Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3691/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Əkbər Yusubovun, Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 08.10.2009-cu il tarixli, 751/F-12 nömrəli kredit müqaviləsi üzrə 01.10.2020-ci il tarixinə olan əsas borc kimi 2.108 manat, kredit müddəti bitəndən sonra hesablanmış faiz borcu kimi 1.056,76 manat, cəmi 3.164,76 manat cavabdehlərdən – borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 2.108 manat, faiz borcu kimi 1.056,76 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərin birindən - borcalan Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Əkbər Yusubov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsi 08.10.2009-cu il tarixdə 12 ay müddətində bağlanıb, həmin müddət 08.10.2010-cu il tarixdə bitib, iddia müddəti 08.10.2013-cü il tarixdə başa çatıb, iddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi iddia müddəti bitdikdən 7 il sonra – 23.10.2020-ci il tarixdə verilib. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyib, ona görə də iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya icraatı zamanı verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3691/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3691/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver