Məhkəmə qərarları › İş №2(103)-3789/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3789/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3789/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin olunsun, Cavabdeh1 məxsus olan “Kia Sportage” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, avtomobilin üzərindən həbs götürülsün. Şikayət təmin oluna bilməz. Belə ki, şikayət onunla əsaslandırılıb ki, kredit mübahisəsi birinci instansiya məhkəməsində mahiyyəti üzrə həll olunub, cəmi 6.836,45 manat məbləğində pul tutulması qət olunub, ona görə də avtomobilin üzərinə həbs qoyulması qanuna uyğun deyil. Məhkəmə hesab edir ki, göstərilən əsasla şikayət təmin edilə bilməz. Çünki, iddianın təmin olunması barədə qətnamə qanuni qüvvəyə minməyib və icra olunmayıb. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verib, şikayətə hələ baxılmayıb. Mülki-Prosessual Məcəllənin 162.4-cü maddəsinə görə iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar