Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3738/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(001)-1194/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla X4 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh bankın xeyrinə 7228,21 manat əsas, 1639,49 manat faiz və 2541,44 manat cərimə olmaqla, ümumilikdə 11409,55 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,23 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X4 iddiaçı ilə bağladığı 06 noyabr 2020ci il tarixli ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş, ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, İlham Zeynalova 36 ay müddətinə, aylıq 1,6667 faiz olmaqla, 8500 manat kredit verilmişdir. İlham Zeynalov dəfələrlə ödənişi yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2021-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit borcundan 1271,79 manat ödəniş etmişdir. Sonradan müəyyən edilmişdir ki, İlham Zeynalov vəfat etmişdir. Bakı şəhəri 27 saylı Notariat ofisinin 29 sentyabr 2022-ci il tarixli, 883 saylı məktubuna əsasən, İlham Zeynalovun adında qalmış miras əmlaka arvadı Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda X3 hüquq və vəzifələri Cavabdeh keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(001)- 1194/2023 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, İddiaçı QSC ilə X4 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli müqavilənin (ərizə) ləğv edilməsi, Cavabdeh 7228,21 manat məbləğində əsas, 1639,49 manat məbləğində faiz, 506 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 9373,7 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı dəfələrlə iddiaçıdan kreditlər götürmüşdür. Ancaq heç bir vaxtı kredit müqavilələri barədə ona məlumat verməmişdir. Mərhum həyat yoldaşı maliyyəçi olduğu səbəbindən maliyyə intizamına ciddi şəkildə əməl etmişdir. Hazırkı məhkəmə qətnaməsini aldıqdan sonra evdə olan ödəniş qəbzlərini araşdırdıqda mərhum həyat yoldaşı hətta ödəniş qrafiki üzrə vəfat etməmişdən öncə növbəti ay üçün ödəniş etdiyi məlum olmuşdur. Ancaq iddiaçı məhkəməyə yanlış məlumat vermiş həmin ödəniş barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetrilməsi barədə ona hər hansı bildiriş verməmişdir. Ümumiyyətlə müqavilənin mövcudluğu barədə məhkəmə qətnaməsi aldıqdan sonra məlumat almışdır. Hesab edir ki, müqavilə ləğv edilməməli, müqavlə üzrə öhdəliklər davam etdirilməlidir. Mərhum həyat yoldaşı X1 öhdəliyi vaxtlı vaxtında yerinə yetirmiş, hətta ödənişləri qabaqcadan icra etmişdir. Onun isə sözü gedən müqavilədən məhkəmə qətnaməsi ilə tanış olduqdan sonra məlumatı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3738/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3738/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4974 saylı ekspert rəyi daxil olduğundan mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı 26 sentyabr 2023-cü il tarixə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına İddiaçı QSC-nin idarə heyətinin sədri Davit Tsiklaurinin imza və möhürü ilə təsdiq olunmuş ərizə daxil olmuş və mülki iş üzrə iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iddiadan imtina ilə bağlı ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də iddiadan imtina qəbul edilməklə Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İddiaçı iddiadan imtina etdiyi üçün ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(001)- 1194/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtinası təsdiq edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №2(103)-3738/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3738/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver