Məhkəmə qərarları › İş №2(103)-3796/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3796/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3796/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tovuz Rayon İHB Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 46 saylı bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. 2.Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. 3.İddiaçı təyin edilmiş aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 08 iyul 2013-cü il təvəllüdlü X10 və 29 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün bir uşağa görə sabit pul məbləğində 170 (bir yüz yemiş) manat olan alimentin miqdarı bir uşağa 65 (altmış beş) manat, iki uşağa görə isə 130 (bir yüz otuz) manat məbləğində artırılaraq, bir uşağa görə 235 (iki yüz otuz beş) manat, iki uşağın saxlanması üçün isə cəmi 470 (dörd yüz yetmiş) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə çəkdiyim xərcə görə, Bakı 8 saylı Mediyasiya Təşkilatı 51 (əlli bir) manat və 21,40 (iyirmi bir manat qırx qəpik) manat sənəd təsdiqinə görə, Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 noyabr 2011-ci il tarixinə daxil olmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh nikahın pozulmasına dair Tovuz Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Tovuz Rayon məhkəməsi 29 sentyabr 2021-ci il tarixli, 2(062)-1233/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, 03 noyabr 2011-ci tarixdə Tovuz rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 46 saylı bağlanmış nikah pozulmuş, birgə nikahdan 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqlar cavabdeh İddiaçı yanında və himayəsində saxlanması və 12 iyul 2021-ci il tarixdən başlayaraq, Cavabdeh oğlu ilə İddiaçı birgə nikahlarından 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməni Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə qətnaməsindən bir neçə il keçdikdən sonra, iddiaçı alimentin miqdarının artırılması barədə hər uşağa görə 193 manat pulun tutulması barədə, Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023- cü il tarixdə, Tovuz Rayon Məhkəməsində baxılmış, iddia tələbi qismən təmin edələrək, xx.xx.2023-cü il tarixli, 2(062)-436/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin olunaraq, 08 iyul 2013-cü il tarixdə anadan olmuş Aylin və 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanmaları üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1233/2021 qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Xüsusən qeyd etmək istəyir ki, hal-hazırda azyaşlı uşağı iddiaçı ilə qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment çox az olduğundan alimentin artırılmasına dair məhkəmədən əvvəl mediasiya müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müracət etmişdir. Orada iddiaçının müraciətinə əsasən mediator təyin edildi, mediatora iddiaçı tərəfindən 51 (əlli bir) manat dövlət rüsumu ödənilmiş, 12 yanvar 2024-cü tarixdə, Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 170 (bir yüz yetmiş) manat uşağın saxlanmasına çatmır, uşağın qeyimləri, qidalanmaqları, 300 manat ev kirayə pulu və fərdi müəllim hazırlıqlarını nəzərə alsaq, yuxarıda qeyd olunan aliment məbləği ilə uşağı saxlamaqda olduqça çətinlik çətinlik çəkir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 170 manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 65 manat artırılaraq, bir uşağa görə 235 manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 8 saylı Mediyasiya Təşkilatı çəkdiyim 51 manat və 21,40 manat isə sənəd təsdiqinə görə, Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı Cavabdeh ilə məhkəmə iclasında üz-üzə gəlmək istəmir, cavabdehlə məhkəmə çəkişməsində iştrak etmək istəmir, çünki iddiaçı stress keçirdikdən sonra, səhhətində müxtəlif problemlər yaranır. 6.Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, onun ikinci nikahından da yeni doğulan uşağının olmasını, özünün kirayə mənzildə yaşadığını, həmçinin valideynlərinin xəstə və onun himayəsində olmalarını nəzərə alaraq məhkəmədən hər uşaq üçün 180 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Sahibə Hacıyeva) iddia qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 08 iyul 2013-cü il təvəllüdlü X10 və 29 oktyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat, olmaqla cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 32,72 (otuz iki manat yetmiş iki) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı əlavə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 51 (əlli bir ) manat məbləğində medisiya xərcinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 9.İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. 10.Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası isə X3r. 11.Doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2015-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası isə X3r. 12.xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı notariat xidmətlərinin göstərilməsi üçün 21 manat məbləğində pul vəsaitini X6 (6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu) hesabına ödəmişdir. 13.xx.xx.2024-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. 14.xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X15 ilə Qurbanova X2, ev 23 ünvanında yerləşən 15 saylı mənzili aylıq 300 manat məbləğində müəyyən edilməklə 1 il müddətinə İddiaçı kirayə verilmişdir. 15.“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh BOKT “X23 Maliyyə” MMC-də daxili auditor vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manatdır. 16.Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 xx.xx.2023-cü il tarixində rəsmi nikaha girmiş, nikahdan sonra ərə Qocayev, arvada Arifzadə soyadı verilmişdir. 17.Doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə Arifzadə Elman qızıdır. 18.“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Bakı şəhər üzrə Təhsil İdarəsində müəllim, ümumi təhsil məktəbi/bədən tərbiyəsi vəzifəsində işləyir, əmək haqqı 781,89 manatdır 19.Məhkəmə iddia tələbinə qiymət verərək hesab etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Tovuz Rayon Məhkəməsi 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. 20.Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağın saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. 21.Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab etmişdir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. 22.Məhkəmə cavabdehin aylıq əmək haqqının 345 manat olduğunu, onun ikinci nikaha daxil olmasını və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü uşağının olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən təmin edilməli və uşaqların saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 193 manat müəyyən edilməlidir. 23.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. 24.Məhkəmə iddianın sənədin təsdiqi üçün ödənilmiş 21 manatın cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi verilərkən ona əlavə edilən sənədlərin notarial qaydada təsdiqi imperativ norma deyildir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 75.1, 75.4, 78.1, 78.2-ci:“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4-cü: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 112.1.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 26.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, işə baxan məhkəmə iddianı qismən təmin etməklə, həm iddiaçının, həm də onun uşağının konstitusiya ilə qorunan hüquqlarını kodudcasına pozmuşdur. Belə ki, işə baxan məhkəmə nəzərə almamışdır ki, hər bir uşağa görə 23 (iyirmi üç) manat qaldırılması və mövcud olan bahalıqla iki uşağın saxlanması üçün 46 (qırx altı) manat alimentin qaldırılması absutdur. Çünki, irəli sürdüyü iddia tələbində göstərdiyi əssları, 2024-cü il üçün uşağın saxlama həddi 235 (iki qüp otuz beş) manat olduğunu məhkəmə nəzərə almamışdır. Bundan başqa, Cavabdeh BOKT “X23 Maliyyə” MMC-də daxili auditor vəzifəsində işləyir, aylıq əmək haqqı 345 (üç qüz qırx beş) manat təşkil edir, bununla yanaşı cavabdeh fərdi olaraq evlərin alğı-saqısı və kirayə verilməsi üzrə maklerlik fəaliyyəti məşğul olur, hər satdığı evdən alandan və satandan 2%, hər mənzili müştəriyə kirayə ev verdikdə, hər iki tərəfdən verilən kirayə pulunun 30% gəlir əldə edir. Bu bir daha onu sübut edir ki, cavabdeh hər ay yaxşı gəlir əldə edir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, uşaqlar böyüdükcə onların tələbləri də artır, uşaqlara hər fəsil geyimlərin alınması, onların qidalanmaqları, bununla yanaşı uşaqların hər ikisi fərdi qaydada müəllim təlimlərinə getməkləri nəzərə alınmalı idi. İş materiallarından da görünür ki, kirayə müqaviləsinə əsasən, yaşadığı ünvanda kirayə qalır və hər 300 (üç yüz) manat kirayə pulu təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, ikinci nikahdan da yeni doğulan uşağı var, özü kirayə mənzildə yaşayır, həmçinin valideynləri xəstə olmaqla onun himayəsindədirlər. 30.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 31.Maddə 17-nin İİ bəndi. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 32.Maddə 34-ün İV bəndi. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 33.Maddə 75.1 və 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 34.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 35.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 36.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 37.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 40.Maddə 115.0.8.İşə baxılması ilə bağlı məsrəflərə qətnamənin icrası ilə əlaqədar xərclər daxildir. 41.Maddə 115.0.9. İşə baxılması ilə bağlı xərclərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 42.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 44.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 45.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə hər iki uşağa görə artırılmış alimentin miqdarı hissəsində dəyişdirilməlidir. 49.Belə ki, mülki işin müəyyən olunmuş mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08 iyul 2013-cü il təvəllüdlü X10 və 29 oktyabr 2015-ci il təvəllüdlü X13 adlı uşaqları olmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-1233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Tovuz Rayon İHB Əyyublu kənd İƏD üzrə nümayəndəliyində 46 saylı bağlanmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2021-ci il tarixindən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdə anadan olmuş Aylin və xx.xx.2015-ci il tarixdə anadan olmuş Lalə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. 50.Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 51.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 52.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 53.Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını respublikada uşaqlar uçün yaşayış minimumunun artması, uşaqların təhsili və geyimləri ilə əlaqədar məsrəflərinin yetərincə artması, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətin olması, həmçinin, iddiaçının azyaşlı uşaqları ilə birlikdə kirayədə qalmasına əsaslanmaqla tələb etmişdir. 54.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş 08 iyul 2013-cü il təvəllüdlü X10 və 29 oktyabr 2015-ci il təvəllüdlü X13 iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçı uşaqların saxlanması üçün artan tələbatını ödəyir. 55.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun xeyrinə 08 iyul 2013-cü il təvəllüdlü X10 və 29 oktyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə bu məbləğ 235 manat təşkil edir. 56.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 57.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 58.Məhkəmə kollegiyası iddiaçının cavabdehin fərdi olaraq evlərin alğı-saqısı və kirayə verilməsi üzrə maklerlik fəaliyyəti məşğul olması, hər satdığı evdən alandan və satandan 2%, hər mənzili müştəriyə kirayə ev verdikdə, hər iki tərəfdən verilən kirayə pulunun 30% gəlir əldə etməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 59.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 60.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 61.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 62.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 63.İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh BOKT “X23 Maliyyə” MMC-də daxili auditor vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manatdır. 64.Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 65.Məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, tərəflərin birgə nikahından 2 uşağının olmasını, cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü uşağının olmasını, onun aylıq əmək haqqının 345 manatdan ibarət olmasını, eləcə də işin konkret hallarını nəzərə alaraq alimetnin artırılmış miqdarının hər uşaq üçün 220 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 66.Belə olan halda kollegiya hesab edir ki, qətnamə hər iki uşağa görə artırılmış alimentin miqdarı hissəsində dəyişdirilərək alimentin miqdarı hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında müəyyən edilməlidir. 67.Birinci instasniya məhkəməsi sənədin təsdiqi üçün ödənilmiş 21 manatın cavabdehdən tutulması hissəsində iddianı rədd edərkən qeyd etmişdir ki, iddia ərizəsi verilərkən ona əlavə edilən sənədlərin notarial qaydada təsdiqi imperativ norma deyildir. 68.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qeyd olunan hissədə iddianı rədd edərkən MPMnin 107, 115-ci maddələrinin tələblərini pozmuşdur. 69.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 70.İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı notariat xidmətlərinin göstərilməsi üçün 21 manat məbləğində pul vəsaitini X6 (6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu) hesabına ödəmişdir. 71.Göründüyü kimi iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etmək üçün sənədlərin təsdiq edilmiş surətlərini (nikahın pozulması haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s) məhkəməyə təqdim etmiş və bunun üçün 21 manat dövlət rüsumu ödəmişdir. 72.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin təsdiqi üçün ödənilmiş 21 manat dövlət rüsumunun təmin edilmiş tələbə mütənasib olaraq 19 manatı cavabehdən iddiaçının xeyrinə tutulmalıdır. 73.Beləliklə, qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı qətnaməsi aliment məbləğinin hər uşağa görə artırılan məbləği hissəsində dəyişdiriməli, aliment məbləği hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilməli, qətnamə iddianın sənədlərin təsdiqi üçün ödənilmiş 21 manatın cavabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilməli Cavabdeh sənədlərin təsdiqi üçün ödənilmiş 19 (on doqquz) manat pul İddiaçı ödənilməlidir. 74.Kollegiya qeyd edir ki, hər uşağa görə alimentin artırılan məbləği 50 manat təşkil etdiyindən, MPM-nin 112.1.3-cü maddəsinə əsasən artırılan hissədə alimentin bir illik məcmusu nəzərə alınmaqla, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 74.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı qətnaməsi aliment məbləğinin hər uşağa görə artırılan məbləği hissəsində dəyişdirilsin, aliment məbləği hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(011)-2393/2024 saylı qətnaməsi iddianın sənədlərin təsdiqi üçün ödənilmiş 21 manatın cavabdehdən tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qeyd olunan hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə sənədlərin təsdiqi üçün ödənilmiş 19 (on doqquz) manat pul tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar