Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3762/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəmməsinə müraciət edərək məhkəmədən “xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 m2 olan, iki otaqdan ibarət 156 saylı mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin cavabdeh tərəfindən ona təvhil verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 m2 olan, iki otaqdan ibarət 156 saylı mənzilinə dair İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 18 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-171/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 m2 olan, iki otaqdan ibarət 156 saylı mənzilinə dair İddiaçı ilə "xxxx” MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 18 saylı müqavilə etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilib, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş apellyasiya şikayətində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İş № 2(010)-171/2020 saylı qətnaməsinin ona poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə çatdırıldığını qeyd edərək, bu faktı təsdiq edən poçt zərfini şikayətə əlavə etmişdir. Lakin, tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindəən aidiyyatı üzrə göndərmək əvəzinə, hüquqa və qanuna uyğun olmayan bəhanələr gətirərək, apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmaq barədə qərardad qəbul etmişdir. Belə ki. birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, guya onun həmin qətnamənin məzmunundan məlumatı olmuş və bunula da həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddəti ötürmüş və həmin müddətin bərpasına dair hər hansı bir vəsatətlə məhkəməyə müraciət etməmişdir Bildirir ki, yuxarıda qeyd etdiyi kimi, o, sözügedən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli İş № 2(010)-171/2020 saylı qətnaməsinə xx xxxx 2020 ci il tarixdə poçt vasitəsi ilə aldıqdan sonra xx xxxx 2020 ci il tarixdə həmin qətnamədən poçt vasiətsi ilə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və apelyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə çatdırılmış, iddiaçı isə həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təhvil verərək, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətini poçt xidməti vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə prosessual müddət ötürülmədən təqdim etmişdir. Kollegiya hesab edir ki, iddiaçın apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etməli olduğu halda, apellyasiya instansiyası məhkəməsinə təqdim etməsi və həmin şikayətin apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə göndərilməsi səbəbindən prosessual müddətin ötürülməsi əsaslı hesab edilə bilməz. İddiaçı həm Azərbaycan Respublikasının daxili qanunvericiliyi, həm də beynəlxalq qanunvericiliklə təsbit edilmiş pozulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququndan məhrum edilmiş olur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu baxımdan, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357-358, 360, 361, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3762/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3762/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver