Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3734/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 859/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 6958 (altı min doqquz yüz əlli səkkiz) manat həcmində maddi ziyanın ödənilməmiş 4 032,50 (dörd min otuz iki manat, əlli qəpik) manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 iddiaçıya məxsus “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvaliq etibarnamə əsasında, xx xxx 2019-cu il tarixində saat təxminən 12:30 radələrində Biləcəri yolunda idarə edərkən, arxadan eyni istiqamətdə hərəkətdə olan, Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 idarə etdiyi “HOWO ZZ3317N3867W YÜK” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ara məsafəsi saxlamamaqla toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə ümumilikdə 6958 manat həcmində maddi ziyan vurulmuşdur. Vurulmuş zərərin 2925,50 manat hissəsi “HOWO ZZ3317N3867W YÜK” markalı, 90-JL277 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı “xxxxxxxxxx” ASC tərəfindən ödənilsə də, qalan 4 032,50 manat hissəsi isə, cavabdehlər tərəfindən bu günədək ödənilməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya vurulmuş zərərin ödənilməsini qarşılamaq niyyətində deyillər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 4032,50 (dörd min otuz iki manat, əlli qəpik) manat maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4062,50 (dörd min altmış iki manat, əlli qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin şişirdildiyini nəzərə almadığı, əsassız olaraq avtomobilə dəymiş ziyanın real məbləğini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmədiyi, həmçinin iddiaçının iddiasını tam təmin etsə də, qətnamənin nəticə hissəsində iddia tələbinin qismən təmin edildiyi qeyd olunduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni iddianın qismən təmin olunan hissəsində mübahisələndirdiyi aydın olur. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izhatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AD № 421226 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 02/NG/0456 saylı etibarnamədən görünür ki, "Cavabdeh1" MMC ona məxsus olan “HOWO SİNOTRUCK” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2019-cu il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir. İşin materiallarında olan Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş AP № ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə “HOWO ZZ3317N3867W YÜK” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rzayev X1 yolunda hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuş və “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan "xxxxxxxxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 idarə etdiyi “HOWO ZZ3317N3867W YÜK” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi xx.xx.2018ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmış, Cavabdeh2 idarə etdiyi avtomobillə xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı məxsus olan və X2 tərəfindən etibarnamə əsasında idarə edilən “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 6958 manat, ödənilmiş sığorta ödənişinin məbləği 2925,50 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019cu il tarixli aktdan görünür ki, “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6958 manat məbləğində ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 etibarnamə əsasında “HOWO ZZ3317N3867W YÜK” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, İddiaçı məxsus “Hyundai Elantra minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya 6958 manat maddi ziyan vurmuş, «xxxxxxxxxx» ASC tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişinin məbləği isə 2925,50 manat təşkil etmişdir. Hazırda iddiaçı ona vurulmuş zərərin yerdə qalan hissəsini cavabdehlərdən tələb edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Howo ZZ3317N3867” markalı yük avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh2 üzərinə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Bununla belə kollegiyanın qənaətinə görə cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az olması, barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı keçirilmiş, xx.xx.2020-ci il tarixli ekspert rəyində iddiaçıya məxsus “Hyundai Elantra” markalı avtomobilin təmir-bərpa xərclərinin hadisə baş verən tarixə təxminən 7303 manat olduğu qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorun məhkəmənin iddiaçının tələbini tam təmin etməsinə baxmayaraq, qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsini qeyd edərək prosessual pozuntuya yol verməsi barədə digər dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddia tələbini yalnız Cavabdeh2 münasibətdə təmin etmişdir. Buna görə də haqlı olaraq qətnamədə iddia tələbinin qismən təmin olunduğunu qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-859/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərci olan 100 (yüz) manat Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3734/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3734/2020
26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver