Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3688/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 18.000 manat, dövlət rüsumunun əvəzi kimi 144 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 17.216 manat, dövlət rüsumunun əvəzi kimi 141 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, 100 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə zərərin əvəzi kimi 5.000 manat, dövlət rüsumunun əvəzi kimi 141 manat tutulsun. Apellyasiya icraatı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. İddiadan imtina qanuna zidd olmadığından, başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığından Mülki-Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin göstərişinə uyğun olaraq imtina qəbul olunmalıdır. Mülki-Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddia ərizəsinin verilməsinə görə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi cavbdehdən onun xeyrinə tutula bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 122.1-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Ekspertza xərci olan 100 manat cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Posessual Məcəllənin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3688/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3688/2023
09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver