Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3763/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-236/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh 20000 manat əsas, 5000 manat zərərin, 150 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 25150 manatın alınaraq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnanməsi ilə qismən təmin edilmiş, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448; "Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsaslı olduğundan o hissədə təmin edilməli və Cavabdeh 20000 manat məbləğində pul vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir,həmçinin iddiaçı tərəfindən tələb olunan mənəvi zərərin ödənilməsi hissəsində sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 20000 manat məbləğində borc vermişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 15, 16, 324.5, 324.6, 337.6, 347.6, 556.1, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 372, 384-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin araşdırılması ilə bağlı standart üsula üstünlük verərək, konkret şəkildə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin həqiqiliyini təhlil etmədən, habelə, onların araşdırılması məqsədilə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş vəsatəti təhlil etmədən yekun qərar qəbul etmişdir. Belə ki, Qubadlı Rayon Məhkəməsinin icraatına İddiaçıla onun arasında bağlanmış Bakı şəhəri, 52 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia ərizəsi verilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-749/2023 saylı həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə qərardadından, “qərardaddan şikayət vermə müddəti” ərzində “Elektron məhkəmə" informasiya sistemində yaranmış problemlərlə bağlı elektron qaydada vermək mümkün olmadığından müddətin pozulmaması və qərardaddan şikayət vermə prosessual hüquqlarından istifadə etmə niyyətində olduğunu təsdiq etmək üçün, şikayət xx.xx.2024- cü il tarixdə poçt vasitəsilə verilmişdir. Məhkəmə, həmin faktları nəzərə almadan, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, şikayətin geri qaytarılmasına dair 2(028)-749/2023 saylı həmin iş üzrə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Şikayət vermə müddətinin bərpasına dair ərizə ilə müraciət edilsə də, Qubadlı Rayon Məhkəməsinin 2(028)-749/2023 saylı həmin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi, bununla bağlı prosessual hüquqlarından məhrum olduğunu, işin həqiqi tərəflərinin məhkəmə qaydasında araşdırılaraq onlara obyektiv hüquqi qiymət verilməsi, müqavilə üzrə göstərilən xüsusatların və şərtlərin faktiki hallarla uyğun olmaması, eləcə də, işin mahiyyəti üzrə məhkəmə araşdırılmasına təqdim edilməsinə nail olmaq üçün İddiaçıla onun arasında bağlanmış Bakı şəhəri, 52 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə faktiki tərəf olan X3 əsl tərəf kimi tanınmasına dair qətnamə qəbul edilməsi barədə xx.xx.2024-vü il tarixdə Qubadlı Rayon Məhkəməsinə müraciət edilmişdir.İş üzrə iddia ərizəsində göstərilmişdir ki, borc pul, bu iş üzrə cavabdeh- İddiaçı deyil, xx.xx.1969-cu il təvəllüdlü X2 (ş.v. Fin.Kod 10CVGL) müxtəlif vaxtlarda (3 dəfə) cəmi 15.000 AZN alınmışdır, onun borcu qaytaracağının zəmanəti olaraq, aralarında borcun olmasını zəmanətləndirmək üçün müqavilənin bağlanmasına razılıq verdi. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 52 saylı notariat kontoruna gəldikdə (təqribən saat 17-00 radələrində) X4 tərəfindən onunla deyil, onun təkidi ilə müqavilənin qardaşı İddiaçıla bağlanmasına razılıq verdi. Müqavilə bağlandıqdan bir müddət sonra 15.000 AZN puldan, 2500 AZN ödədi. Təəssüflər olsun ki, obyektiv həqiqət olan faktları deyil, maddi baxımdan daha sərfəli mövqeyi əhatə edən, habelə, həqiqətdən uzaq olan münasibətləri əks etdirən müqaviləni əsas tutaraq iddia tələbini irəli sürmüşdür. Bu səbəbdən 12500,00 AZN qalıq borc qalmışdır. Bununla bağlı tərəflərin etirafı mövcuddur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin olduğunu, cavabdehin apellyasiya şikayətindən iddia etdiyi kimi iddiaçının qardaşı ilə aralarında borc münasibətlərinin olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəməyə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqəli məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmiş, müraciəti sui-istifadəyə şərait yaratdığı üçün, işdə mövcud sübut və dəlillər əsasında, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 560, 739-741, 743, 744, 1091-1095; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4 Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki,pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 10.Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə (əsaslarına) dəlalət edən sübutlar, habelə hər hansı əlavə araşdırma aparılması üçün əsaslar müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində həmin borc pul məbləğinin iddiaçı ilə yox, onun qardaşı ilə olduğunu və ona borc üzrə müəyyən ödənişlər etdiyini bildirsə də, bununla bağlı birinci instansiya məhkəməsində sübut təqdim etməmiş, nə də apellyasiya instansiyasında baxış hədləri üzrə yeni sübutların qəbul edilməsi mümkünlüyü barədə vəsatət təqdim etməmişdir. 11.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-236/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.