Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3800/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh1 iştirakları ilə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə, ikinci iş üzrə iddiaçı, birinci iş üzrə Cavabdeh1 cavabdeh İddiaçı və X12 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat kontorunun notariusu X13 olmaqla) ipoteka müqavilsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27sentyabr 2019-cu tarixli, 2(008)-5590/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləğinin və borc məbləğinin illik 5%-ni təşkil edən 10200 ABŞ dolların, ümumilikdə 134.200 (yüz otuz dörd min iki yüz) ABŞ dollarının ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğin ona verilməsi, qalan borc məbləğinin isə cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ikinci iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 cavabdeh İddiaçı və X12 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat kontorunun notariusu X13 olmalqa) ipoteka müqavilsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, cavabdeh İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin, xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda olan yaşayış evimin ipotekaya qoyulmasma dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X7 56000 ABŞ dolaları pulun alınıb İddiaçı ödənilməsi və onun İddiaçı müqavilə ilə yaranmış öhdəliyin 58000 ABŞ dollarının ödənilməsi ilə ünvan 1 ünvanda olan yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə 2(008)- 5713/2019 saylı və 2(008)-5590/2019 saylı mülki işlərin bir icraatda baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 3M-231 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 212.000 (iki yüz on iki min) ABŞ dolları məbləğində pul borca vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” Cavabdeh1 kredit məbləğini xx.xx.2018-ci il tarixinədək ona ödəməli idi. Bu müqavilənin təminatı olaraq xx xxxxxx 2018-ci il tarixində birinci tərəfİddiaçı, ikinci tərəf- Cavabdeh1 və üçüncü tərəf- Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 3M-88 nömrəli reyestrlə təsdiqedilmiş Zaminlik müqaviləsinə əsasən “Zamin” Cavabdeh2 xx.xx.2018-ci il tarixli 3M-231 reyestr nömrə ilə qeyd edilərək təsdiqlənmiş kredit müqaviləsi əsasında borc almış Cavabdeh1 “Borc verən” qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixində «ipoteka qoyan» Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən bu ipoteka obyekti ********** qeydiyyat nömrəsi ilə qeydə alınmaqla xx.xx.2019-cu il tarixinədək yüklülüyün müddəti göstərilməklə yüklü edilmişdir. Lakin, kredit məbləğinin qaytarılma müddəti bitsədə həmin məbləğ qaytarılmamış və “Borc alan” Cavabdeh1 xahişi ilə pulun qaytarılması üçün ona tərəfindən vaxt verilmişdir. Bu səbəbdən məhz “Borc alan”nın təşəbüsü ilə xx xxxx 2019-cu il tarixində onunla X6 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 1M-368 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əlavə sazişlə xx xxxxxxx 2108-ci il tarixində “ipoteka qoyan” Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 3M- 1204 reyestr nömrə ilə bağlanmış ipoteka müqaviləsinin 3,3-cü bəndi aşağıdakı redaksayada verilmişdir; 3.3. Öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin «İpoteka qoyan»a («Borclu»ya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2019-cu il tarixinədək. xx.xx.2019-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən bu ipoteka obyekti ********** qeydiyyat nömrəsi ilə qeydə alınmaqla xx.xx.2019-cu il tarixinədək yüklülüyün müddəti göstərilməklə yüklü edilmişdir. Lakin borclu Cavabdeh1 bu müddət ərzində kreditməbləğindən əvvəlcə 8.000 (səkkiz min) ABŞ dolları, cavabdehlərə pretenziya məktubu ilə müraciətindən sonra isə 80.000 (səksən min) ABŞ dolları mənə qaytarılmışdır. 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları isə bu günədək cavabdehlər tərəfindən ona qaytarılmamışdır. Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdr ki, iddia ərizəsi üzrə cavabdehlərdən Aslanlı Kamalı o təqribən 2009-cu il tarixdən tanımışdır. Onunla münasibəti biznes sahəsində birgə işləmək olmuşdur. Aslanlı Kamalın vasitəsi ilə cavabdeh X14 tanımışdır. Cavabdehlərdən İddiaçı 2016-cı ilin axırlarıdan tanımışdır. Onunla münasibəti iddia ərizəsində göstərdiyi biznes işlərinin görülməsi ilə əlaqədar olmuşdur. O, Aslanlı Kamala və X12 biznes münasibətləri başlayarkən bildirmşdir ki, İddiaçı onun yaxın dostudur. Çox hörmətini saxladığı şəxsdir. Onunla biznes münasibətlərində hər hansı bir problemin yaranmamasını xahiş etmişdir. xx xxxxxx 2018-ci il tarixdə onunla, cavabdeh İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsinə görə İddiaçı ona 212000 ABŞ dolları pulu borc vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri, 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmişdir. Müqavilə ilə ona borc verilməsi qeyd olunan 212000 ABŞ dollarının qaytarılma müddəti xx xxxx 2018-ci il tarixinə müəyyənləşdirilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əlavə saziş müqaviləsi ilə dəyişiklik edilmiş və alınmış borc məbləğinin xx.xx.2019-cu il tarixinədək qaytarılmasına razılaşmışlar. Cavabdeh İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi ilə ona borc verilməsi qeyd edilən 212000 ABŞ dollarının təminatı olaraq xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda olan yaşayış evini ipoteka müqaviləsi ilə borc verənin xeyrinə yüklü etmişdir. İpoteka müqaviləsinə xx xxxx 2019-cu il tarixdə və 01 iyul2019-cu il tarixlərdə dəyişiklik edilmiş və 30.06. 2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixədək öhdəliyin müddəti uzadılmışdır. Faktiki olaraq İddiaçı ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə ona hər hansı bir məbləğdə borc verilməmiş və ya 212000 ABŞ dolları məbləğində pul borc verilməmişdir. Cavabdehlə borc müqaviləsi və ipoteka müqaviləsi bağlamağına məcbur edilmişdir. 2017-ci ilin fevral ayında İddiaçı ilə birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Dubay şəhərinə getmişlər. Orada onun keçmiş tanışı Kamal Aslanovla İddiaçı tanış olmuşdur. İş üzrə digər cavabdeh X16 ilə İddiaçı isə Bakı şəhərində onun iştirakı ilə biribirini tanımışlar. O cavabdehlər İddiaçı, X16 və onun atası Kamal Aslanov ilə birgə kommersiya fəaliyyəti ilə məşğul olmaqlarına dair razılığa gəlmişlər. Onlar Ukrayna Respublikasından bitki yağının alınıb X11 Dubay şəhərində satışını təşkil etməyi ilə bağlı razılaşmışlar. Cavabdeh Aslanov Kamala məxsus olan müəssisənin adından mallar alınacaq, satılacaq, işlər görüləcəklər. Malların alınması üçün vəsaiti cavabdeh İddiaçı qoyacaq. O isə razılaşdıqları malların alınması, göndərilməsi işləri ilə məşğul olacaqdır. Ukrayna Respublikasından bitki yağlarının alınması və X11 Dubay şəhərinə göndərilməsi üçün o və cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək təqribən 1 ay müddətində Ukrayna Respublikasında, Xerson şəhərində birlikdə qalmış və hər gün ikisi ilə birlikdə bitki yağının alınmasının təşkili işləri ilə məşğul olmuşlar. O və İddiaçı 2017-ci ilin iyun ayında Ukrayna Respublikasından 286.153 ABŞ dolları dəyərində, bitki yağını alıb X11 Dubay şəhərində göndərmiş. Onlar aldıqları malları Dubay şəhərinə apardıqdan sonra orada uzun müddət malların satılmasını təşkil edə bilməmişlər. Malların çətin satılmasını görən cavabdeh İddiaçı geriyə Bakıya dönmüşdür. Bu minvalla 5-6 ay o, Aslan və Kamal malın satılması üçün Dubayda xeyli çalışmışlar. Sonra 24.12. 2017- ci il tarixdə Aslanov Kamala məxsus olan “xxxxxxxxxxxxxx” MMC-nin vasitəsi ilə malı BİG SHOT LLC şirkətinə satmışlar. Müqaviləyə əsasən 125.000(X11 pulu) aed (34153 dollar) ilkin ödəniş aldıq və qalan 924,160 aed (252.000 dollar) 1 ay sonraya xx.xx.2018 ci-il tarixdə ödəməyə rəsmi bank çeki təqdim etdi. Aldığıqları 34153 dolların 1 hissəsini anbar və digər xərclərə ödəmişlər, təqribən 12000- 13000 dollarını İddiaçı göndərmiş və o xx.xx.2017-də Bakiya qayıtmışdır. Təqribən 2018-ci ilin yanvar ayının ortalarında BİG SHOT LLC-nin rəhbərliyi onlara etdiyi telefon zənglərinə ara-sıra cavab verməyə başlamış və o onlardan şüphələndiyi üçün dərhal Dubaya getmişdir. Onların ofisinə getdikdə ofisin bağlı olduğunu gördükdə dərhal verdikləri çeki götürüb Banka getmiş və Bankdan bildirmişlər ki bu hesabda pul yoxdur. Malı onlara verdikdə onların hesabında 1.200.000 ABŞ dolları var idi. O anlamışdır ki, onları aldadıblar və dərhal xx.xx.2018-ci il tarixdə Kamal və o rəsmi şəkildə Dubay şəhərinin polis idarəsinə ərizə ilə müraciət etmişlər. Müraciətdən 1 ay sonra BİG SHOT şirkətinin rəhbərlərindən biri X9 həbs olunmuş və şirkətin digər rəhbəri X20 Das Gangwani hal-hazırda beynəlxalq axtarışdadır. Bu cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki səfirliyi Dubay hökümətinə rəsmi olaraq 2 dəfə nota vermişdir. Yanvar ayından iyun aymadək o Dubay şəhərində qalaraq polis və məhkəmədə gedən proseslərdə iştirak etmişdir. X23 maşınını satıb və qohumlarından aldığı cəmi 60.000 dolları məhkəmə və digər işlərə xərcləmişdir. Bunu cavabdehlər Aslan Aslanov və Kamal Aslan özləri bilirlər. Malın qalan hissəsinin pulunu alıcıdan ala bilmədiyiklərinə görə o, İddiaçı qardaşı ilə o dostlarının və tanışlarının vasitəsilə pulun 212000 dollarını ödəməyə razılaşmışlar və sonradan X16 ona kömək edəcəyini bildirmişdir. Sonra danışıb razılığa gəlmişlər ki, İddiaçı məxsus 252000 ABŞ dolları pulun 106.000 ABŞ dollarını A. Aslanov ödəsin, 146.000 ABŞ dollarını o ödəsin. O həmin pulun 88000 ABŞ dollarını ödəmişdir. Aslan Aslanov isə 50.000 ABŞ dollarını ödəmişdir. Onun 58000 ABŞ dolları ödənilməyən borcu qalmış, Aslanın isə 56000 ABŞ dolları ödənilməyən borcu qalmışdır. O borclu olduğu 88000 ABŞ dollarının 8000 dollarını öncə qalan 80000 dollarını notarial qaydada ödəmişdir. Qalan 58000 ABŞ dollarının ödəməyə hazır olduğunu bildirmişvə rəsmi şəkildə notarius vasitəsi ilə İddiaçı müraciət etmişdir və əvəzində ipoteka ilə yüklü etdiyi yaşayış evinin ipotekadan azad edilməsini xahiş etmişdir. Lakin, İddiaçı isə ondan Aslan Aslanovun ödəməli olduğu 56000 ABŞ dolları pulu ödəməyini tələb etmişdir. xx xxxxxx 2018-ci il tarixdə o, İddiaçı ilə kredit müqaviləsi bağlayarkən və xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyətində, olan ünvan 1 ünvanda olan yaşayış evimi ipoteka müqaviləsi ilə yüklü edərkən H. Mecidovun vədlərinə inanmışdır. Ancaq H. Mecidovun hazırkı əməl və hərəkətləri sübuta yetirir ki, onun ona olan inam və etibarından sui-istifadə edib, onu aldadıb, ona müqavilə bağladıb. Faktiki olaraq H. Mecidov ilə Aslan Aslanov arasında 106.000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmışdır. Müqavilə 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmişdir. Aslan atası Kamal və dayısı Mehman müəllimin ona göndərdikləri mesaj və səs yazılarında bildirirlər ki, Hacıağaya olan borclarını özləri ödəyəcəyik, o öz borcunu ödəsin. Cavabdeh X10 İddiaçı ödəməli olduğu 56000 ABŞ dolları pulu ödəməməsinə görə o mülkiyyətində olan yaşayış evini ipoteka ilə yüklülükdən azad edə bilmir. Onun bu hərəkətləri nəticəsində İddiaçı alacağı 56000 ABŞ dolları pulunu ala bilməmiş və onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Ona görə də onunla, cavabdeh İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin, xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda olan yaşayış evimin ipotekaya qoyulmasma dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X7 56000 ABŞ dolaları pulun alınıb İddiaçı ödənilməsi və onun İddiaçı müqavilə ilə yaranmış öhdəliyin 58000 ABŞdollarının ödənilməsi ilə ünvan 1 ünvanda olan yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli, 2(008)-5590/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləğinin (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat Dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 300000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi qalan hissədə rədd edilməsi, Cavabdeh1 cavabdeh İddiaçı və X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat kontorunun notariusu X13 olmalqa “ipoteka müqavilsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaçı X2 iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında müqavilə bağlananadək olan münasibətlərə və müqavilənin bağlanma müddətində olan münasibətlərinə qiymət verilməmişdir. Mülki iş üzrə məhkəmə qətnaməsi ilə iddiaçı X2 xx xxxxxx 2018-ci il tarixli müqavilə ilə ona 212.000 ABŞ dolları məbləğində borc pulu hansı məqsədlər üçün və hansı səbəbdən verdiyi müəyyən edilməmişdir. Həmçinin, məhkəmənin qətnaməsi ilə 212.000 ABŞ dolları məbləğində borc pulun həqiqətən xx xxxxxx 2018-ci il tarixdə mənə verilməsi və ya əvvəllər görülmüş işlər nəticəsində (onun qarşılıqlı iddia ərizəsində göstərdiyi əsaslara görə) vurulmuş zərərə görə yarandığı müəyyən edilməmişdir. Müqavilə tərəfi olaraq onun və iddiaçı X2 xx xxxxxx 2018-ci il tarixinədək biri-birinə telefon zənglərinin mobil operatorlardan götürülməsi ilə, hər ikisinin qarşılıqlı iddia ərizəsində göstərdiyi müddətdə birlikdə ölkə ərazisindən giriş çıxışlarının götürülməsi yolu ilə getdikləri ölkələrdə birlikdə olmaqları ilə və telefon danışıqları, vootçab yazışmalarının çıxarışlarının götrülməsi ilə müqaviləyə qədərki münasibətlərinin, danışıqlarının müəyyənləşdirmək və X2 ona borc olaraq 212.000 ABŞ dolları məbləğində pulu borc vermədiyini, qarşılıqlı razılaşma ilə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün pul vəsaiti qoyduğunu müəyyən etmək olar. İşin faktiki halı ondan ibarət olmuşdur ki, faktiki olaraq X8 ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə ona hər hansı bir məbləğdə borc verilməmiş və ya 212000 ABŞ dolları məbləğində pul borc verilməmişdir. Cavabdehlə borc müqaviləsi və ipoteka müqaviləsi bağlamağına məcbur edilmişdir. 2017-ci ilin fevral ayında X8 ilə birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Dubay şəhərinə getmişlər. Orada onun keçmiş tanışı Kamal X1 tanış oldu. İş üzrə digər cavabdeh X16 ilə Hacıağa Məcidov isə Bakı şəhərində onun iştirakı ilə biri-birini tanımışlar. O, cavabdehlər X8, X16 və onun atası Kamal Aslanov ilə birgə kommersiya fəaliyyəti ilə məşğul olmaqlarına dair razılığa gəlmişlər. Onlar Ukrayna Respublikasından bitki yağının alnıb X11 Dubay şəhərində satışını təşkil etməkləri ilə bağlı razılaşmışlar. Cavabdeh Aslanov Kamala məxsus olan müəssisənin adından mallar alınacaq, satılacaq, işlər görüləcək. Malların alınması üçün vəsaiti cavabdeh X8 qoyacaq. O, isə razılaşdıqları malların alınması göndərilməsi işləri ilə məşğul olacaqdı. Ukrayna Respublikasından bitki yağlarının alınması və X11 Dubay şəhərinə göndərilməsi üçün o və cavabdeh X8 xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək təqribən 1 ay müddətində Ukrayna Respublikasında, Xerson şəhərində birlikdə qalmış və hər gün ikisi birlikdə bitki yağının alınmasının təşkili işləri ilə məşğul olmuşlar. O və Məcidov Hacıağa 2017-ci ilin iyun ayında Ukrayna Respublikasından 286.153 ABŞ dolları dəyərində, bitki yağını alıb X11 Dubay şəhərində göndərmişlər. Onlar aldıqları malları Dubay şəhərinə apardıqdan sonra orada uzun müddət malların satılmasını təşkil edə bilməmişlər. Malların çətin satılmasını görən cavabdeh X8 geriyə Bakıya döndü. Bu minvalla 5-6 ay o, Aslan və Kamal malın satılması üçün Dubayda xeyli çalışmışlar. Sonra 24.12. 2017-ci il tarixdə Aslanov Kamala məxsus olan “xxxxxxxxxxxxxx” MMC-nin vasitəsi ilə malı BİG SHOT LLC şirkətinə satmışlar. Müqaviləyə əsasən 125.000 (X11 pulu) aed ( 34153 dollar) ilkin ödəniş almış və qalan 924.160 aed (252.000) dollar 1ay sonraya xx.xx.2018-ci il tarixdə ödəməyə rəsmi bank çeki təqdim etdi. Aldıqları 34153 dolların 1 hissəsinə anbar və digər xərclərə ödəmiş, təqribən 12000-13000 dollarını Məcidov Hacıağaya göndərmişlər və o, xx.xx.2017-ci ildə Bakıya qayıtdı. Təqribən 2018-ci ilin yanvar ayının ortalarında BİG SHOT LLC-nin rəhbərliyi onlara etdiyi telefon zənglərinə ara-sıra cavab verməyə başladı və o, onlardan şübhələndiyi üçün dərhal Dubaya getdi. Onların-ofisinə getdikdə ofisin bağlı olduğunu gördükdə dərhal verdikləri çeki götürüb Banka getdi və Bankdan bildirdikləri bu hesabda pul yoxdur. O, malı onlara verdikdə onların hesabında 1.200.000 ABŞ dolları var idi. O, anladı ki, onları aldadıblar və dərhal xx.xx.2018-ci il tarixdə Kamal və o, rəsmi şəkildə Dubay şəhərinin polis idarəsinə ərizə ilə müraciət etdi. Müraciətdən 1 ay sonra BİG SHOT şirkətinin rəhbərlərindən biri X9 həbs olundu və şirkətin digər rəhbəri X20 Das Gangwani hal-hazırda beynəlxalq axtarışdadır. Bu cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki səfirliyi Dubay hökümətinə rəsmi olaraq 2 dəfə nota vermişdir. Yanvar ayından iyun ayınadək o, Dubay şəhərində qalaraq polis və məhkəmədə gedən proseslərdə iştirak etmişdir. X23 maşınını satıb və qohumlarından aldığı cəmi 60.000 dolları məhkəmə və digər işlərə xərclədi. Bunu cavabdehlər Aslan Aslanov və Kamal Aslanlı özləri bilirlər. Malın qalan hissəsinin pulunu alıcıdan ala bilmədiklərinə görə o, X3 qardaşı ilə o, dostları və tanışları vasitəsilə pulun 212000 dollarını ödəməyə razılaşmış və əvvəlcədən X16 ona kömək edəcəyini bildirdi. Sonra danışıb razılığa gəldilər ki, Hacıağa Məcidova məxsus 252000 ABŞ dolları pulun 106.000 ABŞ dollarını A. Aslanov ödəsin, 146.000 ABŞ dollarını o ödəsin. O, həmin pulun 88000 ABŞ dollarını ödəmişdir. Aslan Aslanov isə 50.000 ABŞ dollarını ödəmişdir. Onun 58000 ABŞ dolları ödənilməyən borcu qalmış, Aslanın isə 56.000 ABŞ dolları ödənilməyən borcu qalmışdır. O, borclu olduğu 88000 ABŞ dollarının 8000 dollarını öncə qalan 80000 dollarını notarial qaydada ödəmişdir. Qalan 58000 ABŞ dollarının ödəməyə hazır olduğunu bildirmiş və rəsmi şəkildə notarius vasitəsi ilə Məcidov Hacıağaya müraciət etmiş və əvəzində ipoteka ilə yüklü etdiyi yaşayış evinin ipotekadan azad edilməsini xahiş etmişdir. Lakin, Hacıağa Məcidova isə ondan Aslan Aslanovun ödəməli olduğu 56000 ABŞ dolları pulu ödəməyini tələb etdi. xx xxxxxx 2018-ci il tarixdə o, X8 ilə kredit müqaviləsi bağlayarkən və xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanda olan yaşayış evini ipoteka müqaviləsi ilə yüklü edərkən H.Məcidovun vədlərinə inanmışdır. Ancaq H. Məcidovun hazırkı əməl və hərəkətləri sübuta yetirir ki, onun ona olan inam və etibarından sui-istifadə edib, onu aldadıb, ona müqavilə bağladıb, faktiki oiaraq H. Məcidov ilə Aslan Aslanov arasında 106.000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmışdır. Müqavilə 14 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmişdir. Aslan atası Kamal və dayısı Mehman müəllimin ona göndərdikləri mesaj və səs yazılarında bildirirlər ki, Hacıağaya olan borclarını özləri ödəyəcək, sən öz borcunu ödə. Məhkəmə tərəfindən iddiaçı X8 ilə onun münasibətlərinin hansı tarixdə və kimin vasitəsi ilə yarandığı araşdırılmamış və buna mübahisənin həlli ilə əlaqədar obyektiv qiymət verilməmişdir. O, Aslanlı Kamalı 2009-cu il tarixdən tanımışdır. Onun onunla münasibəti biznes sahəsində birgə işləmək olmuşdur. Aslanlı Kamal vasitəsi ilə cavabdeh X12 tanımışdır. X4 2016-cı ilin axırlarından tanımışdır. Onunla onun münasibəti biznes işlərinin görülməsi ilə əlaqədar olmuşdur. X8 ilə onun arasında xx xxxxxx 2018-ci il tarixdə kredit müqaviləsinin bağlanmasına, xx xxxxxxx 2018-ci il tarixdə ipoteka müqaviləsinin bağlanmasına səbəb H. Məcidovun ona hədə-qorxu gəlməsi, münasibətlərin həddən artıq gərginləşməsi səbəb olmuşdur. O, aralarında xoşagəlməyən hadisələrin qarşısını almaq məqsədi ilə müqavilə bağlamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, öz iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayətini qəbul etməyərək, öz iddia tələblərində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli, 2(008)-5590/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 212 000 ABŞ dolları məbləğində borc pulu xx xxxx 2018-ci il tarixə qədər qaytarmaq şərti ilə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evi Cavabdeh1 oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evini tərəflər araslnda bağlanmış xx.xx.2018-ci il tarixli 3M/231 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsini suətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdlikləri götürmşdür. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi imzalanmış, cavabdeh borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə qaytarılmasına dair üzərinə düşən öhdəlikdən yayınaraq, borcunu ödəmədiyindən, digər Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürdüyündən, onların subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, iddia tələbi borcun tutulması hissəsində əsaslı olaraq təmin edilmişdir. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. MM-nin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etmədiyindən, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulduğundan və onun tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalıdır. Həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni kollegiya əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi qalan borc məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi və borc məbləğinin illik 5%-ni təşkil edən 10200 ABŞ dolların tutulmasına dair hissəsi həmin tələblərin əsaslığına dəlalət edən sübutların təqdim edilməməsi səbəbindən rədd edilməlidir. Məhkəmə Cavabdeh1 iddia tələbini rədd edərkən, sübutların olmamasına istinad etmişdir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya məhkəmənin Cavabdeh1 iddiasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli, 2(008)- 5590/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3800/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3800/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver