Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-37/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi, vəkil X5 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli, 2(011)-219/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 100-38560-2/KM saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 994228,06 manat əsas borc, 124278,72 manat faiz borcu və 30012,52 manat gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə), cəmi 1148519,30 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun və 30 manat digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının) və 200 manat məbəlğində ekspertiza xərcinin, ümumilikdə 1148779,30 manatın tutulması, Cavabdeh məxsus ipoteka predmetlərinə - Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsi və onun üzərində 3178,5 kv.m. ümumi (3046,4 kv.m. əsas və 132.1 kv.m. köməkçi) sahədən ibarət əmlak kompleksinə (Quşçuluq fabrikinə), “Quşçuluq kompleksində” ümumi dəyəri 127000 manat məbləğində olan daşınar istehsalat avadanlıqlarına (Türkiyə istehsalı olan avtomatik və mexaniki qəfəslərinə, yemləmə avadanlıqları və peyin ixrac edən avadanlıqlara) tutmanın yönəldilməsi, onların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 1148779,30 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(011)-219/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 100-38560-2/KM saylı kredit müqaviləsinin ləğv olunması, Cavabdeh 994228,06 manat əsas borcun, 124278,72 manat faiz borcunun, 5000 manat cərimənin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manatın və iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manatın, cəmi 1123766,78 manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində Cavabdeh məxsus olan 1,0 ha torpaq sahəsi və onun üzərində yerləşən (ümumi sahəsi 3178,5 kv.m olan) əmlak kompleksi kimi müəssisəyə (Quşçuluq fabrikinə) və Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində yerləşən “Quşçuluq kompleksində” ümumi dəyəri 127000 manat məbləğində olan daşınar istehsalat avadanlıqlarına - Türkiyə istehsalı olan avtomatik və mexaniki qəfəslərə, yemləmə avadanlıqlarına və peyin ixrac edən avadanlıqlara yönəldilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsinin və onun üzərində yerləşən (ümumi sahəsi 3178,5 kv.m olan) əmlak kompleksi kimi müəssisənin (Quşçuluq fabrikinin) ilkin satış qiymətinin ******* manat olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində yerləşən “Quşçuluq kompleksində” ümumi dəyəri 127000 manat məbləğində olan daşınar istehsalat avadanlıqlarının - Türkiyə istehsalı olan avtomatik və mexaniki qəfəslərin, yemləmə avadanlıqların və peyin ixrac edən avadanlıqlarının açıq hərracdan satılması, ipoteka və girov predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(011)-219/2017 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı təmin edilməmiş, torpaq sahəsi və əmlak kompleksi aşağı qiymətləndirilmiş, fazilər və cərimə yüksək hesablanmışdır. Məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün nəticəyə gələ bilmədiyindən, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozulduğundan, qətnamə apellyasiya qaydasında ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi, vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində araşdırma zamanı iştirakının təmin olunmamasına dair dəlili iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri bərədə qanunvericiliklə müəyyən olunmuş qaydada bildirişlər göndərilmiş, o, xx xxxxxx 2017ci il tarixli məhkəmə iclasında iştirak edərək, əsas və faiz borcunun etiraf etməsi, tələbin dəbbə pulu borcunun və borcun ipoteka predmetlərinə yönəldilməsinə hissələrini isə etiraf etməməsinə dair ərizə vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə prosessual pozuntuya yol verməmişdir. Birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən olunmuşdur ki,İddiaçı ASC və Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılaraq, bank tərəfindən cavabdehə illik 12 % olmaqla 36 ay müddətinə ******* manat məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli Sonrakı ipoteka müqaviləsinə əsasən isə Cavabdeh kreditin müqaviləsi üzrə öhdəliklərinin təminatı qismində Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsinin və onun üzərində 3178,5 kv.m. ümumi (3046,4 kv.m. əsas və 132.1 kv.m. köməkçi) sahədən ibarət əmlak kompleksini ipoteka ilə, habelə xx xxxxxx 2014-cü il tarixli Girov müqaviləsinə əsasən yuxarıda qeyd olunan kompleksdə yerləşən ümumi dəyəri 127000 manat məbləğində qiymətləndirilmiş daşınar istehsalat avadanlıqlarını (Türkiyə istehsalı olan avtomatik və mexaniki qəfəslərini, yemləmə avadanlıqlarını və peyin ixrac edən avadanlıqlarını) girovla yüklü etmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Nəhayət müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 951540 manat məbləğində pul vəsaiti alınmış, lakin kredit alan cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış və alınmış kredit üzrə müəyyən olunmuş qadada faizlərin ödənilməsi təmin edilməmişdir. Göstərilən hallar hazırki apellyasiya şikayətində mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini və müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehdən iddiaçının xeyrinə borcun tutulmalı olmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh hazırda mübahisələndirdiyi hallar qətnamə ilə müəyyən olunmuş borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə kredit öhdəliyi üzrə 994228,06 manat, faiz borcu üzrə 124278,72 manat dəbbə pulu (cərimə) üzrə 30012,52 manat, cəmi 1148519,30 manat borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia əsas və faiz borcu üzrə məhz yuxarıda qeyd olunan məbləğdə təmin olunmalıdır. Cavabdeh apellyasiya şikayətində tutulan faiz məbləğini mübahisələndirsə də, həmin məbləğin düzgün olmamasını təsdiq edən hər hansı sübutu (nəzərə alınmayan ödənişin edilməsini təsdiq edən maliyyə sənədlərini, alternativ mühasibatlıq sənədlərini və s.) məhkəməyə təqdim etməmiş və göstərdlikləri halları əsaslandırmamışdır. Əksinə, qeyd olunduğu kimi, iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək, əsas v faiz borcu etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən bu müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təmin edilmiş məbləğ ödənilmədikdə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı müqavilənin həmin bəndinə uyğun olaraq 30012,52 manat gecikdirilmiş əsas kredit borcuna görə dəbbə pulu (cərimə) hesablayaraq tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək, həmin məbləği azaldaraq, 5000 manat həcmində müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin İddiaçı ASC-yə 994228,06 manat əsas və 124278,72 manat faiz borcu olduğu halda, birinci instansiya məhkəməsinin 5000 manat məbləğində müəyyən etdiyi dəbbə pulu borcu ədalətlidir, həm kredit verən iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur, həmin məbləğin daha da azaldılması və ya tam silinməsi üçün əsaslar mövcud deyildir. İpoteka və girov predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri bilir: İş materiallarına əsasən birinci instansiya məhkəməsində araşdırma zamanı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli hesabata əsasən Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində yerləşən əmlak kompleksinin (Quşçuluq fabrikinin) 1,0 ha. torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil edir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin dəyərini müəyyən edərkən məhz “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş həmin hesabatın nəticələrini əsas götürmüş, girov predmetlərinin dəyərini isə tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən etmişdir. İş üzrə apellyasiya icraatı zamanı apellyastya şikayətinin göstərilən dəlillərinin yoxlanılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə təyin edilərək, “xxxxxxx” MMC tərəfindən keçirilmiş xx xxx 2018-ci il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 3178,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin (Quşçuluq fabrikinin) bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. O cümlədən 1,0 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat, 3178,5 kv.m. tikili sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat, avadanlıq və qurğuların bazar dəyəri 553000 manat, likvid dəyəri 415000 manat. Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 3585,52 kv.m. olan 4 ədəd quşçuluq sexinin hesablanmış bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. Qiymətləndirilən obyektin hesablanmış cəmi bazar dəyəri ******* manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 0048/19/AFB saylı qiymətləndirmə hesabatına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində, Cavabdeh mülkiyyətində olan 1,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 3178,5 kv.m. ümumi, 3046,4 kv.m. əsas və 132.1 kv.m. yardımçı sahədən ibarət əmlak kompleksinin (Quşçuluq fabrikinin) bazar qiyməti 1550000, likvid qiyməti ******* manat təşkil edir. Həmçinin “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 0049/19/AFB saylı qiymətləndirmə hesabatına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində yerləşən Quşçuluq kompleksində daşınar istehsalat avadanlıqları və peyin ixrac edən avadanlıqlarının ümumilikdə bazar qiyməti 340000, likvid qiyməti 300000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “xxxxxxx” MMC və “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəylərdə ipoteka və girov predmetlərinin ilkin satış qiymətləri arasında kəskin fərq mövcud olduğundan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 16291 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş avadanlıqların hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 952099,88 manat, likvid qiymətləri ilə isə 850000 manat məbləğində müəyyən olunur. Həmin avadanlıqların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir Həmçinin “X9” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, ƏEM/A 71-1051/19 saylı ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində mülkiyyətdə olan 1,0 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksinin xx xxxxxx 2019-cu il tarixə bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret olaraq hazırki işdə ipoteka və girov müqavilədləri 2014-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə iqtisadi vəziyyətin, daşınmaz əmlakın bazarında qiymətlərin dəyişməsi səbəbindən, ipoteka və girov predmetlərinin satış qiymətinin yenidən araşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə keçirilmiş təkrar ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 16291 saylı rəyini və “X9” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, ƏEM/A 71-1051/19 saylı ekspert rəyini iş üzrə mötəbər sübutlar qismində qiymətləndirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin müvafiq hissəsində ləğv olunması, ipoteka və girov predmetlərinin qiymətlərinin həmin rəylərə uyğun müəyyən edilməli olması qənaətinə gəlir. Belə ki, göstərilən rəylər tərtib edilərkən girov və ipoteka predmetlərinin ayrı-ayrılıqda, həm də bir yerdə konstruksiyaları, xüsusiyyətləri, təmirliliyi, işləkliyi, aşınması və s. xüsusatları nəzərə alınmış və rəylər “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuşdur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərciləri tərəflər arasında bölünməli, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 385.1.1, 385.1.2, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(011)-219/2017 saylı qətnaməsi ipoteka və girov predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində olan 1,0 ha torpaq sahəsinin və onun üzərində yerləşən (ümumi sahəsi 3178,5 kv.m olan) əmlak kompleksi kimi müəssisənin (Quşçuluq fabrikinin) ilkin satış qiyməti ******* (üç milyon doqquz yüz əlli altı min) manat məbləğində, girov predmetləri olan Abşeron rayonu, Hökməli qəsəbəsi, At Yalı ərazisində yerləşən “Quşçuluq kompleksində” olan daşınar istehsalat avadanlıqlarının - Türkiyə istehsalı olan avtomatik və mexaniki qəfəslərin, yemləmə avadanlıqların və peyin ixrac edən avadanlıqlarının ilkin satış qiyməti 952099,88 manat (doqquz yüz əlli iki min doxsan doqquz manat səksən səkkiz qəpik) məbləğində müəyyən edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(011)-219/2017 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci hesabına Cavabdeh cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının xərci olaraq Cavabdeh 300 (üç yüz) manat məbləğində pul tutularaq “X9” MMC-nin hesabına (VÖEN **********, Hesab No AZN: AZ30GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, m/h: AZ25NABZ********************, kod: 505594, S.W.İ.F.T. GUNAAZ22) və 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq “xxxxxxx” MMC-nin hesabına (h/h AZ34AZEG********************, VÖEN **********, Bank: AGBank ASC, kod: 505817, VÖEN: **********, m/h: AZ75NABZ********************, S.W.İ.F.T. BİK AZEGAZ22) ödənilsin. Keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının xərci olaraq İddiaçı ASC-dən 500 (beş yüz) manat məbləğində pul tutularaq “xxxxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN **********, X12 Azərbaycan ASC-nin Nərimanov filialı, Kod: 509987, VÖEN: **********, m/h: AZ51NABZ********************, S.W.İ.F.T. BİC NABZAZ2C, h/h: AZ51KABA********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-37/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-37/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver