Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3765/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin faktiki nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X16 doğulmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1611/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin artırılaraq hər uşağa münasibətdə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh adına ünvan 4; Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 52, mənzil 31; ünvan 6; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8; Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 7; ünvan 2; ünvan 3 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
5. BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh adına “Kia Sportage” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.
6. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 fevral 2019-cu il tarixli vasitəçilik xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən vasitəçi sifarişçinin tapşırığına əsasən, sifarişçi tərəfindən satın alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 №-li binanın, 83A №-li mənzildəki 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi 51.62 kv.m olan 3 otaqlı yaşayış sahəsinin tapılmasını, sifarişçi isə bunun müqabilində vasitəçiyə 1400 manat məbləğində mükafat ödəməyi öhdəsinə götürür.
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13/1-23 nömrəli məktubuna əsasən "xxxx" MMC-nin işçisi İddiaçı aylıq əmək haqqı 450 manat təşkil edir.
8. 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına görə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
9. Qiymətləndirmə və Consulting Mərkəzinin 15 yanvar 2024-cü il tarixli qiymətləndirmə barədə hesabatlarına görə ünvan 2 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 500 manat, ünvan 3 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 2-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 2 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 450 manat, ünvan 4 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 3-cü mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 1 yaşayış otağından ibarət, orta təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 480 manat, ünvan 5 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən, eksperimental layihəli binalarda 3 yaşayış otağından ibarət, yaxşı təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 700 manat, ünvan 6 ünvanına yaxın ərazilərdə, köhnə tikili 9 mərtəbəli binaların 8-ci mərtəbəsində yerləşən binalarda 2 otaqdan 3 otağa düzəlmə, əla təmirli, təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 550 manat, ünvan 7 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 3-cü mərtəbəsində yerləşən, alman layihəli binalarda 3 otaqdan artırma ilə 5 otağa düzəlmiş, əla təmirli, tam təchizatlı mənzillərin hazırki tarixə orta aylıq kirayə haqqının dəyəri 2800 manat, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8 ünvanına yaxın ərazilərdə, köhnə tikili 5 mərtəbəli binaların 1-ci mərtəbəsində və zirzəmi sahəsində yerləşən faktiki qeyri-yaşayış sahələrinin birlikdə orta aylıq kirayə haqqının dəyəri 2500 manat təşkil edir.
10. 29.12.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Yasamal rayonu, H.ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 29.74 kv/m olan sahəni X3 xx.xx.2024-cü ilədək aylıq 300 manat məbləğə icarəyə vermişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********291100 saylı məktubunda göstərilmişdir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN: **********) qismində uçotda olması barədə məlumat mövcuddur. Reyestrdə İddiaçı hər hansı hüquqi şəxsin təsisçisi və rəhbəri olması barədə məlumat mövcud deyildir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı adına Ağsu rayonu, Hinqar kəndi ərazisində yerləşən 0,12 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Nissan X-trail” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır.
14. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 428 nömrəli arayışına əsasən X10 halhazırda Vİİİ B sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir.
15. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 427 nömrəli arayışına əsasən X13 halhazırda Vİ A sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir.
16. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 540 nömrəli arayışına əsasən X10 halhazırda Vİİİ sinifində təhsil alır, illik təhsil haqqı 1100 manat təşkil edir. 2024-2025-ci tədris ilində təhsil haqqı 2300 manat təşkil edəcəkdir.
17. Atatürk Liseyinin xx.xx.2024-cü il tarixli, 539 nömrəli arayışına əsasən X13 halhazırda Vİ sinifində təhsil alır, illik təhsil haqqı 880 manat təşkil edir. 2024-2025-ci tədris ilində təhsil haqqı 2500 manat təşkil edəcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012- ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 220 manat məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, X4 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 3000 manat olmaqla, cəmi aylıq 6000 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2009-cu ildə el adəti ilə toy edib ailə qurmuşdur. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti ötdüyünə görə nikah rəsmiləşdirilmədən xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək cavadehlə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə 27 aprel 2010-cu ildə Bakı şəhərində X14, 27 dekabr 2012-ci ildə X17 adında övladları dünyaya gəlmişdir. Lakin daha sonra aralarında olan faktiki nikah münasibətləri pozulmuşdur. Bundan sonra, tərəfindən cavabdehə qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Cavabdeh ilə birgə yaşayış zamanı xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2012-ci il təvəllüdlü X11 atalığının müəyyən edilməsi və hər bir uşaq üçün hər ay sabit pul məbləğində 193 manat, cəmi 386 manat məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2208/2022 saylı qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü X7 xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası olması faktının müəyyən edilməsi, X8 və X5 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, X8 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda hər uşaq üçün 193 (bir yüz doxsan üç manat) manat olmaqla 386 (üç yüz səksən altı) manat iki uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların saxlanılması xərcləri günü-gündən çoxalır, uşaqlar X8 və X1 üçün daha çox məbləğə ehtiyac duyulur. Cavabdeh uşaqların saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz edir, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirir. Onu da qeyd edir ki, Cavabdeh mülkiyyətində çoxsaylı daşınmaz əmlak və “Kia Sportage” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin daşınmaz əmlaklar ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi; ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi kimi əmlaklardan ibarətdir. Həmin əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-23375/2013 (**********75) nömrəli məktubu hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, Cavabdeh də ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, uşaqları X16 və X12 ilə ünsiyyət saxlaması üçün görüşün verilməsi barədə qətnamənin qəbul olunması xahiş olunmuşdur. Hazırda həmin məhkəmə mübahisəsinə Abşeron Rayon Məhkəməsində baxılır (işin nömrəsi: 2(012)-2795/2023). Həmin mülki işin araşdırılması zamanı da 14 dekabr və 28 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında cavabdeh şəxsən etiraf etmişdir ki, hazırda daşınmaz əmlakların icarəyə verilməsi ilə məşğuldur və əsas gəlirini buradan əldə edir. Bu da onu göstərir ki, Cavabdeh aylıq gəliri ölkə üzrə bir uşaq üçün müəyyən olunmuş yaşayış minimumundan qat-qat yüksəkdir. Hesab edir ki, cavabdehin ayda bu qədər yüksək gəlir əldə etdiyi halda, onun uşaqlarının aylıq cəmi 386 manat alması tamamilə ədalətsizdir. Buna görə də, hazırda alimentin artırılması və alimentin bir uşaq üçün aylıq 3000 manat məbləğində müəyyən olunması zərurəti vardır. Həmçinin, hazırda hər iki övladı Atatürk liseyində təhsil alır və onların təkcə təhsil haqları hər uşaq üçün illik 2000 manat təşkil edir. Bundan əlavə, onlar əlavə məşğələlərə gedirlər. Uşaqlardan biri əlavə olaraq “Celt” ingilis dili kurslarına gedir və buna görə aylıq 650 manat məbləğində xidmət haqqı həmin kurslara ödəyir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 aprel 2024-cü il tarixli 2(006)-1101/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1611/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 87,20 (səksən yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir.
21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və hər iki valideyn uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamışlar. Belə ki, iddiaçının fərdi sahibkar olması, cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Lakin təəssüf ki, valideynlər arasında münasibətlərin kəskinləşməsi uşaqların maddi-məişət şəraitinə öz təsirini göstərməkdədir. İstər iddia tələbinin mahiyyətindən, istərsə də cavabdehin həmin tələbə ola barışmaz münasibətindən tərəflər arasında münasibətlərin nə dərəcədə pozulduğunu müəyyən etmək çətinlik yaratmır. Lakin məhkəmə tərəflər arasında pozulmuş münasibətlərin yetkinlik yaşına çatmayanların üzərində təsirinin mümkün minimum həddə endirilməsini vacib hesab edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, uşaqların valideynlər arasındakı münasibətlər normal olduğu dövrdə yaşadıqları ev onların təhsil aldığı müəssisəyə daha yaxın olmuş, tərəflər münasibətlərin pozulması nəticəsində uşaqlar anaları ilə birlikdə cavabdehin mülkiyyətində olan həmin yaşayış sahəsini tərk edərək təhsil müəssisəsindən daha uzaq məsafədə olan yaşayış sahəsinə köçmüşlər ki, bu da uşaqlar üçün əlavə çətinlik yaradan haldır. İddiaçı ana ilə cavabdeh atanın faktiki nikah münasibətləri normal olduğu dövlərdə cavabdeh uşaqlarının ödənişli təhsil müəssisəsində təhsil almasına qarşı çıxmamışdır, odur ki, cavabdeh tərəfin irəli sürdüyü kimi ölkədə dövlət tərəfindən təmin edilən ödənişsiz təhsilin mövcudluğu yetkinlik yaşına çatmayanların hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Həmçinin cavabdehin irəli sürdüyü dəlil olaraq iddiaçının özünün də maddi durumunun qənəatbəxş olması cavabdehin uşaqlarının saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Cavabdehin kifayət qədər maliyyə imkanları olduğu halda, heç bir əmlaka (gəlirə) malik olmayan şəxs kimi uşaqlar üçün yaşayış minimumu həddində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə öz əmlakından gəlir əldə etməkdən imtina edir ki, bu halda nəticə etibarilə yetkinlik yaşına çatmayan övladlarının yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşaqların hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Odur ki, işin faktiki əsasları baxımından iddia tələbi cavabdehə qarşı alimentin məbləğinin artırılması nöqteyi-nəzərindən əsaslıdır. Baxmayaraq ki, sonuncu dəfə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aliment məbləği bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilmişdir, məhkəmə müəyyən edilmiş məbləği tərəflərin faktiki vəziyyətinə uyğun məbləğ hesab etmir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş alimentin bir uşaq üçün 3000 manat olmaqla, iki uşağa görə isə 6000 manat müəyyən edilməsini isə ağlabatan saymır. Nəzərə alınmalıdır ki, uşaqların maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir və həmçinin tərəflər arasında münasibətlərin pozulması halında uşaqlarla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Məhkəmə hər bir halda uşaqların mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə alır. Bu baxımdan cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş aliment məbləği artırılmalı, lakin bu məbləğ bir uşağa görə 3000 manat olmaqla, iki uşağa görə 6000 manat həddində müəyyən edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8 nömrəli qərarına, “Uşaq hüquqları haqqında” Konvensiyaya, Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 112.1.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
24. İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin yetərli sayda daşınmaz əmlaka sahib olması ailənin maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanların məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Real olaraq 8000 manatdan çox aylıq gəliri olduğu və qanunvericiliyin tələbinə görə gəlirlərin üçdə biri olduğu halda səkkizdə biri kimi təyin olunmuşdur.
25. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının uşaqlarla yaşadıqları ünvana yaxın (Masazır qəsəbəsi Ordubadi küç 44) çoxlu sayda ödənişsiz orta təhsil məktəbləri olduğu halda uşaqları ödənişli təhsilə qoyması iddiaçının öz şəxsi təşəbbüsüdür. Faktiki nikah münasibətlərində olduqları vaхt uşaqlarının maddi təminatını yüksək səviyyədə saxlamaları halı təsdiq edilməmişdir. Bundan başqa, xx.xx.2021-ci ildən birgə yaşamırlar. Həmin vaхtdan uşaqların hər birinin maddi təminatı tərəfindən əvvəl 193 manat, sоnra isə 220 manat səviyyəsində təmin edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansının ailə və ya maddi vəziyyətində dəyişiklik olması halı təsdiq edilməmişdir. İş üzrə sübutlarla onun kifayət qədər maliyyə imkanları olması halı təsdiq edilməmişdir. İddiaçı ilə arasında heç bir ailə münasibəti, birgə nikah, ər-arvad münasibəti, birgə yaşayış, faktiki münasibət (faktiki nikah) olmamış, birgə təsərrüfat aparılmamışdır. İndiyə qədər keçirilən bütün məhkəmə proseslərində bu hallar (faktlar) iddiaçı tərəfindən bildirilmiş və məhkəmələr tərəfindən çıxarılan qətnamə və qərardadlarda bu faktlar təsdiqlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
28. Cavabdehin nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
29. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
30. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
31. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göründüyü kimi tərəflərin faktiki nikah münasibətlərindən iki uşaqları doğulmuşdur. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa 220 manat olmaqla, ayda cəmi 440 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir.
41. İddiaçı hazırda alimentin məbləğinin artırılmasını və hər uşağa görə 3000 manat olmaqla, 6000 manat aliment tutulmasını tələb etmişdir.
42. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları, tərəflərin maddi vəziyyətini və uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılmasını nəzərə alaraq, alimentin məbləğini artıraraq, aliment məbləğini hər ay hər uşaq üçün 500 manat olmaqla, 1000 manat müəyyən etmişdir.
43. İddiaçı apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir, hər iki apellyasiya şikayəti əsassızdır.
45. İş materiallarından müəyyən edilir ki, cavabdehin adına 7 mənzil, 1 qeyri-yaşayış sahəsi var.
46. Eyni zamanda iddiaçı fərdi sahibkardır, adına aktiv VÖEN-i var, "xxxx" MMC-də “baş konstruktor, layihə” vəzifəsində işləməklə 450 manat əmək haqqı, "xxxx" MMC-də isə “texniki nəzarətçi” vəzifəsində işləməklə 500 manat əmək haqqı alır.
47. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğunu, işin konkret hallarını əsas götürərək məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini (hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat) ədalətli və ağlabatan hesab edir.
48. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2024 nömrəli iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.