Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-38/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh X5, onun və digər cavabdehlər Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh1 nümayəndəsivəkili X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 98.256 ABŞ dolları əsas kredit, 31.496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin X7 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və Cavabdeh3 Ziyatxan oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X16 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 129.752,64 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin X10 və Cavabdeh3 Ziyatxan oğluna verilməsi, Cavabdeh1 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 119.777,49 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin X6 verilməsi, Cavabdeh1 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, Cavabdeh1 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, bir cüt sırğa açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 47.629,25 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, Cavabdeh1 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyünə, bir ədəd sapfirlə sırğaya, bir ədəd təkqaş sırğaya, bir ədəd «Şahzadə» sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və «zaponki»yə yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 48.572,58 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, Cavabdeh1 46.505 ABŞ dolları əsas kredit, 14.716,03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 krat brilliant sırğalara, bir ədəd «Ürək» kulona, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğaya, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzüyə, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulartlarına, bir ədəd «Gül» manterovka brillianta, bir ədəd brilliantl aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 61.221,03 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, Cavabdeh1 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 64.322,71 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, Cavabdeh1 28.823 ABŞ dolları əsas kredit, 7.302,75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı «Gül» üzüyə 4,31 karat, bir ədəd cəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğya firuzə ilə, bir ədəd «Ürək» brilliant üzüyə 3 karat, bir cüt «Oval» brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla «Bantik» sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 36.125,75 ABŞ dollarının İddiaçı-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 90 manat olmaqla 110 manat məbləğində vəsaitin tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, borcun tutulmasını ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi hissəsində iddianın təmin edilməməsini, tutulmalı olan borc məbləğinin dəqiq müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.Cavabdehlər apellyasiya şikayətini onunla əsslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mənzillərin təkrar ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş, mənzilin mülkiyyətçilərinin bundan xəbəri olmamışdır. Bundan başqa, götürülən kredit borclarının müəyyən məbləğləri ödənilsə belə nəzərə alınmamış, əsassız olaraq faiz borcları hesablanmışdır. Ona görə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə verilmiş hə bir kredit üzrə dəqiq əsas və faiz borcu müəyyən ediləndən sonra iş üzrə yekun qərar qəbul edilməlidir.Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməis xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli 2(005)-307/2012 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin iddiası qismən təmin edilmiş, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 632 saylı 05.06.2007-ci il tarixli kredit müqaviləsi üzrə 75.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub, İddiaçı-yə ödənilməsi, tutmanın həmin kredit müqaviləsinin təminatı kimi 632 saylı 05.06.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 47a nömrəli evin iki otaqlı 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərracdan ilkin 87.000 manat qiymətilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 55 saylı 07.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 1245 A saylı 13.11.2007- ci il tarixli kredit müqaviləsi üzrə 52.788 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçıyə ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 144 A saylı 26.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, həmin girov predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 319 A saylı 29.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızılzinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 723 saylı 24.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd “Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət “Dorojka” üzüyə, bir ədəd “Slezka” üzük, mirvari kulon məmulatlarına, bir ədəd “Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 746 saylı 08.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 47 saylı 20.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 27.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun Cavabdeh1 tutulub İddiaçıyə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd “Ürək” brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilməsi, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 90 manat olmaqla cəmi 110 manat vəsaitin Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. İddiaçı-nin səlahiyyətli nümayəndəsi və vəkili, həmçinin cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 və onların vəkili X8 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4781/2018 saylı 02.07.2018 il tarixli qərarı ilə İddiaçı-nin, həmçinin cavabdehlərin kassasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2017-ci il tarixli 2(103)-1543/2017 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxan Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh tərəfi, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-cı il tarixli qətnaməsi ləğv edilərək,yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı və Cavabdeh1 arasında 11 kredit müqaviləsi bağlanmış və kassa məxaric orderləri, ödəniş qəbzləri, ödəniş tapşırıqları və pul köçürmələrinə dair qəbzlərin surətlərindən müəyyən edilir ki, İddiaçı 24.01.2006-cı il tarixdə 24.750 ABŞ dolları, 04.08.2006-cı il tarixdə 49.500 ABŞ dolları, 14.03.2007-ci il tarixdə 24.750 ABŞ dolları, 05.06.2007-ci il tarixdə 14.850 ABŞ dolları, 06.06.2007-ci il tarixdə 74.250 ABŞ dolları, 06.06.2007-ci il tarixdə 9.900 ABŞ dolları, 14.11.2007-ci il tarixdə 54.450 ABŞ dolları, 15.11.2007ci il tarixdə 30.194 ABŞ dolları, 26.02.2008-ci il tarixdə 89.100 ABŞ dolları, 29.03.2008-ci il tarixdə 49.500 ABŞ dolları, 24.07.2008-ci il tarixdə 53.210 ABŞ dolları, 04.08.2008-ci il tarixdə 29.680 ABŞ dolları, 21.05.2009-cu il tarixdə 1.988 və 25.000 ABŞ dolları olmaqla, ümumilikdə 415.034 ABŞ dolları (531.122 ABŞ dolları) vəsaiti Cavabdeh1 ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17.03.2011-ci il tarixli SAB-535 nömrəli maliyyə arayışında göstərilir ki, krediti müqavilələri üzrə borc alan Cavabdeh1 17.01.2006-cı il tarixli 04 saylı, 06.09.2006-cı il tarixli 60 saylı və 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 98.256 ABŞ dolları, faiz borcu 31.496,64 ABŞ dolları, 05.06.2007-ci il tarixli 632 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 91.060 ABŞ dolları, faiz borcu 28.717,49 ABŞ dolları, 13.11.2007-ci il tarixli 1245a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 52.788 ABŞ dolları, faiz borcu 15.145,99 ABŞ dolları, 26.02.2008-ci il tarixli 144a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.000 ABŞ dolları, faiz borcu 10.629,25 ABŞ dolları, 29.03.2008-ci il tarixli 319A saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.890 ABŞ dolları, faiz borcu 10.682,58 ABŞ dolları, 20.05.2009-cu il tarixli 47 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 28.823 ABŞ dolları, faiz borcu 7.302,75 ABŞ dolları, 24.07.2008-ci il tarixli 723 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 46.505 ABŞ dolları, faiz borcu 14.716,03 ABŞ dolları və 08.08.2008-ci il tarixli 746 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 49.475 ABŞ dolları, faiz borcu 14.847,71 ABŞ dolları olmaqla, cəmi 575.335,44 ABŞ dolları (441.797 ABŞ dolları əsas və 133.238,24 ABŞ dolları faiz borcu) təşkil etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17.03.2011-ci il tarixli SAB-535 nömrəli maliyyə arayışında göstərilir ki, krediti müqavilələri üzrə borc alan Cavabdeh1 17.01.2006-cı il tarixli 04 saylı, 06.09.2006-cı il tarixli 60 saylı və 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 98.256 ABŞ dolları, faiz borcu 31.496,64 ABŞ dolları, 05.06.2007-ci il tarixli 632 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 91.060 ABŞ dolları, faiz borcu 28.717,49 ABŞ dolları, 13.11.2007-ci il tarixli 1245a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 52.788 ABŞ dolları, faiz borcu 15.145,99 ABŞ dolları, 26.02.2008-ci il tarixli 144a saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.000 ABŞ dolları, faiz borcu 10.629,25 ABŞ dolları, 29.03.2008-ci il tarixli 319A saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 37.890 ABŞ dolları, faiz borcu 10.682,58 ABŞ dolları, 20.05.2009-cu il tarixli 47 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 28.823 ABŞ dolları, faiz borcu 7.302,75 ABŞ dolları, 24.07.2008-ci il tarixli 723 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 46.505 ABŞ dolları, faiz borcu 14.716,03 ABŞ dolları və 08.08.2008-ci il tarixli 746 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 49.475 ABŞ dolları, faiz borcu 14.847,71 ABŞ dolları olmaqla, cəmi 575.335,44 ABŞ dolları (441.797 ABŞ dolları əsas və 133.238,24 ABŞ dolları faiz borcu) təşkil etmişdir. İş materialları ilə təsdiq olunur ki, bank bağladığı kredit müqavilələri üzrə müəyyən faiz ödənilməsi şərti ilə borcluya kredit vermişdir. Həmin kredit məbləğləri və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə ilə şərtləşdirilmiş faiz məbləği müqabilində hansı məbləğdə borcun qaytarıldığını sübut etmək isə borcalanın vəzifəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24.12.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, verilmiş kreditlər üzrə müqavilədə şərtləşdirilmiş faiz məbləğinin ödənilməsini tələb etmək bankın hüquqdur, lakin bu faizlər Konstitusiya Məhkəməsinin Plenum qərarında müəyyən edildiyi kimi, müqavilələrin qüvvədə olduğu müddət üçün hesablanmalıdır. Məhkəmə kredit müqavilələri üzrə bank tərəfindən tələb edilən əsas borc məbləğlərini təmin edərkən iş üzrə Cavabdeh1 iddiaçıya ödədiyi məbləğləri nəzərə almamış, hər bir kredit müqaviləsi üzrə verilmiş borc məbləğlərinin Cavabdeh1 ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin əsllərini iddiaçıdan tələb edərək, iş materiallarına əlavə edilməsini təmin etməmiş, həmçinin borcun Cavabdeh1 tərəfindən ödənilməsini təsdiq edən kassa məxaric orderlərinin məhkəməyə təqdim edilməsini Cavabdeh1 təklif etməmiş, hər bir müqavilə üzrə ödənilmiş və qalıq borcun və hesablanmış faizlərin (müqavilənin müddətinə) dəqiq məbləğini müəyyən etmək üçün məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, sübutların iddiaçı və cavabdehlərdən alınması üçün prosessual tədbirlər görməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, borcun və faizlərin hesablanması hissəsində səhvə yol vermiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun olaraq düzgün həll etməmiş, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollagiyasının 18 okyabr 2018-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 07 noyabr 2019-u il tarixli 29581 saylı ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Qeyd olunan ekspert rəyi ilə tərəflər razılaşmadığından, iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2758 saylı 21 may 2021-ci il tarixli ekspert rəyinə görə: iş materiallarında 17 yanvar 2006-cı il tarixli, 04 saylı kredit müqaviləsi üzrə heşabdan kassa məxariç, mədaxil orderləri və hesabdan çıxarış məlumatları təqdim olunmadığı üçün həmin müqavilə üzrə borc qalığını müəyyəfi etmək mümkün olmadı; İş materiallarında 06 sentyabr 2006-cı il tarixli 60 saylı kredit müqaviləsi üzrə kassa məxariç, mədaxil orderləri və hesabaan çıxarış məlumatları təqdim olunmadığı üçün bu müqavilə üzrə borc qalığını müəyyən etmək mümkün olmadı; 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 13.12.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 107.086.05 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 13.12.2008-ci il tarixə: əsas borc üzrə 106500,29 ABŞ dolları; faiz borcu üzrə 585.75 ABŞ dolları; 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 05 iyun 2007-ci il tarixli 632 saylı saylı kredit müqaviləsi şətlərini əsas götürülməklə Cavabdeh1 05.12.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 19.425,78 ABŞ dollar məbləğində müəyyən olunur, o cümlədən: 05.12.2008-ci il tarixə: əsas borc üzrə 19.082.30 ABŞ dolları, faiz borcu üzrə 343,48 ABŞ dolları; 13 noyabr 2007-cı ii tarixli 1245A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 13 noyabr 2007-ci il tarixli 1245A saylı Kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 13.11.2008-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 39.568.20 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 13.11.2008-ci il tarixə: əsas borc üzrə 38327,77 ABŞ dolları; faiz borcu üzrə 1240.44 ABŞ dolları; 26 fevral 2008-ci il tarixli 144A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfidən ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 26 fevral 2008-ci il tarixli 144A saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 26.04.2008-ci il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 45.022.50 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 26.04.2008-ci il tarixə: əsas borc üzrə 45.000 ABŞ dolları; faiz borcu üzrə 22.50 ABŞ dolları; 29 mart 2008-cı il tarixli 319A saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 29 mart 2008-ci il tarixli 319A saylı kredit İ müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 29.09.2009-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 40.419.53 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 29.09.2009-ci il tarixə əsas borc üzrə 39.356.89 ABŞ dolları; faiz borcu üzrə 1.062.64 ABŞ dolları; 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 24.10.2008-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 51.739.23 ABŞ do! har: məbləğində müəyyən olunur, o cümlədən: 24.10.2008- ci il tarixə: əsas borc üzrə 51.637.25 ABŞ dolları; faiz borcu üzrə 101.98 ABŞ dolları; 08 avqut 2008-cı il tarixli 746 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 01,08.2009-cu il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 54.815.16 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 01.08.2009-cu il tarixə: əsas borc üzrə 52635.76 ABŞ dolları; faiz borcu üzrə 2179,39 ABŞ dolları; 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 20.11,2010-cu il tarixədək (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 22.436.84 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 20.11.2010-cu il tarixə: əsas borc üzrə 20.842,20 ABŞ dolları: faiz borcu üzrə 1.594,64 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/103 saylı və 29 yanvar 2020-ci il tarixli 9/2758 saylı 21 may 2021-ci il tarixli ekspert rəylərin nəticələri eyni olduğundan, həmin rəylər məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. İddiaçı-nin iddia tələbinin ipoteka və girov predmetlərinə yönəldilməsinə dair hissədə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdə olan Cavabdeh1 ilə İddiaçı arasında 150.000 ABŞ dolları məbləğində kreditin alınmasina dair 07.11.2007-ci il tarixli 55 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kreditin təminatı kimi əvvəllər başqa müqavilələr üzrə ipoteka müqavilələri əsasında girov qoyulmuş Cavabdeh3xan oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, ev 120/23, mənzil 18 ünvanda yerləşən mənzili və X9 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzili Cavabdeh1 təkrar 07.11.2007-ci il tarixli müqavilə ilə yüklü etmişdir. Lakin 07.11.2007-ci il tarixli müqavilə üzrə qeyd olunan mənzillərin 55 saylı 07.11.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi təkrar ipoteka ilə yüklü edilməsindən Cavabdeh3xan oğlunun və X5 razılığı alınmamışdır. Eyni halda Cavabdeh1 1245A saylı 13.11.2007-ci il tarixli 55.000 ABŞ dolları məbləğində kredit müqaviləsinin təminatı kimi X4 müliyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilini yüklü edərək bu haqda bankla bağladığı 1245 A saylı, 13.11.2007-ci il tarixli kredit müqaviləsinin 4.1-ci bəndində göstərmişlər ki, qeyd olunan kreditin təminatı 05.06.2007-ci il tarixdə Niyazova Aynur, Cavabdeh1 və Bank arasında bağlanmış 632 saylı ipoteka müqaviləsi hesab edilir, lakin bu haqda X4 məlumatı olmamışdır. Təqdim olunmuş və qanuni iqüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-258/2014 saylı 34.2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2006-cı il 04 saylı və 03 avqust 2006-cı il tarixli 54 saylı ipoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə 07 noyabr 2007-ci il tarixli müqavilə və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 1245A saylı 13 noyabr 2007-ci il tarixli kredit müqaviləsinin 4.1 bəndi etibarsız hesab edilmişdir. Məhkəmənin həmin qətmaməsi qanuni qüvvəsini almış və təqdim edilmiş icra sənədlərindən görünür ki, hənin qətnamə icra olunmuşdur. Beləliklə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 150.000 ABŞ dolları məbləğində 55 saylı 07.11.2007-ci il tarixli və 5.000 ABŞ dolları məbləğində 1245 A saylı 13.11.2007-ci il tarixli kredit müqavilələrinə dair təminatı olan ipoteka müqavilələri etibarsız hesab olunduğundan həmin kredit müqavilələri üzrə borc tələbləri ipoteka predmetlərinə yönəldilə bilməz və həmin hissədə İddiaçı-nın iddiası təmin edilməməlidir. Qalan hissələrdə isə iddiaçı tərəfindən tələbin girov predmetlərinə yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edildiyindən və kredit müqavilələri üzrə qızılzinət əşyaları isə saxlanca qoyulduğundan borcun tutulması iddiaçının qanuni tələbinə əsasən qeyd olunan girov saxlanc müqavilələrinin şərtlərinə müvafiq qaydada girov predmetlərinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin ediməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Eyni zamanda ekspert tədqiqatlarının dəyəri 250 manatın 50 manatı iddiaçıdan, 200 manatı isə cavabdehdən tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qə t etdi: Cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 632 saylı 05.06.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19.425,78 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub, İddiaçı-yə ödənilsin. İddiaçı-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 55 saylı 07.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin. İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 1245 A saylı 13.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə 39.568,20 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçıyə ödənilsin. İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 144 A saylı 26.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin, tutma Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilsin, həmin girov predmeti açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilsin, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 319 A saylı 29.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin, tutma Cavabdeh1 məxsus və girov kimi İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızılzinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilsin, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 723 saylı 24.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd “Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət “Dorojka” üzüyə, bir ədəd “Slezka” üzük, mirvari kulon məmulatlarına, bir ədəd “Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilsin, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilsin, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 746 saylı 08.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilsin, İddiaçınin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 47 saylı 20.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22.436,84 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc Cavabdeh1 tutulub İddiaçı-yə ödənilsin, tutma Cavabdeh1 məxsus olan İddiaçı-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd “Ürək” brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilsin, qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına borc tələbi ödənilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 90 manat olmaqla cəmi 110 manat vəsaitin Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 250 manatın 50 manat İddiaçı-dən, 200 manat cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 Ziyatxan oğlu və Cavabdeh4 tutulub dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X2 KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-38/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-38/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver