Məhkəmə qərarları › İş №2(103)-3759/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3759/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3759/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(011)-4743/2024 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 59.947,72 manat - bundan 32.441,08 manat əsas, 19.647,60 manat faiz, 7.859,04 manat cərimə borcu və iş üzrə ödənilmiş 269,84 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4743/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(011)-4743/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəməninin 08 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin lisenziyası alındığı üçün hazırda Bank fəaliyyəti ilə məşğul deyildir, lakin hüquqi şəxs kimi ləğv olunmamışdır, iflas prosesi çərçivəsində fəaliyyətini davam etdirir. Mülki Məcəllənin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Həmin Məcəllənin 61.12-ci bəndinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. İddiaçı ASC-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində İddiaçı ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hazırki iş üzrə iddia isə Bankın VÖEN-i ilə verilib. Bu səbəbdən iddianı verən şəxs ləğv prosesində olan İddiaçı ASC-dir, yalnız ərizəni imzalama səlahiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundadır. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsindən görünür ki, tərəflər öhdəliyini yerinə yetirdiyi zaman yaranan mübahisə vəziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhəri məhkəmələrində həll edilir. Cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanı, cavabdeh Əliyev X4 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 14, mənzil 60, iddiaçı LPO İddiaçı ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Bu səbəbdən haqlı olaraq iddia ərizəsi ilə tərəflərindən Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmçinin, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(011)- 4743/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsindən görünür ki, tərəflər öhdəliyini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhəri məhkəmələrində həll edilir. Azərbaycan Respublikası MPM-in 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanı, Cavabdeh1 qeydiyyatı ünvan 7 ünvanıdır. Məhkəmə iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mülki işə iddiaçının ünvanı üzrə baxılmalıdır. İddia ərizəsində iddiaçının ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 göstərilsə də, İddiaçı ASC-nin ləğv prosesində olması nəzərə alınaraq, onun ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu çıxış etməsinə diqqət yetirilməlidir. Əmanətlərin Sığortalanması Fondunun isə Bakı şəhəri, Babək 16 ünvanında yox, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında qeydə alındığı aşkardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında aiddiyyatla bağlı razılaşmanın mövcudluğu və MPM-in 36.11-ci maddəsi nəzərə alınmaqla, mübahisəyə iddiaçının olduğu yer üzrə baxılmalı olması barədə düzgün qənaətə gəlsə də, mübahisə üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hüquq qabiliyyətini saxladığını nəzərə almamış, hazırki iddiaya LPO İddiaçı ASC-nin hüquqi ünvanı üzrə deyil, ləğvedici Əmanətlərin Sığortalanması Fondununun hüquqi ünvanı üzrə məhkəmədə baxılmalı olması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Həmin Məcəllənin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Göründüyü kimi ləğv prosesində olan İddiaçı ASC-nin mövcudluğuna hələ son qoyulmamış, hüquq qabiliyyəti tam həcmdə saxlanılır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instaniysa məhkəməsi hazırki iş üzrə iddianın ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyatının müəyyən edilməməsi əsası ilə iddia ərizəsini geri qaytararkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(011)-4743/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(011)- 4743/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar