Məhkəmə qərarları › İş №2(103)-3707/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3707/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3707/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Qarayeva Qətibə Sahib qızının iştirakı ilə, İddiaçı "xxxx” ASC-nin cavabdehlər Heybətova Gülgəz Ağaseyid qızı və Qarayeva Qətibə Sahib qızına qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4743/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsindən cavabdeh Qarayeva Qətibə Sahib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Heybətova Gülgəz Ağaseyid qızı və Qarayeva Qətibə Sahib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Heybətova Gülgəz Ağaseyid qızından və Qarayeva Qətibə Sahib qızından xx xxxx 2013cü il tarixli, RBSB-4885 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 3754,96 manat, faiz borcuna görə 99,74 manat, cərimə borcuna görə isə 390,26 manat, cəmi 4244,96 manat məbləğində borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxx» ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin "Səbail” filialı ilə Heybətova Gülgəz Ağaseyid qızı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, RBSB-4885 saylı Baş Kredit Müqaviləsinə əsasən illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Lakin kreditin ödənilməsi lazımi qaydada aparılmamışdır. Beləliklə, cavabdehin bu günə kreditə görə 3754,96 manat, faiz borcuna görə 99,74 manat, cərimə borcuna görə isə 390,26 manat, cəmi 4244,96 manat məbləğində məbləğində borcu vardır. Bundan əlavə, yuxarıda göstərilmiş müqaviləyə əsasən, müştəri tərəfindən kreditin əsas məbləğinin və ya ona hesablanmış faizlərin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar Bank məhkəməyə və ya digər səlahiyyətli dövlət orqanına müraciət edərsə, müştəri bununla bağlı bütün xərcləri banka ödəməlidir. Hemçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq “xxxx” ASC-nin Səbail filialı ilə Qarayeva Qətibə Ağaseyid oğlu arasında xx xxxx 2013-cü tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bununla əlaqədar zaminə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəliklərini erinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4743/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" ASC-nin “Səbail” filialı ilə Heybətova Glülgəz Ağaseyid qızı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, RBSB-4885 saylı kredit müqaviləsinə əsasən Heybətova Gülgəz Ağaseyid qızından və Qarayeva Qətibə Sahib qızından müştərək qaydada kreditə görə 3754,96 manat, faiz borcuna görə 99,74 manat, cərimə borcuna görə isə 90.26 manat, cəmi 3944.96 manat məbləğində və ödənilmiş dövlət rüsumundan 27,60 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Qarayeva Qətibə Sahib qızı apellyasiya şikayəti verərək qətnamənin borc tələbinin müştərək qaydada ondan tutulması hissəsində dəyişdirilməsini və borcun ondan tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Gülgəz Heybətova hazırda işləyir və banka olan borc onun əmək haqqına və ya əmlakına yönəldilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Qarayeva Qətibə Sahib qızı şikayətini müdafiə edərək onun təmin olunmasını istəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilməsi, yəni Q.Qarayevadan müştərək qaydada pulun tutulması hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmiş, Qətibə Qarayeva isə qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası Qətibə Qarayevanın izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” ASC-nin “Səbail” filialı ilə Qarayeva Gülgəz Ağaseyid qızı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, RBSB-4885 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə iddiaçı tərəfindən illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “Səbail” filialı ilə Qarayeva Qəlibə Sahib qızı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, RBSB-4885 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh Qarayeva Qətibə Sahib qızı xxxx” ASC-nin “Səbail” filialı ilə Heybətova Gülgəz Ağaseyid qızı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, RBSB- 4885 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca verinə yetirilməsinə görə Heybətova Gülgəz Ağaseyid qızı ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan «xxxx» ASC-nin «Səbail» filialının xx xxxxxx 2014-cü il tarixli bildirişləri ilə iddiaçı tərəfindən kreditin qaytarılması barədə cavabdehlərə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarına əlavə olunmuş «xxxx» ASC-nin RB-02/PK-748 saylı xx xxxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, RBSB-4885 saylı kredit müqaviləsi üzrə Heybətova Gülgəz Ağaseyid qızının xx xxxx 2014-cü il tarixə banka olan borcu kreditə görə 3754,96 manat, faiz borcuna görə 99,74 manat, cərimə borcuna görə isə 390,26 manat, cəmi 4244,96 manat məbləğində təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Qətibə Qarayeva zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı apelyatora aid hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə kollegiya hesab edir ki, Qətibə Qarayevanın apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Qarayeva Qətibə Sahib qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4743/2014 saylı, xx xxxx 2014cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar