Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3685/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli qərardadından cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və şikayətə baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəflə məhkəmədən kənar razılığa gəldiyindən iddia ərizəsinin geri götürülməsi zərurəti yarandığını, qeyd olunanlara əsasən işin dayandırılmasını və 630 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, qərardadla razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə iclasında heç bir tərəf iştirak etməmiş və iddiaçı tərəfindən iki (“iddiadan imtina barədə” və “iddia ərizəsinin qaytarılması barədə” ərizə təqdim olunmuşdur. Həmin ərizələr arasında uyğunsuzluq aradan qaldırılmamış və yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə öz mülahizəsinə uyğun qeyri-obyektiv qərardad qəbul etmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən maddələrin tələbindən göründüyü kimi, ərizənin baxılmamış saxlanması üçün iki şərtin eyni zamanda mövcud olması tələb olunur: iddia ərizəsinin qaytarılması barədə ərizə verilməsi və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi. İş materiallarından görünür ki, qərardadın çıxarıldığı xx.xx.2024-cü il tarixdə tərəflər məhkəmə iclasında iştirak etməmiş, qərardad tərəflərin iştirakı olmadan keçirilmiş məhkəmə iclasında qəbul edilmişdir. Həmin tarixədək iddiaçının irəli sürmüş olduğu iddia ərizəsi ilə bağlı iki ərizəsi daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsində iddiaçı, iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsində isə iddia ərizəsini geri götürdüyünü bildirirək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İddiaçı tərəfindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə verilmiş ərizəsi geri götürülməmiş, Rayon Məhkəməsi tərəfindən həmin ərizəyə baxılıb münasibət bildirilməmişdir. Rayon Məhkəməsi iki fərqli hüquqi nəticələr yarada biləcək ərizələrlə bağlı anlaşılmazlığı iddiaçı ilə müzakirə edərək aradan qaldırmamış, ümumiyyətlə “iş üzrə icraata xitam verilməsi barədə” ərizəyə münasibət bildirməmişdir. Rayon Məhkəməsi şikayəti əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəf əvvəl mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etsə də, sonradan xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə bağlı öz fikrini dəyişərək yenidən ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh tərəflə məhkəmədən kənar razılığa gəldiyindən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması tələb etmişdir. Lakin iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsində onun iddia tələbi ilə bağlı fikrini dəyişməsi ifadə olunmamışdır. Rayon Məhkəməsi öz mülahizəsi ilə belə qənaətə gəlməkdə haqlı olmamışdır. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslıdır. Rayon Məhkəməsi iddiaçı tərəfin verilmiş “iddiadan imtina və iş üzrə icraata xitam verilməsi barədə” ərizəyə dair iddiaçının mövqeyini dəqiqləşdirilmədən, “iddia ərizənin qaytarılması barədə” ərizə əsasında iddianı baxılmamış saxlanması barədə qərardad qəbul etməklə səhvə yol vermişdir. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və içə mahiyyəti üzrə baxılıb, iddiaçının verdikləri və yuxarıda qeyd edilən ərizələrinə hüquqi qiymət verilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxılıb və iddiaçı tərəfindən verilmiş “iddiadan imtina barədə” və “iddia ərizəsinin qaytarılması barədə” ərizələrə hüquqi qiymət verilməsi üçün iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3685/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3685/2024
31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver