Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3703/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (1 ABŞ dolları=1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində əsas borcun və əlavə olaraq 109625,54 manat gecikmə faizinin Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara: Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 87 saylı mənzilə, ünvan 2 ünvanında olan 304 saylı mənzilə; Cavabdeh1 mülkiyyətində olan 1. ünvan 3 ünvanında olan 27 saylı mənzilə, Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsinə, Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsinə yönəlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat pulun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh Sadıqov X1 Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı 21 iyun 2022-ci il tarixli qətnaməsindən 12 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)- 6566/2022 nömrəli qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və M.A.Məmmədov) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2022/2022 saylı, 21 iyun 2022-ci il nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5822/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(103)-6566/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı 21 iyun 2022-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verərək, həmin qətnamənin rədd edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı xx.xx.2023-cü tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.2, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı 21 iyun 2022-ci il tarixli qətnaməsi 08 iyul 2022-ci il tarixdə Cavabdeh2 eləcə də onun vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 08 avqust 2022-ci il tarixi hesab edilir. Lakin onun apellyasiya şikayəti 12 avqust 2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Cavabdehin vəkili prosessual müddətin bərpasına dair ərizəsində müddəti hansı üzrlü səbəbdən ötürməsini əsaslandırmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayət verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini, Nərimanov Rayon Məhkəməsinin həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və verilmiş apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 4.1, 128.2, 128.3, 133.1, 135.2, 135.3, 135.5, 135.6, 135.8, 136-cı maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 5 dekabr tarixli Qərarına və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X3) xx.xx.2022-ci il tarixli 2(005)-2022/2022 saylı qətnaməsi Cavabdeh2 və onun elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin qətnamə bu günədək kağız formatda tərəflərə təqdim edilməmişdir. Tərəfindən verilən apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdə həmçinin “qətnamənin çıxarışı” adı altında yüklənən PDF formatlı sənəd “elektron məhkəmə” sistemində şəxsi kabinetdən yüklənən sənəddir (yenidən yüklənərək həmin ərizəyə əlavə edilir). Bu sənəddə açıq-aydın göstərilir ki, qətnamə elektron məhkəmə sistemində xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti onun verilmə müddətinin bitməsinə 3 gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə qətnaməsi e-məhkəmə vasitəsi ilə tərəfindən xx.xx.2022-ci il tarixində oxunmuşdur. Ərizə ilə bərabər təqdim etdiyi e-məhkəmənin bildirişlər bölməsinin ekran görüntüsündən qeyd edilən hallar öz təsdiqini tapmışdır. Apellyasiya şikayəti verilən zaman heç bir müddət pozuntusuna yol verilmədiyinə baxmayaraq, bu hal əvvəllər Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmamışdır. Qeyd olunanlardan açıq-aşkar görünür ki, prosessual müddət pozulmadığı halda, MPM-in müddəalarından kənara çıxılmış, müvəkkilinin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı hüquqlarının pozulmasına yol verilmişdir. Ali Məhkəmənin mülki kollegiyası səviyyəsində apellyasiya şikayəti vermək üçün müddət buraxılmamış hesab edildiyindən həmin apellyasiya şikayətini 4 günlük buraxılmış prosessual müddətin bərpası ərizəsi ilə birlikdə yenidən Nərimanov Rayon Məhkəməsinə təqdim etmişlər. Həmin məhkəmədə əvvəllər prosessual müddət buraxılmamış hesab edilsə də, hazırda müddətin bərpası ərizəsinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. E-məhkəmə sistemindən çıxarışlar təqdim edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nərimanov Rayon Məhkəməsinin (X5) xx.xx.2023-cü il tarixli qərardadı e-məhkəmə sisteminə 11-xx.xx.2023-cü il tarixdə imzalanaraq yerləşdirilmişdir. Hazırkı ərizə bayram günü olmasına baxmayaraq eməhkəmə sistemi vasitəsilə təqdim edilir. Həmin qərardadın nəticə hissəsi xx.xx.2023-cü il tarixdə elan olunduğu üçün tərəfindən e-məhkəmə sisteminin “Texniki dəstək” bölməsi vasitəsilə yazılı müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin (hakim X3) xx.xx.2022ci il tarixli 2(005)-2022/2022 saylı qətnaməsinin hansı tarixdə onun elektron kabinetində yerləşdirilməsi barədə sorğu edilmiş və məhkəməyə təqdim edilməsindən ötrü yazılı rəsmi cavab tələb edilmişdir. “Texniki dəstək” qrupu tərəfindən “AnyDesk” proqramı vasitəsilə ona məxsus elektron kabinetdə “Bildirişlər” bölməsinə baxış keçirilmiş, həqiqətən sözügedən qətnamənin xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə elektron kabinetdə yerləşməsi təsdiq edilmişdir. Araşdırmanın nəticəsi barədə yazılı cavab veriləcəyi bildirilmiş, lakin bugünədək təqdim edilməmişdir. Həmin cavab təqdim edilən kimi tərəfindən eməhkəmə sisteminə yerləşdiriləcəkdir. Həmin halların araşdırılması üçün ərizələrində göstərilən xüsusatların, təkzibedilməz sübutların (e-məhkəmənin bildirişi) araşdırılması üçün hakim Elektron Məhkəmənin “Texniki dəstək” qrupuna sorğu edib cavab almalı olduğu halda, bunu etməmiş, tələsik qərar verərək 4 günlük buraxılmış prosessual müddətin bərpasına dair ərizələrini rədd etmişdir. Qeyd etdiyi hallara əsasən hesab edir ki, ərizədəki xüsusatlar nəzərə alınmaqla buraxılmış prosessual müddət bərpa olunmaqla, Nərimanov Rayon Məhkəməsinin (hakim X3) xx.xx.2022-ci il tarixli 2(005)-2022/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinin qəbul edilməsi barədə qərar qəbul edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-2022/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olarkən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Texniki dəstək” qrupu tərəfindən “AnyDesk” proqramı vasitəsilə ona məxsus elektron kabinetdə “Bildirişlər” bölməsinə baxış keçirilmiş, həqiqətən sözügedən qətnamənin xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə elektron kabinetdə yerləşməsi təsdiq edilmişdir. Araşdırmanın nəticəsi barədə yazılı cavab xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yenidən ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin rəsmi sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Əməliyyat və texniki xidmət şöbəsinin apardığı araşdırmanın nəticələrinə dair 3-16-19/1-33-6/20 saylı xx.xx.2023-cü il tarixli rəsmi cavabını əlavə sübut qismində iş materiallarına əlavə olunmasını və müşavirə otağında qərar verilərkən nəzərə alınaraq buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəsinin dəlilləri ümumi səciyyə daşıyır və dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi üzrlü hesab edilməsinə əsas verə bilməz. Belə ki, ərizəçinin müddətin bərpasına dair ərizə verməsinə baxmayaraq, faktiki olaraq müddətin ötürülmədən şikayətin verilməsinə istinad etmiş, lakin artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətinin ötməsi ilə əlaqədər şikayət qeyri-mümkün hesab edilmiş, ərizəçi eyni əsasla kassasiya şikayəti vermiş və kassasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ərizəçi üzrlü səbəb göstərmədən müddətin bərpası barədə ərizə və sonradan apellyasiya icraatına yeni sübut verməklə, yüksək məhkəmənin artıq baxış predmeti olmuş, müddətin ötürülməməsi barədə eyni əsasları müzakirəyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən: 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır. 433. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Qeyd edilənlərə görə, müddətin ötürülməsinin üzrlü səbəblərinin olması barədə (müddətlə bağlı eyni əsasların) müzakirələrin aparılması prosessual səlahiyyətlərin hədlərini müəyyən edən qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və ona görə şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 nümayəndəsi Vəkil2 şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2022/2022 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3703/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3703/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver