Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3766/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-nə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("dəymiş zərərin ödənilməsi ”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-92/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan əmlaka vurulmuş maddi zərərə görə 5000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-92/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi zərərə görə 2219 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin yarısı, yəni 50 manatın İddiaçı, qalan 50 manatının isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 158.4, 1096.1, 1096.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14., 217.4, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilə onun üst mərtəbəsində yerləşən cavabdehin yaşadığı 35 saylı mənzildən su sızması faktı iddiaçının nümayəndəsi-vəkilinin izahatı ilə yanaşı, işin materialları ilə sübuta yetirildiyindən, onun yaşadığı mənzilə vurulmuş ziyan Cavabdeh2 tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin iddia tələbinin digər cavabdehə münasibətdə, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli mənzilə dəymiş zərər MTK-nın nöqsanları səbəbindən deyil, iddiaçının mənzilinin üst hissəsində yerləşən mənzilində yaşayan şəxslər tərəfindən törədildiyindən, MTK-ya qarşı yönələn tələb təmin edilməməlidir. İddiaçı (yaşadığı mənzilə) dəymiş ziyanın həqiqi həcminin onun tələb etdiyi məbləğdə deyil, 2219 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, İddiaçı vurulmuş ziyanın həqiqi həcmi 2219 manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan Cavabdeh2 tərəfindən tam həcmdə ödənilməlidir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, A.Məmmədov küçəsi, ev 11, mənzil 31 İddiaçı, mənzil 35 isə Cavabdeh2 xüsusi mülkiyyətindədir - Məhkəmə tikinti-texniki ekspertizasının 10/7304 saylı, xx.xx.2023-cü il tarixli və 10/4548 saylı, xx.xx.2023-cü il tarixli rəylərinə əsasən, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 31 saylı mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su axıldığı müəyyən edilir. Lakin iddiaçının mənzilinin üstündə yerləşən mənzilin də konstruktiv elementləri (tavan, divar, döşəmə) üzərində su sızma izləri olduğundan su sızma faktiki davam etmədiyindən baxış keçirilməsi, 35 və 39 saylı mənzillərin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olmadığından, 31 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair amilləri nəzərə alaraq, 31 saylı mənzilə su sızması yuxarı mərtəbələrdə yerləşən 35 və 39 saylı mənzillərin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 35 saylı mənzilə, 39 saylı mənzildən su axdığı, su axımının səbəbinin 39 saylı mənzilin hamam otağının su xəttində yaranmış nasazlıq səbəbindən olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2219 manat məbləğində olduğu müəyyən edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin14 fevral 2024-cü il tarixli e-2(001)-92/2024 saylı qətnaməsini iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 158.4, 1096.1, 1096.2; Mülki Prosessual Məcəllənin 14.2, 176.5-1, 216.2, 217.3, 217.4 –cü maddələrinə istinadən qeyd edilmişdir ki, o, iddianı qəbul etmir. Əvvala ona görə ki, tikinti-texniki ekspertizanın rəylərindən görünür ki, su sızmasının səbəbi su xəttində yaranmış nasazlıq olmuşdur. Belə olduğu təqdirdə Cavabdeh1n nöqsanları ucbatından o cavabdeh ola bilərmi? Eyni zamanda onun öz mənzilinə də ziyan dəyib. Çünki iddiaçının iddia etdiyi su sızması onun mənzilindən deyil, onun mənzilinin üzərində olan mənzildən axmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən əslində çoxlu sayda qanun normasına istinad etmişdir. Lakin həmin qanun normalarının hazırkı iddiaya nə aidiyyatı və əlaqəsi olması açıqlanmamışdır. İddiaçı iddia tələbinin əsası olaraq əslində məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, iddia tərəfi öz iddiasının əsası kimi məhkəməyə mötəbər sübutlar təqdim etməyə borclu idi. Eyni zamanda göstərmək məhkəmə işə onun iştrakı olmadan baxmış və bununla da çəkişmə prinsipinin tələblərini kobudluqla pozmuşdur. Həmçinin məhkəmə hər iki mənzilə yerində baxış keçirməli, obyektiv araşdırma aparmalı, əsil həqiqəti müəyyən etməli olduğu halda bunları etməmiş, heç bir hüquqi əsas olmadan ondan 2219 manat pul vəsaitinin tutulmasına dair qərar qəbul etmişdir. O, Qarabağ müharibəsi veteranıdır və əlildir. O məbləğin ödənilməsi onun maddi imkanları xaricindədir. Cavabdeh olmadığı bir işə görə məhkəmə onu cavabdeh kimi qəbul edib, cəzalandıra bilməzdi.
5. Sonradan Cavabdeh2 xx.xx.2024-cü il tarixində apellyasiya şikayətinə əlavə təqdim etmiş, əlavədə Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 60.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1, 18-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 31 saylı mənzilə su sızması mülkiyyətində olan 35 saylı mənzilin su, kanalizasiya boru xətlərində yaranmış qəzalardan dolayı olmamışdır. Ümumiyyətlə, mülkiyyətində olan 35 saylı mənzilin su, kanalizasiya xətlərində heç bir xəta, problem olmamışdır. Yəni 31 saylı mənzilə su sızmasının mülkiyyətində olan 35 saylı mənzilə heç bir aidiyyəti yoxdur. Eyni zamanda İddiaçı mülkiyyətində olan 31 saylı mənzilə mülkiyyətində olan 35 saylı mənzilin su, kanalizasiya xətlərində yaranmış xətalardan dolayı su sızması nəticəsində 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəlməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa hazırki iş üzrə mövcud olan Məhkəmə tikinti-texniki ekspertizasının 10/7304 saylı, xx.xx.2023-cü il tarixli və 10/4548 saylı, xx.xx.2023-cü il tarixli rəylərinə diqqətlə nəzər yetirdikdə İddiaçı mülkiyyətində olan 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurların əmələ gəlməsinin mülkiyyətimdə olan 35 saylı mənzilə heç bir aidiyyətinin olmadığını görünür. Belə ki, sözügedən rəylərdə “35 və 39 saylı mənzillərin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olmadığından, 31 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək miimkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair amilləri nəzərə alaraq, 31 saylı mənzilə su sızması yuxan mərtəbələrdə yerləşən 35 və 39 saylı mənzillərin kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilən 35 saylı mənzilə, 39 saylı mənzildən su axdığı, su axımının səbəbinin 39 saylı mənzilin hamam otağının su xəttində yaranmış nasazlıq səbəbindən olduğu miiəyvən edilmişdir” qeyd olunmuşdur. Həmin rəylər də 31 saylı mənzilə su sızmasının səbəbinin dəqiqliklə müəyyən edilmədiyinin mümükün olmadığı və həmin mənzilə su sızması yuxarı mərtəbələrdə yerləşən 35 və 39 saylı mənzillərin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bildiyi konkret göstərilməmişdir. Sadəcə ehtimal olunmuşdur. Bundan başqa 10/4548 saylı, xx.xx.2023-cü il tarixli rəydə məhkəmə tərəfindən ekspertiza qarşısına qoyulmuş üçüncü və dördüncü suallara cavab olaraq mülkiyyətində olan 35 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 39 saylı mənzildən su axdığı, su axımının səbəbinin 39 saylı mənzilin hamam otağının su xəttində yaranmış nasazlıq səbəbindən olduğunun müəyyən edildiyi bildirilmişdir. Həmin rəydən də açıq-aydın göründüyü kimi mülkiyyətində olan mənzilin yuxarı mərtəbəsində yerləşən 39 saylı mənzilin hamam otağında yaranmış nasazlıq səbəbindən oradan onun mənzilimə axan suyun mülkiyyətində olan mənzilin aşağı mərtəbəsində yerləşən 3 İ saylı mənzilə axaraq 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gətirdiyini açıq-aydın görmək olar. Buradan da dolayısı ilə 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəlməsinin onun mənzilindən axan suyunu nəticəsində yox, mülkiyyətində olan 35 saylı mənzilin yuxarı mərtəbəsində yerləşən 39 saylı mənzildən axan su nəticəsində yarandığım şübhəsiz olaraq öz təsdiqini tapmışdır. Bunula da tərəfindən 31 saylı mənzilə heç bir maddi ziyan vurulmadığı öz təsdiqini tapmış olur. Belə olduğu təqdirdə ünvan 2 ünvanında yerləşən 31 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin qarşılığı olan 2219 manat məbləğində pul vəsaitinin tutulması qətiyyən ağlabatan deyildir. Lakin Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasov qeyd etdiyi xüsusatları nəzərə almamış tamamilə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin hakimi qəbul etmiş olduğu qətnaməni heç bir mötəbər sübutla əsalandıra bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərərdadı ilə iş üzrə əlavə məhkəmə tiknti-texniki ekspertizasının aparılması qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, 2(103)-3766/2024 nömrəli iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş suallara bağlı qeyd olunur ki, mülki iş materialları araşdırılan zaman baş vermiş su sızma hadisəsi ilə əlaqədar müvafiq MKİT- nin əməkdaşları tərəfindən akt tərtib olunmadığı müəyyən olundu. Həmçinin təyin edilmiş ilkin və əlavə ekspertizalar zamanı tədqiqat obyektinə baxış keçirilən zamanlarda (xx.xx.2022 və xx.xx.2023-cü il) su sızma davam etmədiyi, eyni zamanda cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə gözünə bilən hissələrində heçbir qüsur olmadığı müəyyən olunmuşdur. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, A.Məmmədov küçəsi, ev 11 -in 31 saylı mənzilinə suyun sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iş üzrə keçirilmiş əvvəlki ekspert rəylərindən də göründüyü kimi su sızmanın onun mənzilindən qaynaqlanması ilə bağlı hər hansı mötəbər sübut olmadığını, onun mənzilinin üzrində yerləşən 39 saylı mənzildən su sızdığını və müəyyən qədər onun mənzlinə də ziyan dəydiyini, lakin buna baxmayaraq şikayət etmədiyini, həmçinin həmin dövrdə evdə onun və ailə üzvlərinin yaşamadığını, onların Şəmkirdə yaşadıqlarını və sudan istifadə etmədikləri halda onların mənzilindən aşağı mərtəbədə yerləşən mənzilə su axmasının da ağlabatan olmadığını qeyd etmiş, dediklərini nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın rəyindən də göründüyü kimi 31 saylı mənzilə 35 saylı mənzildən su axıdıldığını, binanın ümumi su xətlərindən problem olması ehtimalını nəzərə alaraq "xxxx" MTK-nın digər cavabdeh kimi qoyduqlarını, 35 saylı mənzilə 39 saylı mənzildən su axıdılmış olsa belə, faktiki olaraq 31 saylı mənzilə 35 saylı mənzildən su axıdıldığını və haqlı olaraq cavabdeh qismində 35 saylı mənzilin mülkiyyətçisini qoyduqlarını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 10.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh "xxxx" MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 14.Məhkəmə kollegiyası qeyd edilənlərə və mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Qeyd edilməlidir ki, mülki hüquq pozuntusunun (deliktin) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl, zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını müəyyən edən davranışın cavabdehə aidiyyəti sübuta yetirilmir. Belə ki, iş materiallarında mövcud olan ekspert rəyindən görünür ki, 31 saylı mənzilə su sızmasının dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəydə qeyd edilmişdir ki, 31 saylı mənzilin üzərində yerləşən 35 saylı mənzilə də su sızması əlamətləri aşkar edilmişdir və bunun da onun üzrində yerləşən 39 saylı mənzildən qaynaqlandığı qənaətinə gəlinir. Belə olan halda qeyd edilməlidir ki, iddiaçının mənzilinə su sızması və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halı olsa da, nə ekspert rəyləri ilə, nə də digər mötbər sübutla bunun səbəbinin 35 saylı mənzildə qüsurların olması müəyyən edilmir, bunun əksinə sızıntının 39 saylı mənzildən qaynaqlanması ehtimal edilir. Belə olan halda izah edilməlidir ki, iddiaçı əsaslı sübutlar təqdim etməklə 35 saylı mənzilin mülkiyyətçisinin deyil, delikti törədmiş olan digər cavabdehə iddianı qaldırmaq hüququ vardır.
15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərcləri iddiaçıya aid edilməlidir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.