bildirmiş, lakin bunu aktların şübhə doğurması əsası ilə əsaslandırmışdır. Halbuki, cavabdehin hər hansı aktı qəbul etməsi digər aktların əsassız olması qənaətinə gəlməyə əsas vermir. Uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişi olmaması X4nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasına əsas verir. Belə olan halda məhkəmə həmin aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmalı olduğu halda bunu etməmişdir.

28. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aklara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, eyni zamanda iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin də orada qeyd edilən məbləğdə tutulması da qanuni və əsaslı hesab edilə bilməz.

29. Belə ki, bir çox hallarda iddiaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşylar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Eyni zamanda 2016-ci ildən götürülməklə son aktın tərtib edilməsinə 33 akt tərtib edilmişdir. Lakin həmin aktlardan biri cavabdeh tərəfindən qəbul edildiyindən ona münasibət bildirilmir. Digər aktlar nəzərə alındığından 3 ilə yaxın müddət edir. Həmin keçən müddətin təxmini 32 aktdan aylar üzrə 14 ayı yaz-yay aylarına, 18 ayı isə payızqış aylarına təsadüf edir. Eyni zamanda aktlarda qazla işləyən alətlərin işləmə saatları böyük əksərriyət aktlarda 18, 24 saat işləməklə hesablamalar aparılmışdır. Bu isə nə qış aylarında nə də yay aylarında reallığa uyğun olmamaqla həqiqəti əks etdirmir. Bəzi aktlarda isə müqavilədə göstərilməməsinə baxmayaraq PQ-4 və başqa alətdə göstərilmişdir. Bəzi aktlarda isə soyuq olmayan aylarda dəmir soba üçün hesablamalar aparılmışdır.

30. Kollegiya qeyd edir ki, bəzi aktlar üzrə isə aylıq zərər qismində hesablama aparılarkən 1 aylıq müddətə görə 293, 284, 259, 252, 237 manat zərərlər hesablanmışdır. Bu isə özlüyündə həmin aktlar üzrə hesablanan məbləğlərin reallıqdan kənar olduğunu təsdiq edir. Fərdi yaşayış evi üzrə aylıq bu məbləğdə qaz sərfiyyatının olması həm reallıq baxımından uyğun gəlmir, həm də əvvəlki illər üzrə də aylıq sərfiyyata baxıldığı zaman tam uyğunsuzluq yaratmaqla həqiqəti əks etdirə bilməz.

31. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 18 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. (1.4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 18 ay (6048 m3) x 0.10=604.8 manat).

32. Bundan əlavə əksəriyyət aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 18, 24 saat hesablanma aparılmışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks dirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 32 ay ərzində aylıq işləmə saatları və maximal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 32 ay müddətində hesablanma aparılmalıdır (QP-4 (1.2 m3/saat x 4 saat iş rejimi x 30 gün=144 m3, 144 m3 x 32 ay (4608 m3) x 0.10=460.8 manat). (QSSQ (1.5 m3/saat x 4 saat iş rejimi x 30 gün=180 m3, 180 m3 x 32 ay (5760 m3) x 0.10=576 manat). Kollegiya hesab edir ki, aktalar görə qeyd edilən məbləğlərdə zərər cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin debitor borcun tutulmasının təmin edilməyən hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, xx.xx.2012-ci il tarixli 030642 saylı, xx.xx.2012-ci il tarixli 035821 saylı, xx.xx.2013-cü il tarixli 075444 saylı, xx.xx.2015ci il tarixli 088285 saylı aktlara əsasən hesablanmış zərərin cavabdehdən iddiaçıın xeyrinə tutulmasının təmin edilməməsi hissəsində də birinci instansiya məhkəməsi aktlar mövcud olmadığından haqlı olaraq iddia tələbinin həmin aktlara münasibətdə təmin edilməməsi nəticəsinə gəlmişdir.

34. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023cü il tarixli, 2(008)-1426/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən aktalara görə 1641.6 manat (604.8+460.8+576=1641.6 manat) zərər tutularaq İddiaçı İB-nin xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)- 1426/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. X1 1641.6 manat zərər İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar