Məhkəmə qərarları › İş №2(103)-3794/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3794/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3794/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı "xxxx" (kredit verən) ASC ilə Cavabdeh (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/0069/PCK nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 9.622,80 manat, faiz borcu kimi 1.745,55 manat, müqavilə müddəti bitdikdən sonra borcun qaytarılmasının gecikdirilməsinə görə faiz borcu kimi 1.130,96 manat, cəmi 12.499,31 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 9.622,80 manat, faiz borcu kimi 1.745,55 manat, müqavilə müddəti bitdikdən sonra borcun qaytarılmasının gecikdirilməsinə görə faiz borcu kimi 1.130,96 manat, cəmi 12.499,31 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/0069/PCK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabehə Visa Classic – Beynəlxalq ödəniş sisteminin kredit kartından istifadə etməklə 12 ay müddətinə 10.000 manat məbləğində kredit xətti açıb. Müqavilənin 3.4-cü bəndində qeyd olunub ki, kredit xətti üzrə istifadə edilmiş kredit məbləğinə Bankın “Plastik kartlarla əməliyyatlara dair prosedur qaydaları”nın 1 saylı Əlavəsində göstərilən faizlərə uyğun faiz hesablanır. İddiaçının təqdim etdiyi maliyyə arayışına görə cavabdehin xx.xx.2022-ci il tarixə borcu belədir: 1) əsas borc 9.622,80 manat; 2) müqavilə müddətinə, yəni xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək faiz borcu 1.745,55 manat; 3) müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu 1.130,31 manat. Apellyasiya icraatı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş mühasibat ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4961 nömrəli rəyinə görə, həmin kredit müqaviləsi üzrə əsas borcun məbləği 9.622,79 manat, müqavilə müddətinə faiz borcunun məbləği 718,63 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün faiz borcunun məbləği 1.128 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində borcun məbləği düzgün müəyyən edilməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə borcun məbləğinə aid hissədə dəyişdirilməli, ekspert rəyində göstərilən məbləğdə borc tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilərək əsas borcun məbləği 9.622,79 manat, faiz borcunun məbləği 718,63 manat, gecikdirilmiş vaxt üçün faiz borcunun məbləği 1.128 manat, ümumi borcun məbləği 11.469,42 (on bir min dörd yüz altmış doqquz tam yüzdə qırx iki) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılısn. Ekspertiza xərci olan 100 manatın 50 (əlli) manatı "xxxx" ASC-dən, 50 (əlli) manatı isə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar