Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-374/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: sağlamlığa vurulmuş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 X1 və Ortopediya İnstitutunun 18 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı sağ əlin ağır açıq travmasının cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyəti: V barmağın falanqa oynağından ekzartikulyasiyasından sonraki, İV barmağın hipotrofiyası diaqnozu qoyulmuşdur.
2. AR DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Ona sağ əl İİİ, İV, V barmaqların falanqa sınığı, vətər, damar və sinirlərin kəsilməsi diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2020-ci il tarixində ümumi anesteziya ilə V barmağın amputasiyası, yumşaq toxuma əməliyyatı, osteosintez əməliyyatı olmuşdur. Xəstənin çıxış tarixi xx.xx.2020-ci il olaraq qeyd olunub.
3. AR DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Ona sağ əl pəncəsi İV barmaqda kontraktur diaqnozu qoyulub. Xəstəyə xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Sağ əl İV barmaqda konyrakturun ləğvi, artrodez” cərrahi əməliyyatı icra edilmişdir. Xəstənin çıxış tarixi xx.xx.2021-ci il olaraq qeyd olunub.
4. Nərimanov rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 noyabr 2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki:
5. 09 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X12 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək və Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində işlədiyi Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində yerləşən “Çingizxan” restoranının arxasında yerləşən plasmas detalların hazırlanması sexində müdür Düzgün adlı şəxs onu təhqir edərək sinəsindən itələməsini bildirirək qanun tədbir görülməsini xahiş etmişdir.
6. İlkin araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə Cavabdeh MMC-nin icarəyə götürdüyü ünvan 2 ünvanında fəaliyyət göstərən plasmas detalların istehsalı sexində ehtiyatsızlıqdan sağ əlinin dəzgahın arasında qalaraq xəsarət almışdır.
7. Məhkəmə-Tibbi Ekspertizası və PA birliyinin xx.xx.2022-ci il tarixli, 987 №-li rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlərsağ əlin İİİ-İVV barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə yəni istehsalatda olan sıxıcı dozgahın arasında qalması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birində az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan, sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İddiaçı aşkar edilmiş xəsarət xarakter və lokalizasiyasına görə şəxsin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil.
8. Araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar texniki-təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün məhkəmə-texniki təhlükəsizlik ekspertizası təyin edilərək rəy alınmışdır.
9. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 №-li, 05 noyabr 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur.
10. Qərarın məzmununda qeyd olunur ki, göründüyü kimi, 25 sentyabr 2022-ci il tarixdə Cavabdeh MMC-nin icarəyə götürdüyü ünvan 2 ünvanında fəaliyyət göstərən plasmas məmulatların hazırlanması sexində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılıb bilikləri yoxlanılmasına və fərdi mühafizə vasitələri ilə təmin edilərək plastik məmulatların hazırlaması sexində operator vəzifəsinə işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuş, nəticədə sağ əlinin dəzgahın arasında qalaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birində az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İİİ- İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu kimi xəsarətlər almışdır.
11. Qərara əsasən Cavabdeh MMC-nin direktoru X7 əməlində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞnin xx.xx.2023-cü il tarixli 638/KEŞ saylı ekspert rəyinə əsasən, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edən məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Sağ əlin ağır açıq travmasmın cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyət. V barmağın daraq-falanqa oynağının ekzartikulyasiyasından sonrakı güdülü. İV barmağın hipotrofiyası, arıqlaması, falanqaarası oynaqların ankilozu, deformasiyası, daraq- falanqa oynağının açıcı kontrakturası. İİ-İİİ barmaqların açıcı kontrakturası, əlin və barmaqların arxa və ovuc səthlərinin ovucun çoxsaylı çapıqları. İ barmağın açıcı kontrakturası, əlin qısa əzələlərinin hissəvi atrofıyası. Əlin və saidin arıqlaması. Sağ əlin funksiyasının və əmək qabiliyyətinin kəskin pozulmasının olduğu müəyyən edildi. Hal-hazırda xəstənin sağ əlində və barmaqlarında anatomik və funksional problemləri var. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmçinin iddia həcminin artırılması barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh MMC-dən (direktoru X3) xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş maddi və mənəvi zərəri nəzərə alaraq, aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc; zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 azn); estetik protez əlinin xərcləri (11800+ azn); işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 azn); mənəvi yaşadığı psixoloji sarsıntıların və komplekslərin əvəzi olaraq (10 000 azn) – 60.000 manat pulun zərər olaraq hesablanıb birdəfəliyə alınıb ona ödənilməsi və iş yerində aldığı xəsarətin təsdiqlənərək sənədin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildə, o, X8 işlətdiyi Cavabdeh MMC-nin ünvan 3 ünvanında olan plastmas hissələrinin istehsalı sexində dəzgah operatoru vəzifəsində işə başlamışdır. O, əvəllər dəzgahda işlədiyi üçün kifayət qədər təcrübəsi olduğundan Gürbüz Düzgün 2018-ci ilin mart ayında yoxlamadan onu dəzgah operatoru vəzifəsində işə götürüb. İki ay işlədikdən sonra səhətində yaranan problemlə bağlı işinə ara verməli olmuşdur. 2018-ci ilin mart ayında yenidən həmin sexdə operator vəzifəsində işə başlamış və 25 sentyabr 2020-ci il tarixədək sexdə operator vəzifəsində çalışmışdır. İşlədiyi dəzgahda gün ərzində 3000-5000 xammal istehsal olunurdu. Düzgün ona ilkin olaraq hər ay 450 manat, sonra 500 manat əmək haqqı verirdi. Daha sonra işlətdiyi əlavə iş saatlarına və bazar günlərini nəzərə almaqla hər ay 700 manat əmək haqqı verilirdi. 25 sentyabr 2020-ci il tarixdə saat 08:00-də əlcəklərini geyinib dəzgahda işə başlamaq istəmiş, lakin dəzgahın nasaz olduğunu görmüş, dəzgahın nasazlığı barədə Gürbüz Düzgünə xəbər vermişdir. O ona dəzgahı fasilələrlə işlətməyi tapşırmışdır. Həmin gün saat 13:00 radələrində nahar fasiləsinə çıxmış və nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. O, dəzgahın qapağını açmış, xammalı verib-verməməsini yoxlamaq istəmiş, görmüşdür ki, dəzgah xammalı vermir, bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlinin barmağı qapağın altında qalaraq presləndi. Cəld sol əli ilə dəzgahın qapağını açmış və sağ əlini dəzgahdah çıxartmışdır. Ağrıdan qışqırmış, işçilər gəlib əlini bağlamışlar. X22 iş yoldaşı Şahnazla birlikdə onu Travmatologiya instutuna apardı. Orada barmağına tikiş qoyuldu, iynələr vurulduqdan sonra onu evə buraxdılar. Lakin evdə səhhəti pisləşdiyindən iş yoldaşı Gülü həyat yoldaşı ilə gəlib onu yenə Travmatologiya instutuna apardılar və o, xəstəxanada qalmışdır. Gürbüz Düzgün iş yerində xəsarət almağı barədə şikayət etməyəcəyi halda əlini əməliyyat etdirəcəyinə, itirilmiş iki barmağının yerinə protez barmaq düzəltirəcəyinə, ömürlük hər ay işçi kimi 700 manat maaş verəcəyinə söz verdi. Düzgünün verdiyi sözə inanıb həkimə evdə xəsarət aldığını dedi. Aldığı xəsarətlə bağlı müalicəsi bir-neçə ay davam etdi. Xəsarət alan əlində iki dəfə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat edildi. Əməliyyat xərcləri işlədiyi ayların verilməmiş əmək haqqları ilə ödənildi. Qeyd edir ki, sonra dəfələrlə desə də, Düzgün pulu olmadığını bəhanə edib itirilmiş barmaqlarına protez düzəltdirmədi. Səhhəti bir az düzələndən sonra məcbur olub 2021-ci ilin noyabr ayında yenidən sexdə işləməyə başladı. 2022-ci ilin avqust ayının 11-də Düzgün ləng işləməyini bəhanə edib, onu təhqir edərək işdən qovdu. Düzgün işlədiyi son 4 ayın əmək haqqını da vermədi. O, Düzgünün şikayətçi olmamağı üçün ona yalan vəd verdiyini anlamış və iş yerində xəsarət almağı barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. O, xəsarət alandan sonra bilmişdir ki, Gürbüz Düzgün əmək müqaviləsi bağlamadan onu sexində qanunsuz işlədib. O, hər ay əmək haqqı aldığı üçün bundan şübhələnməmişdir. O, heç bir təhlükəsizlik qaydalarına əməl etməyibdir və təhlükəsiz iş şəraiti yaratmayıbdır. İşlədiyi müddətdə ona fərdi mühafizə vasitələrindən yalnız əlcək verilib, başqa heç nə verməyibdir. Gürbüz Düzgün əmək müqaviləsi bağlamadan onu sexdə dəzgahda işlətməyi Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasını rədd edən qərarla və X6 apardığı araşdırma ilə də müəyyən olunmuşdur. X6 verdiyi xx.xx.2023-cü il tarixli məktubunda hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İşdə aldığı xəsarət nəticəsində sağ əlinin barmaqlarının hərəkəti məhdudlaşmışdır. Hesab edir ki, cavabdeh tərəfindən işdə aldığı xəsarət səbəbindən əlinin itirilmiş iki barmağının bərpası üçün lazım olan vəsaiti yəni vurduğu zərərin əvəzini ödənilməməsi qanunlarla qoranan hüququnu pozur. Cavabdeh tərəfindən iş yerində aldığı xəsarətə görə dəyən zərərin (aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc, itirilmiş iki barmağına protez qoyulması, digər müalicə xərci və işsiz qaldığı müddət görə odəniş) əvəzi olaraq on min manat ödənilməlidir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək qeyd etmişdir ki, Düzgün bəy belə bir tapşırıq verməyib. Təlimata əsasən dəzgah nasaz olanda usta düzəldir. Nərimanov rayon prokurorunun böyük köməkçisi Fəhmin Həsənovun xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında baş vermiş hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri tələbin əsassız olması nəticəsinə gəlməyə əsas verir. İddiaçı iddia ərizəsində onun yoxlanmadan işə qəbul edilməsini bildirsə də, prokurorluqda izahatında göstərmişdir: “İşə qəbul olunmamışdan ilk öncə MMC-nin direktoru tərəfindən biliyim və dəzgahda operator kimi işləmə qabiliyyəti yoxlanılmış, yalnız bundan sonra dəzgaha buraxılmışdır”. “İşə başlamamışdan əvvəl texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilməmiş, bu barədə müvafiq jurnalı imzalamamışdır. Lakin hər gün işə başlamamışdan öncə Düzgün bəy onlara şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına tapşırıq vermişdir. Həmçinin işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir. B) İlkin olaraq məvacibi 450 manat, sonra 550 manat olmuşdur. 700 manat olması barədə izahat verməmişdir. C) xx.xx.2020-ci il tarixdə işə başlamaq istəmişdir. Nasaz olduğuna görə dəzgah işləməmiş, Düzgünə bu barədə demiş, fasilələrlə işləməyi bildirmişdir. Fasilədən sonra bir müddət işlədikdən sonra dəzgah yenə dayanmışdır. O, dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammal doldurub-doldurmadığına baxıb yenidən dəzgahın qarşısına keçib xammal doldurmadığını görmüş. Dəzgahın funksiyasına görə dəzgahın işlək olduğu müddət ərzində onun qapısını açmalı olduğu halda qəflətən qapı bağlandı və sağ əlinin bir barmağı dəzgahın arasında qaldı. D) Hadisədən sonra bütün xərclərini Düzgün bəy qarşılamışdır. Bundan başqa hər ay direktor tərəfindən 700 manat iddiaçıya verilirdi. Əmək haqqını müalicəyə sərf etmişdir. E) İddiaçı istintaq zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, iddiaçı işə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq vermişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri istinaqda verdiyi izahatlarla kəskin ziddiyət təşkil edir. İşə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq verirdi. Hadisədən sonra bütün xərclərini Düzgün bəy qarşıladı. İşçilər fərdi mühafizə vasitələri ilə təchiz edilirdi. İddiaçı iddia ərizəsində və izahatında istintaqda göstərilənlərini təkzib edərək istintaqda verdiyi izahatını oxumadan imza etdiyini bildirsə də, bu barədə uzun müddət keçən məhkəmə dövründə, habelə məhkəmə onun hüquqlarını izah edərək həmin qərardan nə üçün şikayət vermədiyini və hazırda da şikayət hüququnun olduğunu izah etsə də iddiaçı bu günə qədər həmin qərardan şikayət verməmişdir. Bu fakt bir daha iddiaçının tələbinin əsassızlığını sübut edir. İstintaqda izahatı alınan Düzgün Gübrüz göstərmişdir ki, dəzgahda işləyən operator yalnız dəzgaha qəlibləri yerləşdirdikdən sonra dəzgahı işə salıb lazım olan materialı əlavə edib dəzgahın düyməsini basmaqdan, hazır malı dəzgahdan götürüb kənara qoymaqdan ibarətdir. Ədilə işə düzəlməyə gəlmiş səxsiyyət vəsiqəsini tələb etmiş, o, faizlə pul götürdüyünü, şəxsiyyət vəsiqəsinin lombarda olduğunu əsas gətirmişdir. Bu minvalla müxtəlif bəhanələr gətirərək təqdim etmədiyindən əmək müqaviləsi bağlamamışdır. Baş vermiş hadisə ilə bağlı bütün xərcləri özü çəkmiş, iki dəfə hərbi hospitalda əməliyyat olunmuş, bununla bağlı bütün xərclər daxil olmaqla 5000 manat hərbi hospitala ödəmiş, 3000 manat müalicə xərcləri ilə yanaşı hər ay 550 manat əmək haqqı kimi iddiaçıya ödəmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi - Tibb Baş İdarəsinin vəkil sorğusuna cavab olaraq verdiyi iddiaçının tibb kartası və hesab-fakturasının surətindən görünür ki, bütün xəstəxana və 2 əməliyyat xərcləri üçün 2542 manat xəstəxanaya pul ödənilmişdir. Bundan əlavə Gübrüz Düzgün 17 ay 550 manatdan, iddiaçıya, iddiaçının oğlu Raufa maşınının təmiri üçün 800 manat, fizoterapiyalar üçün 300+300+300 manat pul xərcləmişdir. Göründüyü kimi Düzgün Gübrüzün ödədiyi 5000 manatın yalnız göstərilən məbləği əməliyyat xərci kimi sənədləşdirilmişdir. İddiaçının şahidi Şahid2 göstərdi ki, iddiaçı uzun müddət onunla birgə işləyib, əmək haqqı alıb. Amma hadisə baş verən zaman orada işləməyib. Bildiyinə görə müalicə xərclərini iddiaçı özü ödəyib. Məhkəmənin nəzərinə çatdırır ki, həmin şahidin iş zamanı sexdə olan kamera görüntüsünü məhkəməyə təqdim etmişdir. Kamera görüntüsündən aydın olur ki, şahid iş zamanı daimi telefonla danışır, dəfələrə direktor ona irad tutsa da şahid buna əhəmiyyət vermədiyinə görə işdən qovmuşdur. Hesab edir ki, onun verdiyi ifadə qərəzlidir ona görə də sübut kimi qəbul edilməməlidir. Çünki direktora qarşı qərəzlidir. İddiaçının Şahid1 adlı şahidi ümumiyyətlə həmin sexdə işləməmişdir. İddiaçının yaxın rəfiqəsidir, köhnə qonşusu olub. İfadəsi yalnız iddiaçının göstərdiklərinə əsaslanır. 2018-ci ildə görməsini bildirmişdir. İfadəsi qərəzlidir. Ona görə də onun ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfdən dəvət olunan şahid Əkrəm Xosrov bildirdi ki, 4 ildir ki, usta işləyir. İşçilər hər gün işə gələndə Direktor tərəfindən texnki təhlükəsizlik qaydaları barədə tapşırıqlar verilir. Operator dəzgahda işə başlamamışdan əvvəl dəzgahlar usta tərəfindən işə salınır. Operator dəzgahın yanında döşəmədə qoyulmuş stulun üstündən dəzgahın 4 bunkerinə mal verir və dəzgahın qarşısında oturub istehsal olunmuş malı təmizləyib qablaşdırır. Dəzgah nasaz olanda operator ustanı çağırır, usta dəzgahda olan nasazlığı aradan qaldırır və işlək vəziyyətə gətirtdirir. Yalnız bundan sonra operator işə başlayır. Cavabdeh xəsarət alan vaxt o, sexdə olmamış, hadisədən sonra sexə gələndə hadisəni bilmişdir. Həmin vaxt iddiaçı özü bildirmişdir ki, mal buraxmadığına görə dəzgahın üstünə çıxaraq, dəzgahın işlək vəziyyətdə içərisinə sağ əlini salmış, nəticədə sağ əlinin bir barmağı dəzgahın arasında qalmışdır. İddiaçı işə düzələndə şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmamışdır. Operatorun dəzgahın üstünə çıxması, nasaz olduğu halda dəzgaha müdaxilə etməsi, işlək vəziyyətdə müdaxilə etməsi, dəzgahın altından yuxarı əlini salması qadağandır. İddiaçının müalicə və əməliyyat xərclərinin hamısını direktor ödəmişdir. Hadisədən sonra ona hər ay əmək haqqı da vermişdir. Eyni zamanda evdə müalicəsi üçün işçilərdən müalicə xərci üçün əlavə pul da göndərmiş, bazarlıq da etmişdir. Cavabdehin şahidi X10 məhkəmədə göstərdi ki, 8 ildir bu sexdə işləyir. İddiaçını 2018-ci ildən tanıyır. 2020-ci ilin sentyabrında iddiaçı yenidən sexdə işləmək istədi, şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmadı ona sərbəst iş verilmirdi. 2020-ci ilin sentyabrında iddiaçı dəzgahın qadağan olunmuş yerə-üstünə çıxaraq əlini dəzgahın içərisinə salmış və xəsarət almışdır. Hadisədən sonra direktor iddiaçının bütün müalicə və əməliyyat xərclərini ödəmişdir. Eyni zamanda işləmədiyi dövrdə də aylıq əmək haqqı ödəyirdi. Əməliyyatdan sonra işçilərlə iddiaçının evinə bazarlıq, əmək haqqı və bir neçə dəfə müalicə üçün pul göndərmişdir. Cavabdehin şahidi X4 göstərdi ki, iddiaçı 2020-ci ilin sentyabrında sexdə dəzgahın qadağan olunmuş yerinə - üstünə çıxaraq əlini dəzgah işlək vəziyyətdə olanda içərisinə salmış, nəticədə xəsarət almışdır. İddiaçı daimi dəzgahın üstünə çıxıb materialı dəzgahın bunkerinə boşaldırdı. Usta neçə dəfə irad tutaraq dəzgahın üstünə çıxmaq qadağandır desə də əməl etmirdi. Materialı döşəməyə qoyulmuş stulun üstünə çıxaraq dəzgahın bunkerinə tökmək lazımdır. Hadisədən sonra iddiaçının müayinə, müalicə və əməliyyat xərclərini direktor ödəmişdir. Qeyd edir ki, özü şəxsən iddiaçının əməliyyatının biri üçün direktor hərbi xəstəxanaya 3000 manat pulu aparanda birlikdə getmişlər və xəstəxanada pulu verəndə direktorun yanında olmuşam. İddiaçı xəstəxanadan çıxanda dəfələrlə direktor iddiaçıya müalicə üçün pul, əmək haqqı və bazarlıq göndərmişdir. Nərimanov rayon prokurorluğunda iş üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı “iş zamanı ona tapşırılmlş texnoloji prosesin ardıcıllığına aid olmayan iş gördüyünə, yəni avadanlığın yuxarı hissəsində örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi iddiaçı dəzgahın yuxarı hissəsinə çıxaraq, dəzgahın üstündə olan örtüyünü çıxarıb, özü öz əlini dəzgahın işlək vəziyyətdə olan hissələrinə (presləmə) yaxınlaşdıraraq öz fərdi təhlükəsizliyini qorumamış, nəticədə qeyd olunan xəsarəti almışdır. Bununla da iddiacının özünün qəsdi nəticəsində xəsarət almasına kifayət qədər əsaslar vardır. Bundan əlavə iddaçı iddia ərizəsində baş vermiş hadisəni belə göstərir: “nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. O, dəzgahın qapağını açdı, xammalı verib-verməməsini yoxlamaq istədi. Gördü ki, dəzgah xammalı vermir. Bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlimin barmağı qapağın altında qalaraq presləndi. Cəld sol əlimlə dəzgahın qapağını açdım və sağ əlini dəzgahdan çıxartdı.” Məhkəməyə təqdim edilmiş cavabdeh təşkilatın plastik kütlə emalı sahəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 3 aprel 2017-ci il tarixli təlimatda göstərilir ki, sizə aid olmayan avadanlığı işə qoşmayın və saxlamayın, hərəkətdə olan mexanizmlərə qoruyucu örtüyü olmayan maşın hissələrinə toxunmayın, blokatorları sıradan çıxmış termoplast avadanlıqda işləməyin, bütün nöqsanlar haqqında məlumat verin və çatışmamazlıqlar aradan götürülənə qədər işə başlamayın, tökmə qəliblərin təmizlənməsini avadanlıq tam söndürüldükdən sonra yerinə yetirin, materialı vedrə vasitəsi ilə aşağıdan tökün, işləyən avadanlıq üzərində nasazlığı aradan qaldırmayın, nasaz vəziyyətdə olan avadanlıqlara toxunmayın. Avadanlıqların üst hissəsinə çıxıb iş görməyin. İddiaçı təlimatda olan məcburi göstərişləri yerinə yetirməmişdir. Onun iş prosesinə aid olmayan qadağan olunmuş işi görmüşdür. Məhkəmə tərəfindən təyin edimiş və Əmlak eksperti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəylə bağlı bildirir ki, özəl ekspertiza rəyi məhkəmələr tərəfindən qəbul edilmir. Bu barədə Ali Məhkəmənin qərarlarında göstəriş də vardır. Belə ki, özəl ekspertiza rəyləri və özəl mütəxəssis rəyləri ona görə qəbul edilməzdir ki, Ədliyyə Nazirliyinin reyestrindən qeydiyyatdan keçirilməyib. Reyestrdə qeydiyyatdan keçməyən ekspert mərkəzlərinin rəyləri qəbul edilməzdir. Digər tərəfdən, məhkəməyə təqdim olunan iddiaçının hərbi xəstəxanada müayinə, müalicə və əməliyyat xərcləri cəmi 2542 manat təşkil etdiyi halda, özəl ekspertin rəyində əməliyyat xərci 6000 manat, xəstəxanada gecələmə, dərman terapiyası, aparat müayinəsi, digər xərclər 4000 manat, fizoterapevik müalicə üçün 3000 manat müəyyən etmişdir. Bu qəbul edilməzdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının şahidləri Şahid2 və Şahid1 ifadələri və Əmlak Ekspert Mərkəzinin bu iş üzrə xx.xx.2024-cü il tarixdə verdiyi rəy sübutlar siyahısından çıxarılmalıdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elmar qızı ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi vaxtdan bəri, təqribən 2020-ci ilin yay aylarından tanıyır. İddiaçı əlinin qaldığı dəzgahda oturduğunu bildirmişdir. Hadisə baş verən zaman orada olmadığını, 3 gündür işdən çıxdığını bildirmişdir. İşlədiyi vaxt Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamadığını qeyd etdi. Suallara cavab olaraq aparatlarla istifadə ilə bağlı təlimatlarla tanış edilmədiyini bildirdi.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Cavabdeh MMC-nin direktoru X13 ilə 2018-ci ildə işə müraciət edərkən tanış olduğunu bildirmişdir. Əlavə olaraq iş yükünün ağır olması səbəbindən Cavabdeh MMC“-də çalışmadığını, bir-neçə dəfə işlə maraqlanmaq üçün ora getdiyini, hadisə zamanı isə orada olmadığını bildirmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh MMC-nin direktoru X11 tanıdığını bildirmişdir. Hadisə baş verən zaman özünün Cavabdeh MMC“-də çalışdığını, lakin çöldə olduğunu bildirmişdir. Əlavə olaraq, Cavabdeh MMC-də əmək müqaviləsi bağlamaqla sex rəisi vəzifəsində çalışıdğını bildirmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanmamasının səbəbini iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etməməsi səbəbindən olduğunu bildirmişdir. İddiaçının Cavabdeh MMCdə daha əvvəl qısa müddətli - 2 aylıq, hadisədən əvvəl isə 10 gündür ki, fəaliyyət göstərdiyini qeyd etdi. Suallara cavab olaraq bildirdi ki, İddiaçı icazə olmadığı halda aparatın üzərinə çıxmış, özü qəsdən əlini aparatda qoymuşdur. Bundan başqa, iddiaçıya dəymiş zərərlə bağlı müxtəlif məbləğlərdə pulu iddiaçının oğluna verdiyini bildirdi.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı və X11 tanıdğını, 2017-ci ildən Cavabdeh MMC-də işlədiyini, 2020-ci il işdən ayrıldığını, hadisə zamanı isə işdə olmadığını bildirmişdir. Aparata çıxmağın işçilərə qadağan olunduğunnu, İddiaçı da bununla bağlı bir-neçə dəfə xəbərdarlıq edildiyini qeyd etdi. Hadisədən sonra İddiaçı orada 3-4 ay işlədiyini, əmək müqaviləsi isə bağlanmadığı bildirdi. Suallara cavab olaraq qeyd etdi ki, aparat nasaz olduğu halda onu işçi deyil, usta düzəltməlidir.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı işlədiyi vaxtdan tanıdığını, onun 2 il, daha sonra 1 il müddətinə, özünün isə 8 ildir Cavabdeh MMC-də operator köməkçisi vəzifəsində işləmişdir. İddiaçı əmək müqaviləsi olmadan, onda olan məlumata görə isə 550 manat əmək haqqı almaqla işlədiyini qeyd etdi. Aparatlarla iş qaydası barədə onlara məlumat verildiyini, aparat nasaz olduğu halda isə ustanın təmir etməli olduğunu, dəzgahın üzərinə çıxmağa işçinnin ixtiyarı olmadığını bildirdi. Suallara cavab olaraq qeyd etdi ki, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda bildirdi ki, İddiaçı xəstəxana xərcləri ilə bağlı bir-neçə dəfə evinə 100 manat apardığını, xəstəxana xərclərini isə təqribən 3000 manat olmaqla müdir X13 ödəmişdir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən maddi zərərə görə 2.542,03 manat, mənəvi zərərə görə isə 3000 manat olmaqla, cəmi 5.542,03 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı estetik protez əli üçün 11800 manat pul ödənilməli olmasını qeyd etsə də, bu xərcin real olaraq çəkildiyini təsqid edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı eyni zamanda «zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 manat) estetik protez əlinin xərcləri (11800 manat) işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 manat)» cavabdehdən tələb etmiş, lakin həmin tələblər üzrə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının aylıq 700 manat əmək haqqı alması öz təsdiqini tapmamış, eyni zamanda son dörd aylıq ödənilməyən əmək haqqının ödənilmədiyi müəyyən edilməmişdir. Belə ki, Cavabdeh MMC iddiaçı ilə əmək münasibətində olmasını inkar etmişdir.
23. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək məhkəmə qeyd etmişdir ki, İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq “zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 manat)” Cavabdeh MMC-dən onun xeyrinə tutulması hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibət əmək münasibətlərindən irəli gəlməmiş, İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmamışdır.
24. Bununla belə məhkəmə qeyd etmişdir ki, iddiaçının müalicə xərclərinin istehsalatda baş verən hadisə ilə əlaqədar olması, cavabdehin təqsirinin mövcudluğu (istehsalatda təhkükəsizlik qaydaları barədə işçilərin kifayət qədər məlumatlandırılmaması, əmək müqaviləsi bağlamalı olduğu halda bağlamaması) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müayinə və müalicə sənədlərindən görünür ki, iddiaçı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o, ailəsinə maddi yardim göstərə bilmir və müalicə ehtiyatlarını qarşılaya bilmir. Bu səbəbdən, cavabdehdən 2.542,03 manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
25. Məhkəmə həmçinin, iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlmişdir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 3000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab etmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1097.3, 1099.1, 1099.2 və 1118.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında qarşı tərəfin vəkili və şahidləri əlinin sexdə dəzgahda qalmasını təsdiq edirlər. Lakin hər biri bir-birinə uyğun gəlməyən izahatlar verirlər ki, bu izahatlar prokurorluqda veridkləri izahatlarla tam şəkildə uyğunlaşmır. Bu da cavabdeh tərəfin bəzi hadisələrin üzərini ört-basdır edərək bağlamağa çalışdıqlarını bildirir. Məhkəmə zamanı cavabdeh tərəfin xahişiylə bir necə dəfə ekspertiza rəyi tələb olunur. Tibbi ekspertiza rəyində əlinin əvvəlki işlək formaya qayıtmasının heç bir əməliyyatla mümkün olmayacağı, lakin, fizioterapiya və müalicələrə ehtiyac olduğunu qeyd etmiş, bununda bir faydası olub-olmamasının naməlum olduğunu bildirmişdir. Buna baxmayaraq məhkəmə öncədən çəkmiş olduğu fizioterapiya üçün müayinə və müalicə xərclərini nəzərə almadığı kimi bundan sonrada çəkəcəyi xərcləri nəzərə almamışdır. Daha sonra məhkəmə işi Əmlak Ekspert Mərkəzinə yönləndirir. Onların verdiyi rəy isə aşağıda qeyd olunanları özündə cəmləşdirir. Əlinin əvvəlki vəziyyətə qaytarılması qeyri-mümkündür. Çəkilən xərclər isə əməliyyat üçün 6000 manat; xəstəxanada gecələməyi də nəzərə alınaraq müalicə və müayinələr 4000 manat təşkil edir. Fizioterapiya isə 1 illik 3000 manat təşkil edir. Məhkəmə bunu da görməzdən gələrək dəymiş zərərinə hesablanır. Ədliyyə Nazirliyinin Tibbi Ekspertiziya rəyində və eləcə də Əmlak Ekspert Mərkəzinin rəyində əlinin əvvəlki vəziyyətə qaytmasının qeyri-mümkün olduğunu bildirmələrinə baxmayaraq məhkəmə bundan sonra sağ əli ilə fiziki olaraq hec bir işi icra edə bilməyəcəyini və bunun da işləməyinə imkan verməyəcəyini də nəzərə almamışdır. O, ailə başçısı olaraq evinə qazanc gətirə bilmədiyi təqdirdə məhkəmə bunu da ona dəymiş zərər olaraq nəzərə alınır. Maddi qazanc əldə edə bilməməsi onun müalicə, müayinə, günlük qidalanma, geyim və s. kimi xərclərini qarşılamağına mane yaradır. Birinci instasiya məhkəməsi bunu da nəzərə almadı. Məhkəməyə təqdim edilmiş əməliyyat xərclərinin eləcə də fizioterapiya və estetik protez barmağı ücün xərclərin sənədini də fakt və zərər olaraq qəbul etməyən birici instansiya məhkəməsi bunu da yekun nəticəyə əlavə etməmişdir.
29. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbdə göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iddianın təmin edilməməsi üçün əsaslar və sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə iclasında ifadə verən şahidlərin ifadələri iddia tələbinin əsassız olduğunu təsdiq edir. Nərimanov rayon prokurorunun böyük köməkçisi Fəhmin Həsənovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında baş vermiş hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri tələbin əsassız olması nəticəsinə gəlməyə əsas verir. A) İddiaçı iddia ərizəsində onun yoxlanmadan işə qəbul edilməsini bildirsə də prokurorluqda izahatında göstərmişdir: “İşə qəbul olunmamışdan ilk öncə MMC-nin direktoru tərəfindən biliyim və dəzgahda operator kimi işləmə qabiliyyətim yoxlanılmış, yalnız bundan sonra dəzgaha buraxılmışam”. “İşə başlamamışdan əvvəl texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilməmiş, bu barədə müvafiq jurnalı imzalamamışam. Lakin hər gün işə başlamamışdan öncə Düzgün bəy bizə şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına tapşırıq vermişdir. Həmçinin işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir.” B) İlkin olaraq məvacibim 450 manat, sonra 550 manat olmuşdur. 700 manat olması barədə izahat verməmişdir. C) “xx.xx.2020-ci il tarixdə işə başlamaq istədim. Nasaz olduğuna görə dəzgah işləməmiş, Düzgünə bu barədə demişəm, fasilələrlə işləməyi bildirmişdir. Fasilədən sonra bir müddət işlədikdən sonra dəzgah yenə dayanmışdır. Mən dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammal doldurub-doldurmadığına baxıb yenidən dəzgahın qarşısına keçib xammal doldurmadığını gördüm. Dəzgahın funksiyasına görə dəzgahın işlək olduğu müddət ərzində onun qapısını mən açmalı olduğum halda qəflətən qapı bağlandı və sağ əlimin bir barmağı dəzgahın arasında qaldı.” D) “Hadisədən sonra bütün xərclərimi Düzgün bəy qarşılamışdır. Bundan başqa hər ay direktor tərəfindən 700 manat mənə verilirdi. Əmək haqqını müalicəyə sərf etmişəm.” E) İddiaçı istintaq zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, “mən işə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq vermişdir.” Görtündüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri istinaqda verdiyi izahatlarla kəskin ziddiyət təşkil edir. İşə başlamamışdan əvvəl şifahi qaydada texniki-təhlükəsizlik qaydadalarına riayət olunmasına direktor tapşırıq verirdi. Hadisədən sonra bütün xərclərimi Düzgün bəy qarşıladı. İşçilər fərdi mühafizə vasitələri ilə təchiz edilrdi. İddiaçıiddia ərizəsində və izahatında istintaqda göstərilənlərini təkzib edərək istintaqda verdiyi izahatını oxumadan imza etdiyini bildirsə də bu barədə uzun müddət keçən məhkəmə prosesi dövründə, habelə məhkəmə onun hüquqlarını izah edərək həmin qərardan nə üçün şikayət vermədiyini və hazırda da şikayət vermək hüququnun olduğunu izah etsə də iddiaçı bu günə qədər həmin qərardan şikayət verməmişdir. Bu fakt bir daha iddiaçının tələbinin əsassızlığını, məhkəmədə yalan izahat verdiyini subut edir. İstinatda izahatı alınan Düzgün Gübrüz göstərmişdir ki, dəzgahda işləyən operator yalnız dəzgaha qəlibləri yerləşdirdikdən sonra dəzgahı işə salıb lazım olan materialı əlavə edib dəzgahın düyməsini basmaqdan, hazır malı dəzgahdan götürüb kənara qoymaqdan ibarətdir. Ədilə işə düzəlməyə gəlmiş səxsiyyət vəsiqəsini ondan tələb etmiş, o, faizlə pul götürdüyünü, şəxsiyyət vəsiqəsinin lombarda olduğunu əsas gətimiş. Bu minvalla müxtəlif bəhanələr gətirərək təqdim etmədiyindən əmək müqaviləsi bağlamamışdır. Baş vermiş hadisə ilə bağlı bütün xərcləri o, özü çəkmiş, iki dəfə hərbi hospitalda əməliyyat olunmuş, bununla bağlı bütün xərclər daxil olmaqla 5000 manat hərbi hospitala ödəmiş, 3000 manat müalicə xərcləri ilə yanaşı hər ay 550 manat iddiaçıya pul ödəmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin vəkil sorğusuna cavab olaraq verdiyi iddiaçının tibb kartası və hesab-fakturasının surətindən görünür ki, bütün xəstəxana, müalicə və 2 əməliyyat xərcləri üçün 2542 manat xəstəxanaya pul ödənilmişdir. Bundan əlavə Gübrüz Düzgün 17 ay 550 manatdan, iddiaçıya, iddiaçının oğlu Raufa maşınının təmiri üçün 800 manat, fizoterapiyalar üçün 300+300+300 manat pul xərcləmişdir. Göründüyü kimi Düzgün Gübrüzün ödəiyi 5000 manatın yalnız göstərilən 2542 manat məbləği əməliyyat xərci kimi sənədləşdirilmişdir. İddiaçının şahidi Şahid2 göstərdi ki, iddiaçı uzun müddət onunla birgə işləyib, əmək haqqı alıb. Amma hadisə baş verən zaman orada işləməyib. Bildiyinə görə müalicə xərclərini iddiaçı özü ödəyib. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, həmin şahidin iş zamanı sexdə olan kamera görüntüsünü məhkəməyə təqdim etmişdir. Kamera görüntüsündən aydın olur ki, şahid iş zamanı daimi telefonla danışır, dəfələrə direktor ona irad tutsa da şahid buna əhəmiyyət vermədiyinə görə onu işdən çıxarmışdır. Hesab edir ki, onun verdiyi ifadə qərəzlidir ona görə də sübut kimi qəbul edilməməlidir. İddiaçının Şahid1 adlı şahidi ümumiyyətlə həmin sexdə işləməmişdir. İddiaçının yaxın rəfiqəsidir, köhnə qonşusu olub. İfadəsi yalnız iddiaçının göstərdiklərinə əsaslanır. 2018-ci ildə görməsini bildirmişdir. İfadəsi qərəzlidir. Ona görə də onun ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfdən dəvət olunan şahid Əkrəm Xosrov bildirdi ki, 4 ildir ki, usta işləyir. İşçilər hər gün işə gələndə Direktor tərəfindəntexnki təhlükəsizlik qaydaları barədə tapşırıqlar verilir. Operator dəzgahda işə başlamamışdan əvvəl dəzgahlar usta tərəfindən işə salınır. Operator dəzgahın yanında döşəmədə qoyulmuş stulun üstündən dəzgahın bunkerinə mal verir və dəzgahın qarşısında stulda oturub istehsal olunmuş malı təmizləyib qablaşdırır. Dəzgah nasaz olanda operator ustanı çağırır, usta dəzgahda olan nasazlığı aradan qaldırır və işlək vəziyyətə gətirir. Yalnız bundan sonra operator işə başlayır. İddiaçı xəsarət alan vaxt o, sexdə olmamış, hadisədən sonra sexə gələndə hadisəni bilmişdir. Həmin vaxt iddiaçı özü bildirmişdir ki, xammal buraxmadığına görə dəzgahın üstünə çıxaraq, dəzgahın işlək vəziyyətində qapağını açaraq sağ əlini dəzgahın içərisinə salmış, nəticədə sağ əlinin bir barmağı dəzgahın arasında qalaraq, xəsarət almışdır. İddiaçı işə düzələndə şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmamışdır. Operatorun dəzgahın üstünə çıxması, nasaz olduğu halda dəzgaha müdaxilə etməsi, işlək vəziyyətdə müdaxilə etməsi, dəzgahın altından yuxarı əlini salması qadağandır. İddiaçının müalicə və əməliyyat xərclərinin hamısını direktor ödəmişdir. Hadisədən sonra ona hər ay pul da vermişdir. Eyni zamanda evdə müalicəsi üçün işçilərdən müalicə xərci üçün əlavə pul da göndərmiş, bazarlıq da etmişdir. Cavabdehin şahidi X10 məhkəmədə göstərdi ki, 8 ildir bu sexdə işləyir. İddiaçını 2018-ci ildən tanıyır. 2020-ci ilin sentyabrında iddiaçı yenidən sexdə işləmək istədi, şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmadı, ona sərbəst iş verilmirdi. 2020-ci ilin sentyabrında iddiaçı dəzgahın qadağan olunmuş yerə üstünə çıxaraq əlini dəzgahın içərisinə salmış və xəsarət almışdır. Hadisədən sonra direktor iddiaçının bütün müalicə və əməliyyat xərclərini ödəmişdir. Eyni zamanda işləmədiyi dövrdə də aylıq əmək haqqı ödəyirdi. Əməliyyatdan sonra işçilərlə iddiaçının evinə bazarlıq, əmək haqqı və bir neçə dəfə müalicə üçün pul göndərmişdir. Cavabdehin şahidi X4 göstərdi ki, iddiaçı 2020-ci ilin sentyabrında sexdə dəzgahın qadağan olunmuş yerinə-üstünə çıxaraq əlini dəzgah işlək vəziyyətdə olanda içərisinə salmış, nəticədə xəsarət almişdır. İddiaçı daimi dəzgahın üstünə çıxıb materialı dəzgahın bunkerinə boşaldırdı. Usta neçə dəfə irad tutaraq dazgağın üstünə çıxmaq qadağandır desə də əməl etmirdi. Materialı döşəməyə qoyulmuş stulun üstünə çıxaraq dəzgahın bunkerinə tökmək lazımdır. Hadisədən sonra iddiaçının müayinə, müalicə və əməliyyat xərclərini direktor ödəmişdir. İddiaçı xəstəxanadan çıxanda dəfələrlə direktor iddiaçıya müalicə üçün pul, əmək haqqı və bazarlıq göndərmişdir. Nərimanov rayon prokurorluğunda İş üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı “iş zamanı ona tapşırılmlş texnoloji prosesin ardıcıllığına aid olmayan iş gördüyünə, yəni avadanlığın yuxarı hissəsində örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Göründüyü kimi iddiaçı dəzgahın üstünə çıxaraq, dəzgahın üstündə olan örtüyünü çıxarıb, özü öz əlini dəzgahın işlək vəziyyətdə olan hissələrinə (presləmə) yaxınlaşdıraraq öz fərdi təhlükəsizliyini qorumamış, nəticədə qeyd olunan xəsarəti almışdır. Bununla da iddiacının özünün qəsdi nəticəsində xəsarət almasına kifayət qədər əsaslar vardır. Cavabdeh dəfələrlə vəsatət verərək hadisənin iddiaçının özünün qəsdi nəticəsində baş verməsini müəyyən etmək üçün ekspertiza təyin edilməsini xahiş etmiş, məhkəmə vəsatəri təmin etmiş, ekspert tərəfindən ekspertiza aparılmasından imtina olunmasına baxmayaraq, məhkəmə yenidən ekspertiza təyin edilməsindən imtina etmişdir. Bundan əlavə iddaçı iddia ərizəsində baş vermiş hadisəni belə göstərir: “Nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başladım, dəzgah işləmədi. Mən dəzgahın qapağımı açdım, xammalı verib-verməməsini yoxlamaq istədim. Gördüm dəzgah xammalı vermir. Bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlimin barmağı qapağın altında qalaraq presləndi. Cəld sol əlimlə dəzgahın qapağını açdım və sağ əlimi dəzgahdan çıxartdım.” Məhkəməyə təqdim edilmiş cavabdeh təşkilatın plastik kütlə emalı sahəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 3 aprel 2017-ci il tarixli təlimatında göstərilir: “sizə aid olmayan avadanlığı işə qoşmayın və saxlamayın, hərəkətdə olan mexanizmlərə qoryucu örtüyü olmayan maşın hissələrinə toxunmayın, blokiatorları sıradan çıxmış termoplast avadanlıqda işləməyin, bütün nöqsanlar haqqında məlumat verin və çatışmamazlıqlar aradan götürülənə qədər işə başlamayın, tökmə qəliblərin təmizlənməsini avadanlıq tam söndürüldükdən sonra yerinə yetirin, materialı vedrə vasitəsi ilə aşağıdan tökün, işləyən avadanlıq üzərində nasazlığı aradan qaldırmayın, nasaz vəziyyətdə olan avadanlıqlara toxunmayın, avadanlıqların üst hissəsinə çıxıb iş görməyin”. İddiaçı təlimatda olan məcubri göstərişləri yerinə yetirməmişdir. O, iş prosesinə aid olmayan qadağan olunmuş hərəkət etmiş, onun özünün qəsdi nəticəsində xəsarət almışdır. Məhkəmə tərəfindən təyin edimş və Əmlak eksperti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəylə bağlı bildirir ki, özəl ekspertiza rəyi məhkəmələr tərəfindən qəbul edilmir. Bu barədə Ali Məhkəmənin qərarlarında göstəriş də vardır. Belə ki, özəl eksretiza rəyləri və özəl mütəxəssis rəyləri ona görə qəbul edilməzdir ki, Ədliyyə Nazirliyinin reyestrindən qeydiyyatdan keçirilməyib. Reyestrdə qeydiyyatdan keçməyən ekspert mərkəzlərinin rəyləri qəbul edilməzdir. Digər tərəfdən, məhkəməyə təqdim olunan iddiaçının hərbi xəstəxanada müayinə, müalicə və əməliyyat xərcləri cəmi 2542 manat təşkil etdiyi halda, özəl ekspertin rəyində əməliyyat xərci 6000 manat, xəstəxanada gecələmə, dərman terapiyası, aparat müayinəsi, digər xərclər 4000 manat, fizoterapevik müalicə üçün 3000 manat müəyyən etmişdir. Bu fantastik rəqəm qəbul edilməzdir. Bu hal Medical Compani tərəfindən estetik protez barədə verilmiş xx.xx.2023cü il tarixli rəyinə də şamil edilir. Məhkəmənin qənaəti - iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də fəaliyyəti zamanı ehtiyyatsızlıqdan xəsarət almış, Nərimanov rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən CavabdehMMC-nin direktoru X7 əməlində Azərbaycan Respublikası CMnin 162-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, hadisə iddiaçının qəsdi nəticəsində baş vermişdir. Belə ki, məhkmə tərəfindən iddiaçının qəsdi nəticəsində xəsarət almasının müəyyən edilməsi barədə cavabdehin vəsaatəti təmin edilsə də ekspert qərardadı icra etməkdən imtina etmiş, məhkəmə isə təkrar ekspertia təyin edilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir. Məhkəmə qənaətə gələrkən MM-nin 21.1, 21.2, 21.3, 1096, 1097.1,1097.3, 1099.1, 1099.2 və 1118.1-ci maddələrini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi bu normaları düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranmaması məhkəmə tərəfindən müəyyən edilsə də bu normaları tətbiq etmişdir. İddiaçının məhkəməyə verdiyi izahat məhkəmədə qəbul edilməmiş, eyni zamanda iddiaçının müalicə və əməliyyat xərclərinin cavadeh tərəfindən qarşılanması iş materialları və iddiaçının ibtidai istintaqda verdiyi ifadəsi ilə öz təsdiqini tapsa da məhkəmə buna düzgün qiymət verməmişdir. Tərəflər arasında əmək müqaviləsinin bağlanmaması iş materialları və tərəflərin izahatları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı iddiaçının stress keçirməsi, iztirab çəkməsi barədə nə psixoloqa, nə də əsəb həkiminə müraciət etməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bu da qətnamənin həmin hissədə əsassız olduğunu təsdiq edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsivəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan aydın olur ki, onlar, ayrı-ayrılıqda qətnamənin iddianın təmin olunan və təmin olunmayan hissələrindən narazıdır. Kollegiya bunu nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
38.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 39.21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 40.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 41.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 42.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 43.1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
44. 3-cü maddəsinin 10-cu hissəsinə əsasən əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir.
45. 54-cü maddəsinin 1-ci hissəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. 46.191.1-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 47.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 48.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 49.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 50.195-ci maddənin “c” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 51.196.5-ci maddəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 52.217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 53.225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. 54.238-ci maddəsinə əsasən, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 55.239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 56.239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 57.290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” barədə Qərarın 1.1-ci bəndinə görə işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir.
59.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından Cavabdeh MMC-nin şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir.
61. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək iddianın əsasları kimi ona istinad etmişdir ki, əmək funksiyasını yerinə yetirərkən səhhətinə zərər dəymişdir, həmin zərərə görə maddi təminatının ödənilməsi üzrə məsuliyyət isə cavabdehə aiddir.
62. Qeyd edilməlidir ki, mövcud mübahisənin düzgün həlli ilk öncə iddia tələbinin qanuni əsasının tapılması ilə şərtləndirilir. Məhkəmə tərəfindən iki hal: tərəflər arasında yaranmış münasibətlərin əmək müqaviləsi ilə rəsmiləşdirilmədiyi; buna baxmayaraq mövcud olmuş münasibətlərin müəyyən hakimiyyət-tabeçilik əsasında qurulduğu nəzərə alınmalı, hazırkı mübahisənin əmək və ya mülki qanunvericilik əsasında tənzimlənməli olmasına münasibət bidlirilməlidir.
63. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması və s.) olmurlar. İşçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.
64. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.
65. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, hazırkı işin halları üzrə hüquqi dəyərləndirmənin Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən aparılmalı olması barədə qənaətə gəlir.
66. Düzdür, Əmək Məcəlləsinin istinad olunacaq 191-ci maddəsinin 1-ci hissəsinə əsasən birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət işəgötürən və işçi yalnız əmək münasibətlərində olduğu halda daşıyırlar. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə görə isə, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
67. Hazırkı işdə də əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi cavabdehin üzərinə qoyulmuş öhdəlik olsa da, işdə olan sənədlərdən göründüyü kimi, bu öhdəlik onun tərəfindən pozulmuşdur. Buna baxmayaraq, tərəflər arasında işçi-işəgötürən münasibətlərinin faktiki yarandığı halı öz təsdiqini tapır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı-işçi işəgötürənin-cavabdehin razılığı ilə faktiki olaraq işə başlamış, öz əməyinin qarşılığını almış, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə və digər qaydalara tabe olmuşdur.
68. Beləliklə məhkəmə kollegiyası məhkəmə araşdırmasının predmeti olan mübahisəyə Əmək Məcəlləsinin 191-194-cü maddələrinin tətbiq edilməsini mümkün sayır.
69. Həmin normaların məzmununa görə də işçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir, tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur.
70. Qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərərə görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191ci maddəsində göstərilən şərtlər olduqda yaranır.
71. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
72. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur.
73. Tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər.
74. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər.
75. Qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu da vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir.
76. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə də, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.
77. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia edən bunu sübut etməyə borcludur. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipin hazırkı işin hallarına əsasən təhlili baxımından, işəgötürən-cavabdeh öz təqsirsizliyini sübuta yetirə bilmədiyi halda təqsirli sayılır.
78. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının istinad etdiyi hadisənin baş verməsində təqsirli olmadığını sübut etmək məqsədilə Nərimanov rayon prokurorunun 11 noyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara istinad etmişdir. Qeyd edilən prosessual qərar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, cavabdeh bu qərarla müəyyən edilmiş, barəsində aparılan cinayət təqibini istisna edən hallardan sübut qismində istifadə edə bilər, məhkəmə də müvafiq hüquq normalarına uyğun olaraq bu sübutlara qiymət verməlidir.
79. Belə ki, prokurorluq tərəfindən aparılan araşdırma zamanı İddiaçı verdiyi izahatdan müəyyən edilir ki, o, 2018-ci ildən aprel ayından 2020-ci ilə kimi Cavabdeh MMC-də plastmas detalların istehsalı üzrə operator işləmiş, lakin işlədiyi müddət ərzində MMC-nin rəhbəri ilə onun arasında əmək müqaviləsi bağlanmamışdır. İşə qəbul olunmamışdan ilk öncə MMC-nin direktoru tərəfindən bilikləri və dəzgahda operator kimi işləmə qabiliyyəti yoxlanılmış, yalnız bundan sonra dəzgaha işə buraxılmışdır. Texnikitəhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilməsə də, bu barədə müvafiq jurnalı imzalamasa da, hər gün işə başlamamışdan öncə Düzgün onlara şifahi qaydada texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına dair tapşırıq verirdi. Həmçinin orada işləyən işçilər şirkət tərəfindən fərdi mühafizə vasitələri ilə təchiz edilirdi. Operator olaraq işi sexdə plastmas istehsal etməkdən ibarət olmuşdur. Hadisə baş verən günü dəzgah dayanaraq işləməmişdir. Bu barədə Düzgünə dedikdə, sonuncu fasilə ilə işləməsini bildirmişdir. O, isə dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammalı doldurubdoldurmamasına baxıb yenidən dəzgahın qarşısına keçib dəzgahın xammalı doldurmadığını görmüşdür. Dəzgahın funksiyasına görə dəzgahın işlək olduğu müddət ərzində qapısı onun tərəfindən açılmalı olduğu halda qəflətən bağlanmış və nəticədə sağ əlinin bir barmağı dəzgahın arasında qalaraq preslənmişdir.
80. Araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar texniki-təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən texnikitəhlükəsizlik ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 10/7083 №-li, 5 noyabr 2022-ci il tarixli rəyi ilə baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulduğu müəyyən edilmişdir. Qeyd edilmişdir ki, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb hazırlanması sexində operator vəzifəsində işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur.
81. Nərimanov rayon prokurorunun 11 noyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarı ilə Cavabdeh MMC-nin direktoru X7 əməlində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.
82. Göründüyü kimi işdə olan sübutlar əsasında cavabdeh tərəfindən işçilərin əmək qanunvericiliyi ilə imperativ şəkildə tənzimlənən təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun qorunmasına dair tələblərin pozulduğu halını təsbit etmək mümkün olmamışdır. Yəni, iddiaçıya xəsarət yetirilməsi ilə nəticələnmiş hadisənin cavabdehin məsul şəxslərinin əmək qanunvericiliyində nəzərdə tutulan qaydaları pozması, vəzifələrini yerinə yetirməməsi və yaxud lazımınca yerinə yetirməməsi nəticəsində baş verdiyi müəyyən edilməmişdir.
83. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən müəyyən olunmuş hallar -işə başlamamışdan əvvəl iddiaçıya şifahi qaydada texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına dair tapşırıq verildiyi, onun fərdi mühafizə vasitələri ilə təchiz edildiyi, vəzifəsinin sexdə plastmas istehsal etməkdən ibarət olduğu, hadisə baş verən günü vəzifəsinə aid olmadığı halda onun dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammalı doldurub-doldurmamasına yoxladığı, bununla da hadisənin cavabdehin iddiaçıya verdiyi tapşırığın icra edilməsi zamanı baş vermədiyi, onun texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görməklə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nı pozduğu halları təkzib edən hər hansı sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Tərəfindən verilmiş vəsatətə əsasən dindirilmiş şahid ifadələri ilə də bu halların əksini müəyyən etmək mümkün olmamışdır.
84. Halbuki yuxarıda sadalanan maddələrin tələblərinə görə, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu təqsirli şəkildə vuran şəxsə aid edilməsini nəzərdə tutur. Şəxs yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
85. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
86. Məhkəmə kollegiyası hazırki vəziyyətdə həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024-cü il tarixli qətnaməsi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən hüquqi dəyərləndirmənin aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür, şikayəti yuxarıda qeyd edilənlərə uyğun olaraq əsassız sayır.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
89. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
90. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2024 saylı 21 iyun 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev