Məhkəmə qərarları › İş №2(103)-3773/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3773/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3773/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sultanlı Mələk Rövşən qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-648/2017 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1və “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov hayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” fılialı ilə “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 02/HS nömrəli kredit müqaviləsinə, Cavabdeh1 arasında xx xxxxxxx 2014-cü il tarixli 2/HS-1 nömrəli zaminlik müqaviləsinə əsasən cavabdehlər “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 birgə qaydada 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 (bir yüz üç min dörd yüz iyirmi yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov hayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(005)-648/2017 nömrəli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüzyetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 (bir yüz üç min dörd yüz iyirmi yeddi) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-648/2017 nömrəli, xx xxx 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-648/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan Cavabdeh1 tərəfindən şikayət verilərək, onun ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sultanlı Mələk Rövşən qızı şikayəti qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, cavabdehin iki kredit müqaviləsi olub. Cavabdeh hər iki kredit müqaviləsi üzrə heç bir ödəniş həyata keçirmir, süründürməçiliklə məşğuldur. Cavabdehlər Cavabdeh1 və “Panacea” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 648/2017 nömrəli, xx xxx 2017-ci il tarixli qiyabi qətnaməsinin surətini Cavabdeh1 xx xxx 2017-ci il tarixdə müvafiq poçt xəbərnaməsinə rəsmi qaydada imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmənin qiyabi qətnaməsi xx.xx.2017-ci ildə Cavabdeh1 rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya cavabdehin 2017-ci ilin may ayının əvvəlindən ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yaşaması, məktub göndərilən evin boş qalması və orada sentyabr ayına kimi yaşayış olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh əvvəldən mülki işin olması ilə bağlı məlumatlı olmuş, mülki işdə onun etibarnamə üzrə nümayəndəsi X1 iştirak etmişdir. Əgər o, qeydiyyatda olduğu ünvanda yaşamırdısa, bu barədə məhkəməyə məlumat verməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 146-cı miaddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 245.2-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir; 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır; 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-648/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar