Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3693/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Həsənova Səfurə Abuzər qızına qarşı mülki iş üzrə (Açar sözlər: maneənin qadağan edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Həsənova Səfurə Abuzər qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, yaşayış mənəqələri üçün nəzərdə tutulmuş 0.12 ha porpaq sahəsindən ibarət olan 5827 saylı bağ sahəsi tam olaraq İddiaçı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Bakı şəhəri Nardaran Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna xx.xx.2021-ci il tarixdə vermiş olduğu cavabdan görünür ki, vətəndaş Həsənova Səfura Əbuzər qızının istifadəsində olan Nardaran qəsəbəsi, bağ massivində yerləşən xx.xx.2014 tarixində qeydiyyata götürülmüş 448 kv.m torpaq sahəsinə aid sənədin təsdiq edilmiş surəti vəkilə təqdim edilmişdir.
3. Azərbaycan Respublikası Bakı şəhəri Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli istifadə olunan torpaq sahəsinin sxeminin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivinin 448 kv.m-nin faktiki istifadəçisi Həsənova Səfurə Abuzər qızıdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı **********09 rayastr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, daş hasarla bərkidilmiş 2464 kv.m torpaq sahəsinin daxilində yerləşən, sahəsi 1200 kv.m olan 5827 saylı bağ sahəsinin sərhədləri iddiaçının naturada göstərdiyi nöqtələr əsasında müəyyən edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimal-qərb sərhəddi ilə Dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti materiallarının (daş,qum,taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskavator və dair) yerləşdirilmişdir. İddiaçının məlumatına əsasən sözügedən ərazidə tikinti materiallarının boşaldılması və satışı evin və həyətin çirklənməsinə səbəb olur. Elektron kadastr məlumat bazasına əsasən ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Həsənova Səfurə Abuzər qızına qarşı “maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində mülkiyyətində olan 5827 saylı bağ sahəsində torpaqdan və evdən istifadə hüququna cavabdeh tərəfindən törədilən qeyd edilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərinə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən Bağlar Təsərrüfatı Birliyi tərəfindən ona ayrılmış 0,12 ha sahəsi olan 5827 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 608 nömrəli reyestr kitabının 57594 nömrəli vərəqində qeydiyyata alınmaqla ona Seriya RX xüsusi mülkiyyət hüququ əsasında № ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi onun tərəfindən daş hasara alınmaqla mərkəz yol tərəfdən giriş dəmir darvaza qoyulmuşdur. Torpaq sahəsində həm yeni bağ evi inşa etdirmək, həm də yaşıllaşdırma üçün müxtəlif növ ağaclar əkib abadlıq işləri görmək istəyir. Bununla yanaşı həmin torpaq sahəsinə bitişik olmaqla yaşadığı bağ evi vardır. Yay aylarında ailəlildə orada yaşayır. Lakin bir qrup şəxslər peyda olaraq onların tərəfindən mülkiyyətində olan qeyd edilən torpaq sahəsinə giriş darvazası da daxil olmaqla hasarın magistral yol tərəfində daş, qum, çınqıl, sment və sair tozlu olan tikinti materiallarının satışı aparılır. Hansı ki, həmin zolaq boyu ətraf sahələrin hamısında yaşıllaşdırma işləri aparılmış, ağaclar əkilmişdir. Dəfələrlə həmin işlərlə məşğul olan şəxslərlə danışıq aparıb tikinti materiallarını həmin ərazidən yığışdırılımasını tələb etsə də məhəl qoymadan həmin vəziyyəti davam etdirirlər. Onlar məcbur olub məsələni aydınlaşdırmaq üçün Nardaran Bələdiyyəsinə müraciət etmişlər. Onlara şifahi şəkildə bildirdilər ki, 448 kv.m. olmaqla həmin sahə fərdi yaşayış evi tikmək üçün Nardaran Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem əsasında Həsənova Səfurə Abuzər qızının istifadəsinə verilmişdir. Lakin, orada qanunsuz olaraq qeyd edilən tikinti materiallarının satışı ilə məşğul olurlar. Söz verdilər ki,ərazinin təmizlənməsini təmin edəcəklər. O da iki aydan cox gözləmişdir. Ancaq bələdiyyə tərəfindən heç bir tədbir görülməmişdir. Məcbur olub vəkilə müraciət etmişdir. Vəkilin sorğusu əsasında bələdiyyə tərəfindən ancaq tərtib edilmiş sxemin surəti təqdim edilmişdir. Bundan sonra o, həmin ərazidən tikinti materiallarının 3 gün müddətində götürülməsi barədə cavabdeh Səfurə Həsənovaya da ərizə ilə müraciət etmişdir. Cavabdeh isə məsələyə heç bir münasibət bildirmədi. Cavabdehin qanunun tələblərinə zidd hərəkətləri nəticəsində orada elə dözülməz vəziyyət yaranmışdır ki, sərbəst şəkildə mülkiyyətində olan torpaq sahəsinə giriş çıxış və hər hansı bir abadlıq işlərinin aparılması eləcə də bağ evi kimi yanası sahədə olan evində normal istirahət etməyi mümkün deyildir. Belə ki, Ağır çəkili yük maşınları ilə ora gətirib tökdükləri daşın, qumun, çınqılın, smentin həm tökülməsi, həm də ekskavator traktorlar vasitəsi ilə satış üçün yığılanada yaranan tozdan, maşınlardan çıxan boğucu tüstü və maşınların səsindən orada yaşamaq qeyri-mümkündür. Onlar hətta torpaqda ağaclar əkmək istəmiş, lakin, bağbanlar bildirirlər ki, orada yaranmış həmin toza görə heç bir ağac əkilməsi mümkün deyildir. Çünki həmin materiallardan yaranan toz əkilmiş ağacların və yaşıllığın inkişafına imkan verməz. İddia tələbində qeyd edilənləri təsdiq edən həmin ərazinin video çəkilişini diskə köçürməklə ərizəsinə əlavə etmişdir. Onların mülkiyyətindən sərbəst istifadə hüququnu pozan cavabdehin özünə də manenin aradan qaldırılması barədə etdiyi müraciəti də nəticəsiz qaldığından məcbur olub pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimal-qərb sərhədli ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş tikinti materialların ( daş, qum, çınqıl, taxta və sair) satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonnajlı texnikalar ( traktor, buldozer, ekskavator və sair) ərazidən cavabdehin hesabına götürülməsinin və bağ sahəsinə aid yolun tam şəkildə açılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsidə yerləşən 1200kv.m olan 5827 saylı bağ sahəsinin şimal-qərb sərhədi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh Həsənova Səfurə Abuzər qızı tərəfindən yerləşdirilmiş tikinti materiallarının satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonajlı texnikalar (traktor, buldozer, ekskavator, və sair) ərazidən cavabdehin hesabına götürülməsi, 50 (əlli) manat ekspert xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılması, qətnamənin qərara aldı hissəsində göstərilmiş “İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsidə yerləşən 1200kv.m olan 5827 saylı bağ sahəsinin şimal-qərb sərhədi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh Həsənova Səfurə Abuzər qızı tərəfindən yerləşdirilmiş tikinti materialların” sözlərindən sonra “(daş, qum, çınqıl, taxta və sair)” sözləri əlavə edilsin, qətnamənin qət etdi hissəsinin ikinci abzası “İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsidə yerləşən 1200kv.m olan 5827 saylı bağ sahəsinin şimal-qərb sərhədi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh Həsənova Səfurə Abuzər qızı tərəfindən yerləşdirilmiş tikinti materialların (daş, qum, çınqıl, taxta və sair) satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonajlı texnikalar (traktor, buldozer, ekskavator, və sair) ərazidən cavabdehin hesabına götürülsün.” kimi oxunsun kimi qərar qəbul edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsidə yerləşən 1200 kv.m olan 5827 saylı bağ sahəsinin şimal-qərb sərhədi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsinin fiziki olaraq harada yerləşməsindən cavabdehin ümumiyyətlə xəbəri yoxdur və sadalanan ağır tonnajlı texnikalar və tikinti materialları ona məxsus deyil. Baxmayaraq ki, məhkəmə, qətnaməsində yalnız Bakı şəhəri Nardaran Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna vermiş olduğu məktuba istinad edərək 448 kv.m sahənin ona məxsus olduğuna istinad edir. Lakin həmin sahə faktiki olaraq 14 yanvar 2014-cü il tarixdən həmin ərazidə fəaliyyət göstərən, şərti adı “stroyzona” adlanan təsərrüfat malları mağazasının sahibi Hüseynov İdris Tahir oğlunun sərəncamında olmaqla sonuncu tərəfindən isifadə olunur və bu hal Nardaran bələdiyyəsinin 14 yanvar 2014-cü il tarixli vergiyə cəlb olunma haqqında istifadə olunan torpaq sahəsinin sxemindən və Nardaran bələdiyyəsinin yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin ucota alınması haqqında şəhadətnaməsi ilə və həmin ərazi üçün ödənilən dövlət vergi qəbzlərindən özünün təsdiqini tapır. Nardaran Bələdiyyəsinin 27 aprel 2023-cü il tarixli 88/23 saylı arayışın məzmunundan görünür “stroyzona” adlanan tikinti materialları mağazasının sol tərəfində yerləşən 448 kvm torpaq sahəsində qum, şınqıl, şebel və s tikinti materiallarının satışını Hüseynov İdris Tahir oğlu adlı şəxs həyata həyata keçirir və torpaq vergisini Nardaran Bələdiyyəsinə ödəyır. Yəni iş üçün əhəmiyyət kəsb edən faktların məhkəmə tərəfindən müəyyən edilməməsi iş üzrə mövcud olan faktları təhrif olunmuş formada rəsmiləşdirərək ziddiyyətli və qeyri-mötəbər sübütlara əsaslanan qətnamənin qəbul edilməsi ilə nəticələnib. Çünki mübahisəli 448 kvm olan mübahisəli sahə nə hüquqi formada nə faktiki olaraq nə də fiziki olaraq cavabdehə məxsus deyil və harada yerləşməsindən xəbəri yoxdur. Əksinə məhkəmə zamanı müəyyən olunmuşdur ki, həmin sahə dövlət mülkiyyətində olan torpaq sahəsidir. Sabunçu Rayon Məhkəməsində işə baxılarkən onun xəbəri olmamış, iddia ərizəsi ona təqdim olunmamış və məhkəmənin qətnaməsi onun iştirakı olmadan qəbul olunduğundan sübütları birinci instansiya məhkəməsində təqdim etmək hüququndan məhrum olunmuşdur. Apellyasiaya şikayətinə əlavə olunmuş fotoşəkillərdən isə aydın görsənir ki, şahid iddiaçının xeyrinə olaraq təhrif olunmuş izahat vermişdir, məhkəmə işin hallarının şəffaf və tam araşdırılması üçün şahidin ifadəsini yerində yoxlamalı olduğu halda bunu etməmişdir. 5827 saylı bağ sahəsinin mülkiyyətçisi olan İddiaçı özünə məxsus mülkiyyətindən istifadəsinə kənar şəxslər tərəfindən hər hansı bir kənar müdaxilə, müxtəlif maneələr yoxdur, bağına gedən yol kəsilməmiş, onun evinin darvazasına qədər istifadə olunmamış yol tutulmamışdır. Apellyasiya şikayətinə əlavə edilən fotoşəkillərdən açıq görsənir ki, iddiaçının yaşadığı fərdi yaşayış evi mübahisə olunan ərazidən 150-200 metr aralıda yerləşir, həmin sahədə yerləşdirilmiş tikinti materialların (daş, qum, çınqıl, taxta və sair) satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonajlı texnikalar (traktor, buldozer, ekskavator, və sair) material və texnikalar iddiaçının darvazasından xeyli kənarda yerləşir, hətta iddiacıya məxsus (işin hallarından belə görünür) dəmir darvazanın giriş hissəsinin ön,- yola baxan hissəsi düzülmüş daş bardürlə qapadılmışdır, məlumat üçün bildirir ki, darvaza ümumiyyətlə işlək deyil, bağa giriş-çıxış yoxdur, əsas yoldan bağa avtomaşınlar üçün giriş yolu açılmamışdır. Təqdim edilən fotoşəkillər bunu əyani şəkildə sübüt edir. Mütəxəssis rəyini vermiş və məhkəmədə şahid qismində dindirilmiş Exan Həsənov izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında iri tonnajlı maşınların və s. yerləşdiyi 448 kvm torpaq sahəsi dövlət mülkiyyətinə məxsus olmaqla qeyd edilən ərazidə yerləşir, ərazidə qum, çınqıl və s. tikinti materialları bütün yolu tutmaqla yanaşı, ətraf ərazidə yerləşən qoyunların, o cümlədən iddiaçının mülkiyyətindən isitadəsinə maneələr yaradır, bundan əlavə iddiaçının evinə gedən yol kəsilmiş və onun evinin darvazaına qədər tutulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsi cavabdehə ayrılmış olsa da, cavabdeh torpaq sahəsindən imtina etmişdir. Suala cavab olaraq isə bildirdi ki, imtina şifahi qaydada olmaqla heç bir sənədlə rəsmiləşdirilməmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırkı halda qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Mülki iş matriallarına əlavə edilmiş Nardaran Bələdiyəsinin vermiş olduğu məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən 448 kv.m torpaq sahəsində vergi ödəyicisi kimi Həsənova Səfurə Abuzər qızı qeydiyyata alınmışdır. Mülki iş üzrə təyin edilmiş ekspertizanın rəyindən də məlum olur ki, iddiaçının mülkiyyətində olan yaşayış mənətəqləri üçün nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsinin şimal-qərb sərhəddi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti materiallarının (daş,qum, taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskvator və sair) yerləşdirilmişdir.
31. Cavabdeh apellasiya icraatı zamanı Sabunçu Rayon Nardaran Bələdiyyəsinin 27 aprel 2023-cü il tarixli arayışı ilə bağlı qeyd edir ki, həmin sənəd hazırkı iş üzrə əhəmiyyətli sübut hesab edilə bilməz. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılır. MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən cavabehin apellyasiya şikayətində qeyd edilən ünvana (ünvan 1asının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş olsa da, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Kollegiya hesab edir ki, cavabdeh həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
33. Xüsusi ilə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi yeganə sübut qismində hesab etdiyi arayış məhkəmə qətnaməsi qəbul edildikdən sonra əldə edilməklə yanaşı, təqdim edilən zaman artıq etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdən bitmişdir. Qeyd edilən halda həmin səndə apellyasiya icraatı zaman qəbul edilmiş olsa belə, etibarlıq müddəti bitiyindən iş üzrə əhəmiyyətli sübut kimi qəbul edilməsi də yolverilməzdir.
34. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, qeyd edilən ərazidə cavavdeh tərəfindən ağır tonnajlı texnikaların və daş, qum, taxta və sair yerləşdirilməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə sərbəst istifadə etməsinə maneə yaratdığından iddia tələbi həmin hissədə təmin edilməlidir.
35. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 10/7194 nömrəli ekspertizanın rəyindən görünür ki, İddiaçı **********09 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, daş hasarla bərkidilmiş 2464 kv.m torpaq sahəsinin daxilində yerləşən, sahəsi 1200 kv. m olan 5827 saylı bağ sahəsinin sərhədləri iddiaçının naturada göstərdiyi nöqtələr əsasında müəyyən edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimal-qərb sərhəddi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti maeriallarının (daş,qum, taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskvator və sair) yerləşdirilmişdir. Elektron kadastr məlumat bazasına əsasən ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Məhkəmə iclasına dəvət edilmiş mütəxəsis rəyini vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxsisis olan Elxan Həsənov isə izahat verərək bildirmişdir, iddiaçıya məxsus torpaq sahəsinin qarşısnda iri tonajlı maşınların və.s yerləşdiyi 448 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir, qeyd edilən ərazidə yerləşdirilən qum, çınqıl və s tikinti matrialları bütün yolu tutmaqla yanaşı, ətraf ərazidə yerləşən qonşuların, o cümlədən iddiaçının mülkiyətinədən istifadəsinə maneələr yaradır, bundan əlavə Muradovanın evinə gedən yol kəsilmiş və onun evinin darvazasına qədər tutulmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-249/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.