Məhkəmə qərarları › İş №2(103)-3710/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3710/2022

27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3710/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Eldar” Kiçik Müəssisəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı qarşı “öhdəliyə xitam verilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 303/2022 saylı, 08.02.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı, 08.02.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən Cavabdeh və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilməsi, 16.09.2021-ci il- 03.10.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqının İddiaçı tutularaq Cavabdehnə ödənilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Cavabdehnə məxsus əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələrinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına Cavabdehnə məxsus icarə obyektindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilməsi qət edilmişdir (sədrlik edən: Qumru Əliyeva). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı, 08.02.2022-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili S.Qasımov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayətlər qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ödəniş tapşırığından və elektron məhkəmə informasiya sistemindən görünür ki, hazırkı mülki iş üzrə İddiaçı VÖEN-i var və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, cavabdeh isə hüquqi şəxsdir, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bakı şəhəri 12 saylı notariat kontorunda icarə verən Cavabdeh və icarəçi İddiaçı arasında 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, icarə verən Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 304,7 kv.metr olan qeyri-yaşayış sahəsin 120 kv.m hissəsini 16.08.2023-cü il tarixinədək icarəçi İddiaçı icarəyə vermişdir. Müqavilənin: 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndinə əsasən icarəyə götürən İddiaçı icarə verən Cavabdehnə aylıq 120 manat icarə haqqı ödəyir, icarəçi 16.02.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbini tam yoxlayır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bununla bağlı Kollegiya aşağıdakları qeyd etməyi zəruri hesab edir. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə İddiaçı VÖEN-i var və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, cavabdeh isə hüquqi şəxsdir, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Beləliklə də, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə ilkin iddia üzrə iddiaçının VÖEN-i var və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, cavabdeh isə hüquqi şəxsdir, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bununla da müəyyən olunur ki, hazırkı işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu üçün və cavabdeh hüquqi şəxs olduğundan, tərəflərin münasibətləri icarə müqaviləsi ilə tənzimləndiyindən, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarındakı göstərişlərinə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı və cavabdeh “X2” tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2022 saylı, 08.02.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar