Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-375/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx" İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2015-ci il tarixədək hesablanmış 10491 ABŞ dolları əsas, 1977 ABŞ dolları faiz, 3148 ABŞ dolları cərimə borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12700 ABŞ dolları məbləğində pul illik 22 faiz olmaqla 24 ay müddətinə borc verilmişdir. Cavabdeh2 ilə bağlanmış həmin tarixli zaminlik müqaviləsinə əsasən o, borcun ödənilməsinə zamin durmuşdur. Borclular tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(011)-4139/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 10491 ABŞ dolları məbləğində əsas, 1977 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12768 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə cavabdehlər tərəfindən mübahisələndirilmiş, qətnamənin ləğv edilərək iddia tələbinə yenidən baxılması üçün işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehlərin iştirakı təmin edilməmiş, kredit götürülən zaman Cavabdeh1 müxtəlif adlarla (komisyon yığım, sığorta və s.) tutulmuş pul vəsaiti nəzərə alınmamışdır. Cavabdehlər hesab edir ki, borclu sağ-salamat olduğu halda borc zamındən tələb edilməməlidir. Bundan əlavə, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə başa çatsa da, məhkəmə öhdəliyin müddətinin bitməsinə 1 il qalmış, borcun faizlə birlikdə tam ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə iddiaçı “xxxx" İKB ASC və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(011)-4139/2015 saylı qətnaməsi dəyişdirilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 12700 ABŞ dolları məbləğində pulun illik 22 faiz olmaqla 24 ay müddətinə qaytarılması şərtilə bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 isə həmin borcun qaytarılmasına zamin durmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyinə görə bank tərəfindən hər iki cavabdehə xəbərdarlıq edilmişdir. Apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31155 saylı rəyinə əsasən, xx.xx.2015-ci il tarixə Cavabdeh1 banka olan borcu 10453,76 ABŞ dolları əsas, 408,86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10862,62 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər xx xxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin ekspert rəyinə uyğun olaraq cavabdehlərin banka olan əsas və faiz borcu, o cümlədən ümumi borc azaldılmalı, nəticə etibarilə apelyasiya şikayəti qismən təmin olunaraq qətnamə dəyişdirilməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir : Əsas borclu sağ olduğu halda, kredit borcunun eyni zamanda zamindən də tutulması barədə apelyasiya şikayətinin dəlili tamamilə qanuna ziddir. Əsas borclu Cavabdeh1 bank qarşısında borcunu icra etmədiyindən öhdəliyə dair birgə məsuliyyəti öz üzərinə götürmüş Cavabdeh2 da zamin kimi borcun tutulması qanuna uyğundur. Həmçinin iş materiallarından görünür ki, cavabdehlərin məhkəməyə məlum olan qeydiyyatda olduqları ünvana bildirişlər göndərilmişdir. Apelyasiya şikayətindən görünür ki, cavabdehlər apelyasiya şikayətində də həmin ünvanı qeyd etmişlər. Cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından, məhkəmə bildirişlərini cavabdehlərə çatdırmaq mümkün olmamışdır. Kredit götürülən zaman Cavabdeh1 müxtəlif adlarla (komisyon yığım, sığorta və s.) tutulmuş pul vəsaitinin nəzərə alınmaması barədə apelyasiya şikayətinin dəlili hər hansı qanunvericilik norması ilə əsaslandırılmamış və formal mülahizədən ibarətdir. Kredit müqaviləsinin müddətinin başa çatmasına 1 il qalmasına baxmayaraq, bank tərəfindən məhkəmədə iddia qaldırılması və məhkəmə tərəfindən qətnamə çıxarılması barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqavilənin 6-cı bəndinə əsasən, borc öhdəliyi ilə bağlı bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, pul vəsaitlərinin ödənilməsinin və borc öhədliyinin yerinə yetirilməsinin bank tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür. İddia tələbinə yenidən baxılması üçün işin Xətai Rayon Məhkəməsinə qaytarılması barədə apelyasiya şikayətində qeyd olunan xahiş mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, mülki-prosessual qanunvericilikdə apelyasiya instansiyası məhkəməsinin belə bir səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, habelə mahiyyəti üzrə düzgün olduğundan, qətnamə ləğv edilməməli, lakin cavabdehlərdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilərək qətnamə müvafiq olaraq həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(011)-4139/2015 saylı qətnaməsi əsas və faiz borcuna dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10453,76 ABŞ dolları məbləğində əsas, 408,86 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 11162,62 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə), iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-375/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-375/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver