Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3775/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı2 cavabdeh X5 əsas borc olan 16000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 əsas borc olan 4000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 1000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi 417 saylı sahənin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin satılmasında 16.000 manat xidmət haqqı ilə şərtlənən vasitəçilik xidmətinin göstərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı2 “Garant Əmlak” markası adı altında fəaliyyət göstərən Daşınmaz Əmlak Agentliyinə müraciət edilmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı2 üzərinə düşən öhdəliyi yerinə yetirərək həmin sahənin satılması üçün alıcı kimi digər Cavabdeh2 ilə razılığa gəlmişdir. Vasitəçilik xidmət haqqı kimi Cavabdeh2 4000 manat xidmət haqqı ödəməyi öhdəlik kimi qəbul etmişdir. Bundan sonra hər iki cavabdeh arasında ( müvafiq olaraq Cavabdeh1 adından etibarnamə əsasında X14 və Cavabdeh2 adından oğlu X21 çıxış etmişdir) iddiaçının işçisi olan Hüseynzadə Babəkin iştirakı ilə xx xxxxxx 2018-ci il tarixdə 10000 manatlıq beh müqaviləsi imzalanmışdır. Lakin alqı-satqı müqaviləsinin vaxtı uzandığından və Cavabdeh1 oğlunun təhsili ilə əlaqədar pula ehtiyac olduğundan xx xxxx 2018-ci il tarixdə, hər iki cavabdeh arasında 12 saylı notariat kontorunda ikinci beh müqaviləsi imzalanmış və alıcı tərəfdən satıcıya əlavə 60000 manat, cəmi isə 70000 manat məbləğində beh verilmişdir. Bundan bir müddət sonra tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan sonra hər iki cavabdeh ödəməli olduqları vasitəçilik xidmət haqqlarını bilərəkdən ödəməkdən yayınmışdılar. Bu səbəbdən iddiaçı tərəfdən hər iki cavabdehə adi poçt xəbərdarlığı, daha sonra kuryer vasitəsi ilə pretenziya məktubları ünvanlanmışdır. Lakin bu gündək pulun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Grant Əmlak MMC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış və qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10360/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasiətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına ərizə verərək hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 münasibətdə iddia tələbindən imtina etdiklərini və bunun nəzərə alınmasını bildirdi. Əlavə olaraq apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin X10 aid hissədə təmin ediməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X6 iddiaçının müdafiə etdiyi şəxsə münasibətdə iddiadan imtina barədə ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdeh məhkəmə kollegiyasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “İddiaçı2 iddiasının Cavabdeh1 münasibətdə təmin olunmayan” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3775/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil hazırki iş üzrə Cavabdeh2 aid hissədə iddia tələbindən imtinasının qəbul edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Cavabdeh2 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 əsas borc olan 16000 (on altı min) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o “Garant Əmlak”-ın işçisidir. Orda vasitəçilik xidməti göstərir. Rzayev Pənah onlara müraciət etdiyini, dəfələrlə müştəriyə evi göstərdiyini, Məmmədov Emil anası və atası ilə birlikdə əmlaka baxmağa getdiyini, evə baxmağa getdikləri vaxtın qar yağan vaxta təsadüf etdiyini ,hətta qapının əlcəyinin belə buz bağladiğını, hasardan aşıb keçərək içəri qapını ancaq elə açmaq mümkün olduğun bildirmişdir. Hasarın üstündə olanda Məmmədov Emil xatirə kimi onun şəklini də çəkmişdir. Onlarin evi gah almaq istədiklərini, gah da almaq istəmədiklərini bildimişdir. On bir aydan sonra ofisə gələrək razılaşdılar. Rzayev Pənah oğlunu işə qoymaq üçün ona 70 min manat beh lazım olduğunu, əvvəlcə 10 min manat daha sonra 70 min manatı tamamlamaq üçün 60 min manat da əlavə elədilər. Avqustun 1-nə yaxın şahidin onları yığaraq müqavilə bağlamağa çağırdığını, cavabdehin isə pulu düzəldə bilmədiyin bildirmişdir. Həmçinin qoyduqları behində batacağın demişdir. Eyni zamanda Rzayev Pənaha da zəng vuraraq demişdir ki, gəl müqavilənin vaxtını uzadaq, o isə cavab olaraq uzatmadığını almaq istəyirlərsə, gəlib alsınlar dediyini bildirmişdir. Garant əmlakın arxasından iş getdiyini, xəbərinin olmadığın bildirmişdir. Sonradan eşitmişdir ki, alqı-satqı olub. Onlar telefonlarını götürmürdülər. Axırda Pənah telefonunu götürdüyünü, artıq alqı-satqı oluduğunu bildirərək, Garant əmlakın maraqlanmadığını demişdir. Pənah ilə yaxşı əlaqələrinin olduğunu, bildirmişdir. Rzayev Pənahın xalası oğlu ona deyəndən sonra ki, Babəkin pulunu versin əvvəlcə 4 min manat, daha sonra 6 min manat təklif etmişdir. 20 min manatın qarşılığında razı olmadığın bildirmişdir. Tərəflərin və hakimin sualına cavab olaraq bildirmişdir ki, ilkin beh müqaviləsi 10000 manatı Garant əmlakın ofisində, ikinci 60000 manatlıq beh müqaviləsinin isə notariusda bağlandığın bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli X21, X14 və Garant Əmlak arasında imzalanmış beh haqqında razılaşmadan görünür ki, X14 ümimi sahəsi 4 sot olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9-cu döngə, 417-də yerləşən 4 sot daşınmaz əmlakı X15 840000 manata satmağı, E.N.Məmmədov isə həmin mənzili almağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən alqı- satqı müqaviləsi xx xxxx 2018-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməli, alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə Beh alan Beh verənə 10000 manat məbləğində beh verir. Müqavilənin 6ci bəndinə əsasən alıq-satqı müqaviləsi rəsmiləşdikdə Beh verən vasitəçiyə 4000 manat, beh alan isə 16000 manat məbləğində pul verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 417 saylı sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini tərəflərin razılığı ilə 840000 manat qiymətləndirilərək Cavabdeh2 satmağı öhdəsinə götürmüş və ikinci tərəfdən 70000 manat beh almışdır. Qalan 770000 manat məbləği isə xx.xx.2018-ci il tarixədək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı birinci tərəfə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 417 saylı sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini Cavabdeh2 550000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* saykl çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 417 saylı sahənin bir hissəsi xx.xx.2015-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan notarius X7 AG Bank ASC-nin Elmlər filialına ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 notariat qaydasında təstiq ediləcək daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə ödənilməli olan 70000 manat pulu müqavilə təsdiq edildikdən sonra X8 ödənilməsi üçün qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti Aktlarının AQİS-dən çıxarışdan görünür ki, X14 ilə X11 arasında nikah xx.xx.1991-ci il tarixdə Nərimanov Rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. İş materiallarında olan AR İ646971 saylı etibarnamənin surətindən görünür ki X1 Namiq Niyaz oğluna etibarnamə vermişdir. Etibarnamənin müddəti xx.xx.2028-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan ƏN 489909 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Qiyaz qızı X8 etibarnamə vermişdir. Etibarnamənin müddəti xx.xx.2064-cü ilədək müəyyən edilmişdir. İş materiallarında olan ********* saylı qəbzin surətindən görünür ki iddiaçı iddia üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 787.1-ci maddəsinə görə broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Həmin Məcəllənin 787.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə görə brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Həmin Məcəllənin 788.2 ci maddəsinə görə brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 417 saylı ünvanında yerləşən 0.04 ha torpaq sahəsi barədə alqı-satqı məhz iddiaçı tərəfindən tapılmış şəxslər yəni Cavabdeh1 və Cavabdeh2 arasında baş tutmuşdur. Birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixli beh müqaviləsində nəzərdə tutulan müddətdə razılaşdırılmış alqı-satqı müqaviləsi bağlanmadığından cavabdehlərin İddiaçı2 qarşısında öhdəlikləri yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi beh müqaviləsində nəzərdə tutulan müddətdə rəsmiləşdirilməsə də, İddiaçı2 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 417 saylı ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulan müddətdə bağlanmadığını, ona görə iddiaçı qarşısında olan öhdəliklərinə xitam verildiyi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, alqısatqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması iddiaçının tələb hüququna xitam verilməsi üçün əsas ola bilməzdi. Çünki iddiaçının öhdəliyi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə alıcı tapmaq və həmin şəxslər arasında müqavilə bağlanmasına nail olmaq idi. Ona görə də alqı-satqının məhz iddiaçının göstərdiyi xidmət nəticəsində onun tapdığı şəxslər arasında baş verməsi iddiaçıya göstərdiyi xidmətə görə razılaşdırılmış haqqı tələb etmək hüququ verir. Həmçinin nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması işin konktret hallarından asılı olaraq alıcı və yaxud satıcı üçün məsuliyyət yarada bilərdi. Ona görə də, kollegiya hesab edir ki, İddiaçı2 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 417 saylı ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı baş tutduğundan tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli razılaşmanın 6-ci bəndinin şərtləri nəzərə alınmaqla cavabdeh X18 (beh alan) İddiaçı2 16000 manat məbləğində pul ödəməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissələrdə müvafiq sübutları məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddi tələbləri təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). İş materiallarından isə göründüyü kimi, iddiaçılar tərəfindən devalivasiyadan başqa əsas gətirilməmiş, qətnamə ilə məbləğ ödənilsə belə həmin vəsaitin dollara çevirmiş olacaqları barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 1000 manat vəsaitin tələb olunması hissəsində əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki işdə iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu yarısı yəni 15 manat pul cavabdeh X5 alınaraq iddiaçının xeyrinə ödənilməli, qalan 15 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 əsas borc olan 16000 (on altı min) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2887/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 əsas borc olan 16000 (on altı min) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 manat pul cavabdeh X5 alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3775/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3775/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver