Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3722/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “borcun ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə apelyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(003)-908/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-908/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 13489.17 ABŞ dolları əsas borc, 2783.17 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16372.34 ABŞ dolları məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rusumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Lexus RX 350” minik markalı ağ mirvari rəngli ban nömrəsi JTJBC1BA9A2403456, buraxılış ili, 2010-cu il olan ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16372.34 ABŞ dolları məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(003)-908/2017 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qətnamənin qəbul edildiyi xx xxxxx 2017-ci il tarixdə həqiqi hərbi xidmətdə olmuş, qeydiyyatda olduğu Bakı şəhəri, Binə qəsəbəsi, X3 ünvanı isə natamam olduğundan poçt vasitəsi ilə məhkəmə qətnaməsinin surətinin verilməsi mümkün olmamışdır. Sözügedən məhkəmə qətnaməsi barədə Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən məlumat verilmiş və ərizə ilə müraciət edərək, məhkəmə aktının surətinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 45 saylı poçt (indeks AZ 1045) vasitəsi ilə göndərilməsini xahiş etmiş, bundan sonra qətnaməsinin surətini məhkəməyə təqdim etdiyi ərizəyə imza etməklə xx xxxxxx 2020-ci il tarixdə qəbul etmiş və əldə edildiyi tarixdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülmədən xx xxxxxx 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsi apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən apelyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 908/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsinin surəti xx.xx.2017-ci il tarixli məktubla cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Qətnamə xx.xx.2017-ci il tarixli məktubla icra olunması üçün Xəzər rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2017-ci il tarixdə Xəzər rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar verilmişdir. Cavabdeh ərizə ilə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə qətnaməni aldığına istinad etsə də, apelyasiya şikayətində göstərmişdir ki, 2018-ci ilin axırlarında Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən çağırılmış və ona məlum olmuşdur ki, 2017-ci ilin aprel ayında qətnamə qəbul edilib və Banka külli miqdarda borcu var. 2017-ci ilin 16 iyulunadək hərbi xidmətdə olmuş, icraçılara bildirmişdir ki, avtomaşınını Servizdən bankın əməkdaşları saz vəziyyətdə oğurlayıblar və indi ona deyirlər ki, maşın yararsız vəziyyətdə olub. Təxminən 2 il ərzində bu işlə heç kim maraqlanmadığından fikirləşmişdir ki, yəqin Bank qanunsuzluqla onun maşınını apardığı səbəbindən borcu bağlayıblar. Həm də hesab edirdi ki, “əgər maşından mənə xeyir gəlmədisə, elə qulağım dinc olsa yaxşıdır”. 2020-ci ilin sonralarında yenidən Xəzər rayon İcra və probasiya şöbəsindən ona icra işini icra etməsi barədə bildiriş gəldikdə, o, sözügedən qətnamə bu günədək ona rəsmi qaydada verilmədiyindən ərizə vermiş və xx.xx.2020-ci il tarixdə qətnaməni əldə etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin ünvanına göndərilmiş qətnamə geri qayıtmış olsa da, cavabdeh 2018-ci il tarixdə İcra və probasiya şöbəsinə çağırıldıqdan sonra qətnamənin mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına maraqlı olan cavabdeh bundan sonra uzun müddət hərəkətsizlik göstərmiş və 2020-ci ildə ərizə ilə müraciət edərək qətnaməni almışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin əvvəldən, yəni 2018-ci ildən Xəzər rayon İcra və probasiya şöbəsinə dəvət edildiyi dövrdən belə bir qətnamənin və onun əsasında verilmiş icra işinin mövcudluğundan məlumatlı olmuşdur. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etmişdir, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(003)-908/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3722/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3722/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver