Məhkəmə qərarları › İş №2(103)-3686/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3686/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3686/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun vəkili Eyvazova Mətanət Böyükağa qızı , Cavabdeh1 vəkili X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6381/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş maddi ziyana görə 87.000 ABŞ dolları məbləğində pulun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6381/2019 saylı, xx xxxxxxx 2019-cu il qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, onun tərəfindən hüquqlarının bərpa edilməsi məqsədilə zəruri hərəkətlər edildiyini, müvafiq qurumlara bu məqsədlə şikayət edildiyini, bununla da məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsinin əsassız və qanunsuz olduğunu göstərib qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili M.Eyvazova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili T.Abdiyev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Cavabdeh1, İddiaçı, X9 və Kərim-zadə Elmira Əhməd qızı tərəfindən imzalanmış xx.xx.2009-cu il tarixli qəbzə əsasən Cavabdeh1 Abşeron rayonu, Novxanı kəndində yerləşən iki mərtəbəli bağ evini X6 175.000 ABŞ dollarına satmış, bağ evinin dəyərindən Cavabdeh1 hissə-hissə 87.000 ABŞ dollarını almışdır. Qalan pulun bağ evinin X5 adına qeydiyyata alındıqdan sonra Cavabdeh1 ödəniləcəyi barədə tərəflər razılığa gəlmişlər; Cavabdeh1 Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi izahata əsasən o, fərdi ticarətlə məşğuldur. Vahid Kərimovla 10 ilə yaxındır ki, tanışdır, hazıra da münasibətləri səmimi və normaldır. Vahid Kərimov 2010-cu il tarixdə Nizami rayonu ərazisində olan torpaq sahəsini satıb, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Rəhilə Abbasova və əri Tağı Cəfiyevə məxsus olan dəri emalı sexini almaq qərarına gəlmiş, onlarla danışdıqdan sonra həmin sexi 250.000 ABŞ dollarına almaq istədiyini ona demişdir. Vahid həmin sexə görə onlara beh verdiyini bildirmişdir. xx xxxx 2010-cu il tarixdən xx xxxx 2010-cu il tarixə kimi onun yanında Rahilə Abbasovaya hissəhissə 82.000 ABŞ dolları pul vermişdir. Həmçinin, xx xxxxxxxx 2010-cu il tarixdə onun iştirakı ilə Vahid 20.000 ABŞ dolları, xx xxxxxxxx 2010-cu il tarixdə isə 10.000 ABŞ dolları pulu Rahiləyə vermişdir. Həmçinin, onun iştirakı ilə xx xxxxxx 2010-cu il tarixdə sexdəkanalizasiya xəttinin bərpası üçün Rahilənin əri Tağıya 5.500 ABŞ dolları pul vermişdir. Sonradan Vahid qalan pulu, cəmi 260.000 ABŞ dolları olmaqla Rahilə və Tağıya vermişdir. Onların sövdələşməsinə görə qalan pul torpağın özəlləşdirilməsindən sonra verilməli idi. Vahid pulun 206.000 ABŞ dollarını verdikdən sonra onlar notariat kontorunda həmin sexi Vahid Kərimovun adına bağışlama yolu ilə sənədləşdirmişlər. Rahilə sex üçün pulun çox hissəsini (250.000 ABŞ dollarından 206.000 ABŞ dollarını) aldığından və xərclədiyi üçün alğı-satqı ilə əlaqədar banka pul köçürə bilməmiş, bu səbədən də alğısatqı alınmamışdır. Buna görə də sexin Vahid Kərimova bağışlanması barədə sənədlər daşınmaz əmlakın dövlət reyestri xidmətinin Abşeron ərazi idarəsinə verilmiş, lakin sənədləşmə düzgün aparılmadığından forma 1-in dəyişdirilməsi təklif edilmiş, lakin Rahilə forma 1 sənədini dəyişməmiş, alğı-satqı baş tutmamışdır. Sonradan həmin sexin Rahilə tərəfindən kənar şəxsə satıldığı aşka olmuşdur. X12 adlı şəxsə etibarnamə vermiş, o isə həmin sexi təxminən 04-xx xxx 2012-ci il tarixdə Bəxtiyar adlı şəxsə satmışdır. Daha sonra Vahidlə birlikdə Rahilə ilə görmüşlər, Rahilə Vahidə 300.000 ABŞ dolları pulun yaxın vaxtda qaytaracaqlarını bildirmiş, lakin Vahid onlardan pulu ala blməmişdir. Eyni zamanda, ona məxsus Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən bağ evini X1, bunun əvəzində X4 hissə-hissə olmaqla 87.000 ABŞ dolları pul aldığını bildirmişdir; xx.xx.2014-cü il tarixli, 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi – anası İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Naxımov küçəsi, ev 29, 35 saylı mənzilindən ibarətdir; Bakı şəhəri Nizami rayon Pİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X7 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir; Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks etdirilmiş cavabdehin izahatından belə qənaətə gəlmək olur ki, onun 2009-cu il tarixə X6 87.000 ABŞ dolları məbləğində borcu yaranmış, bundan sonra tərəflər arasında bağ evinin alğı-satqısına dair razılıq əldə edilmiş və həmin borc məbləği evin dəyərinin bir hissəsinin əvəzi olaraq nəzərə alınmışdır. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər öz aralarında daşınmaz əmlakın alğı-satqısına dair ilk olaraq razılığa gəlsələrdə, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışdılar. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan V.Kərimova məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan V.Kərimovun hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Rayon məhkəməsində işə baxılarkən Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kollegiya mülki iş üzrə qeyd edilən məbləğin 2009-cu il tarixdə verildiyini nəzərə alıb, hesab edir ki, X2 bu məbləği tələb etmək hüququndan istifadə etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş həmin iki illik müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin özü tərəfindən tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırmaları nəticəsində məlum olmuşdur ki, hazırkı tələblə bağlı MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik tələb etmə müddəti keçmişdir və müddətin keçməsinə görə həmin tələb qüvvədən düşmüşdür, bu səbəbdən rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6381/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar