Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3705/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2019 saylı işi üzrə 01.08.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin mağazanın 20 kv.metr hissəsinin icarə haqqına görə ödənilməli olan 2015-ci ilin sentyabr ayından hər ay üçün 500 manat hesablanmaqla 20500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsi - mağaza Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. 2015-ci ilin aprel ayından etibarən həmin mağazanın 20 kv.metr hissəsini qarşılıqlı razılaşma əsasında Cavabdeh icarəyə vermişdir. Cavabdeh birinci ay müştəri yığmaq üçün onu ödənişdən azad etməyini xahiş etmiş, o da razılaşmışdır. Sonrakı üç aya görə, yəni 2015-ci ilin may ayından avqust ayının sonuna kimi icarə haqqını hər ay üçün 300 manata və sonra isə, yəni 2015-ci ilin sentyabr ayından başlayaraq hər ay üçün icarə haqqını 500 manata razılaşmışlar. Bundan sonra cavabdeh 2015-ci ilin may ayından 2015-ci ilin avqust ayının sonuna kimi razılaşma əsasında mağazanın icarə haqqına görə ilk üç aya görə hər ay üçün 300 manat ödəmiş, lakin sonradan, yəni 2015-ci ilin sentyabr ayından icarə haqqına görə hər ay üçün ödəməli olduğu 500 manatı ödəməmiş, icarə haqqını ödəməkdən yayınmağa başlamışdır. Bu günə qədər mağazanın icarə haqqına görə onun 20500 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən onu aldatma yolu ilə bağlanmış 14 may 2015-ci il tarixli İcarə Müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin mağazanın 20 kv.metr hissəsinin 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına kimi plastik qapı-pəncərə sexi kimi işlətməsi müqabilində ona ödəməli olduğu hər ay üçün 500 manatı ödəməyərək ona vurduğu 20000 manat məbləğində maddi ziyanın (əldən çıxmış faydanın) əvəzinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.91). İddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddiaçı əlavə olaraq göstərmişdir ki, cavabdehlə bağlanmış 22 iyul 2015-ci il tarixli İcarə Müqaviləsi uydurma əqddir. Belə ki, həmin əqddə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müqabilində cavabdeh tərəfindən ona ödənilməli olan məbləğ düzgün göstərilməmiş, təhrif edilmiş, icarə haqqına görə cavabdeh tərəfindən ona ödənilməli olan məbləğ həmin uydurma əqddə 0 manat göstərilmişdir. Cavabdeh onun hüquqi savadsızlığından, gözünün pis görməsindən suiistifadə edərək, onu aldatma yolu ilə uydurma icarə müqaviləsini imza etdirmiş, həmin əqdi təsdiq edən notarius isə ona hüquq və vəzifələrini izah etmədən, onun iradə ifadəsini əks etdirməyən uydurma əqdi təsdiq etmişdir. O, icarə müqaviləsində icarə haqqının 0 manat qeyd edildiyini bilsəydi, onu imzalamazdı. Çünki, onlar icarə haqqının ödənilməsini yuxarıda göstərilən qaydada razılaşmışlar. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının qaynıdır, cavabdehi də tanıyır. Cavabdeh iddiaçının mülkiyyətində olan sözügedən mağazada 1 ay pulsuz işləmiş, qalan 3 ay isə icarə haqqı kimi 300 manat vermişdir. Onlar razılaşmışlar ki, əgər mağaza yaxşı işləsə, cavabdeh icarə haqqı olaraq 500 manat pul verəcəkdir. Buna baxmayaraq cavabdeh 2018-ci ilin dekabr ayına kimi mağazada işləmiş, lakin icarə haqqını verməkdən boyun qaçırmışdır. İcarə haqqı qiymətini o, cavabdehlə danışmış və razılaşmışlar. Aralarında yalnız şifahi razılaşma olmuş, müqavilə bağlanmamışdır (səh.84); şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o həm iddiaçını, həm də cavabdehi tanıyır. Cavabdeh qeyd olunan mağazada 2018-ci ilin dekabr ayına kimi işləmişdir. Mağazanın icarə haqqı ilə bağlı məlumatı yoxdur. Cavabdeh həmin mağazada qapı-pəncərə düzəltməklə məşğul olurdu (səh.84); Bakı şəhəri 20 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 may 2015-ci il tarixli "İcarə Müqaviləsi”nin surətindən görünür ki, X7 (İcarəyə verən) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 1A ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metrini Cavabdeh (İcarəçi) icarəyə verir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 14 may 2016-cı il tarixədək müəyyən edilir və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı 0 manat 00 qəpik icarə haqqı ödəyir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 11-ci bəndinə əsasən həmin müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edilmiş, onlardan biri notariat kontorunda saxlanılmaqla digər nüsxələri isə tərəflərə verilmişdir. Həmin Müqavilədə həmçinin qeyd edilmişdir ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması nəticələri barədə xəbərdarlıq edilmişdir (səh.76); Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 197.6 kv.metr sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 5884 nömrəli vərəqində ********** nömrə ilə 27 may 2014-cü il tarixdə qeydiyyata alınmışdır (səh.75). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2019 saylı işi üzrə 01.08.2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, iddia digər hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 337, 339, 354, 390, 404, 700, 732, 1091, 1092; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77.1, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yerləşən 197.6 kv.metr sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Həmin binanın 20 kv.metr sahəsi 2015-ci ilin fevral ayından 2018-ci ilin dekabr ayınadək cavabdehin istifadəsində olmuşdur. Tərəflər arasında Bakı şəhəri 20 saylı Notariat Kontorunda 14 may 2015-ci il tarixli "İcarə Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən icarə müddəti 14 may 2016-cı il tarixədək müəyyən edilmiş, müddətin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddətinin daha bir il müddətinə uzadıldığı şərti göstərilmiş və icarə haqqı 0 manat 00 qəpik qeyd edilmişdir. İddiaçı həmin müqavilənin onun aldadılması nəticəsində bağlandığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, müqavilədən və onun mətnindən də göründüyü kimi, müqavilə Azərbaycan dilində tərtib edilmiş, iddiaçı tərəfindən notariat orqanında imzalanmış, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması nəticələri barədə xəbərdarlıq edilmiş və müqavilənin bir nüsxəsi ona verilmişdir. Bundan əlavə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu, yəni müqaviləni imzaladığı 14 may 2015-ci il tarixindən onun mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. iddiaçı icarəyə vermiş sahənin icarə haqqının aylıq 500 manat məbləğində cavabdehlə razılaşdırıldığını bildirsə də, bu məbləğin razılaşdırılması iş materiallarında öz təsdiqini tapmır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında notarial qaydada 14 may 2015-cı il tarixdə bağlanmış müqavilənin müddəti ilkin olaraq 14 may 2016-cı il tarixədək müəyyən edilmiş, sonradan müqavilənin 3-cü bəndinə əsasən daha bir il müddətinə, yəni 14 may 2017-ci ilədək uzadılmışdır. Tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq olunur ki, cavabdeh iddiaçıya məxsus icarə obyektindən 2018-ci ilin dekabr ayına qədər istifadə etmişdir. Həmçinin, cavabdeh etiraf edir ki, iddiaçının qaynına tərəflər arasında 14 may 2015-ci il tarixli "İcarə müqaviləsi” bağlananadək həmin ilin fevral ayından aylıq 200 manat məbləğində icarə haqqı ödəmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3530/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 216-220, 372-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnamədə gəldiyi bu nəticə ilə razılaşmaq olmaz.Belə ki,iddia ərizəsi ilə bağlı məhkəmədə izahatında bildirmişdir ki,2015ci ilin fevral ayından may ayına qədər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.m sahəsini icarəyə götürərək hər ay iddiaçının qaynı Rövşən Ələkbərova 200 manat məbləğində vəsait ödəmişdir. 2015-ci ilin may ayında iddiaçı mağazaya gələrək, həmin qeyri-yaşayış sahəsinin onun adına olduğunu bildirdi və onunla notariat kontorunda müqavilə bağladı. Müqavilədə icarə haqqı 0 manat göstərilmişdir. 2015-ci ilin may ayına qədər o, iddiaçını görməmişdir. Müqavilə bağlandıqdan sonra yenə də həmin ilin sentyabr ayına qədər hər ay Rövşənə 200 manat məbləğində vəsait ödəmişdir.Həmin ərəfələrdə iddiaçının həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmədə Mübariz adlı şəxslə mübahisələri gedirdi, bu mübahisələrə görə sentyabr ayında icra məmurları iddiaçını həmin qeyri- yaşayış sahəsindən çıxartdılar. Bir müddət həmin mağaza işıqsız qaldığına görə artıq orada işləmək istəmədi.Sonra Mübariz ona dedi ki, icarə haqqı ödəmədən həmin mağazada qalıb işləsin. O da razılaşaraq 2018-ci ilin dekabr ayına kimi həmin mağazanı işlətmişdir. Həmin mağazaya icarə haqqı ödənilmədiyinə görə qalıb işləmişdir.Əks təqdirdə orada işləməyəcəkdi. İddiaçı Notariat kontorunda bağladığı İcarə müqaviləsində müddəti bir il göstərmiş, həmin müddət hər dəfə bir il müddətinə uzadılır. Əgər iddiaçı müqavilədən narazı idisə, bir ilin sonunda ona və ya məhkəməyə müraciət edə bilərdi. Lakin bunu etməmişdir. Bundan əlavə, notariat kontorunda müqavilə bağlanarkən hər iki tərəfə hüquq və vəzifələr izah edilmiş, müqavilə üç nüsxədə tərtib edilərək bir nüsxəsi ona,bir nüsxəsi iddiaçıya verilmişdir. Lakin məhkəmə işə baxarkən iddiaçının Fəxrəddin adlı şəxslə olan mübahisəsinə dair Binəqədi rayon məhkəməsində baxılan işi nəzərdən keçirməmiş, həmin mübahisəyə dair icra işini tələb edərək araşdırmamışdır. Miibahisələndirilən sahə hal-hazırda Fəxrəddin adlı şəxsə məxsusdursa və miibahisələndirilirsə məhkəmənin mənə 14 may 2017- ci il tarixdən 2018-ci ilin dekabr ayına qədər müddət üçün 3700 manat ziyan pulu müəyyən etməsi tamamilə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında 3 il müqavilənin uzadıldığının, cavabdehin ilkin olaraq başqa şəxsə 200 manat icarə haqqı verdiyini, sonra iddiaçı ilə o şəxs arasında mübahisə yarandığından ordan çıxmaq istəyəndə iddiaçının ödənişsiz qalmaq xahişi ilə orda qaldığını, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti qəbul etməyərək, əslində ona çox borclu olduğunu bildirmiş və cavabdehin şikayətinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 146, 337, 339, 354, 390, 404, 700, 732, 1091, 1092; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya əsassız olduğundan ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2019 saylı işi üzrə 01.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3705/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3705/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver