Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3795/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2(008)-5669/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(005)-386/2018 saylı 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 10 avqust 2010-cu il təvəllüdlü X1 üçün tutulan 120 manat aliment miqdarının artırılaraq, hər ay 235 sabit pul məbləğində müəyyən edilməsi; mediasiya xidməti üçün ödədiyi 61 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5669/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq 10 avqust 2010-cu il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Qəbəl Rayon Məhkəməsinin 2(025)-386/2018 nömrəli 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 10 avqust 2010-cu il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Daha sonra Cavabdeh 28 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir, lakin apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürülmüşdür. Belə ki, onun adına olan mobil nömrədə “SİMA” adlı proqram açılmış, nəyə görə açılması yadında qalmasa da, onunla hər hansı elektron göndəriş və ya başqa cür istifadə etməmişdir. Ona görə də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 saylı qətnaməsi poçt ünvanına göndərilməmişdir. Qətnamənin qanuni qüvvəsini alması barədə Qəbələ rayon İcra və Probasiya şöbəsindən məktub ünvanına daxil olduqdan sonra məlumatlı olmuşdur. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 saylı qətnaməsini rəsmi qaydada almaq üçün məhkəməyə getmiş və 07 mart 2025-ci il tarixində qətnaməni məhkəmənin dəftərxanasından qəbul etmişdir. Ona qətnamədən apellyasiya şikayəti vermək hüququ və elektron kabinet vasitəsilə göndərməyi izah olunmuşdur. Hal-hazırda qərardadda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmış və apellyasiya şikayəti yenidən elektron kabinet vasitəsilə göndərilmişdır. Ona görə də qeyd olunan səbəbə görə apellyasiya şikayəti vermə üçün qanunvericilkdə nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2(008)- 5669/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5669/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin qətnamədən 16 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə, məhkəmə iclasında öz deməsinə əsasən isə cari ilin fevral ayında məlumatlı olmuşdur. Lakin apellyasiya şikayətini vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə məhz ilk dəfə 28 mart 2025-ci il tarixdə vermişdir. İş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilməmişdir.
7. Cavabdeh həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Şikayətini onunla əsaslandırmışdır ki, o, 28 mart 2025-ci il tarixdə elektron qaydada məhkəməyə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin2(008)-5669/2024 nömrəli, 08 aprel 2025-ci il tarixli qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra tərəfindən 11 aprel2025-ci il tarixdə elektron qaydada məhkəməyə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və Bakı Şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-5669/2024 nömrəli, 29 noyabr 2024-cü iltarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2025-ci il taixli 2(008)-5669/2024 saylı qərardadı ilə ərizə təmin olunmamış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5669/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessualmüddətin bərpasından imtina olunmuşdur. Qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdi, lakin apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürülmüşdür. Onun adına olan mobil nömrədə “SİMA” adlı proqram açılmış, nəyə görə açılması yadında qalmasa da, onunla hər hansı elektron göndəriş və ya başqa cür istifadə etməmişdir. Ona görə də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 saylı qətnaməsi poçt ünvanına göndərilməmişdir. Qətnamənin qanuni qüvvəsini alması barədə Qəbələ rayon İcra və Probasiya şöbəsindən məktub ünvanına 02 mart 2025-ci il tarixdə daxil olduqdan sonra məlumatlı olmuşdur. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(008)-5669/2024 saylı qətnaməsini rəsmi qaydada almaq üçün məhkəməyə getdim və 04 mart 2025-ci il tarixində qətnaməni məhkəmənin dəftərxanasından qəbul etmişdir. Ona qətnamədən apellyasiya şikayəti vermək hüququ və elektron kabinet vasitəsilə göndərməyi izah olunmuşdur.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(008)- 5669/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. İş materiallarından görünür ki, 29 noyabr 2024-cü il tarixli məhkəmə qətnaməsi 16 dekabr 2024-cü il tarixində Cavabdeh elektron kabinet yerləşdirilərək rəsmi qaydada çatdırılmışdır.
13. Kollegiya cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qətnaməsi ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.
14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e- 2(008)-5669/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2(008)- 5669/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.