Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3807/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X22 və X19 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1, onun vəkili, digər iddiaçı X7 nümayəndəsi və vəkili X14, cavabdeh “Yeni Azərbaycan” Partiyasının nümayəndəsi və vəkili X15 iştirakı ilə, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(009)- 2416/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X16 cavabdeh “Yeni Azərbaycan” Partiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəfn xərcləri qismində 35.000 manat, mənəvi zərər qismində 250000 manat və son iki illik məhkəmə prosesində çəkilmiş maddi zərər 5500 manat pulun alınaraq, İddiaçı1, xx.xx.2015-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək və əyani formada təhsil üzrə təhsil müəssisələrinə daxil olacağı təqdirdə təhsil aldığı müddət bitənədək hər ay 1452,05 manat, xx.xx.2015-ci ildə anadan olmuş X8 14 yaşına çatanadək ona qulluq edilməsi üçün hər ay 500 manat, mənəvi zərərə görə 250000 manat alınaraq iddiaçı X5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə sürücü X23 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu qərardan zərərçəkmişin hüquq varisi apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunmuşdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilərək, X17 cəzası 5 il 6 ay azadlıqdan məhrum edilməklə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bununla da məhkəmənin hökmü qanuni qüvvəsinə minmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə də müəyyən edilmişdir ki, “Yeni Azərbaycan” Partiyasını Pirallahı rayon təşkilatına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sentra” markalı, 10-AS649 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında X23 tərəfindən idarə edilən zaman, xx xxxxxxxx 2016-cı il tarixdə, saat 19-25 radələrində Pirallahı-Qala yolu ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə zidd olaraq 60 km/saat surətlə idarə edərək həmin yolun Dübəndi bağ massivindən keçən hissəsində göstərilən Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda piyada keçidi ilə yolu keçən piyada X9 vurmuş, hadisə nəticəsində piyada X6 həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Qeyd olunduğu kimi, “Nissan Sentra” markalı, **-AS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon təşkilatına məxsus olmaqla, həmin dövrdə RT sədri olmuş (aidiyyəti orqanlara çox saylı müraciətlərindən sonra xx.xx.2017-ci il tarixdə YAP Pirallahı rayon təşkilatının konfransında sədrlikdən azad edilmişdir) Manaf Manafovun xidməti istifadəsində olmuşdur. Manaf Manafov vəzifəsindən sui istifadə edərək, işdən sonra təşkilata məxsus həmin xidməti maşınla, yanında Pirallahı rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Həsən Niftəliyevlə birgə Bakıxanov qəsəbəsinə toya tələsirmişlər. Onlar istintaqa verdikləri ifadələrində və məhkəmə iclaslarındakı dindirmələrində, bunu dəfələrlə etiraf etmişlər. Bu səbəbdən də maşının kimin sürməsindən asılı olmayaraq, hətta bu gün də iddiaçılarda şübhələr var ki, hadisə anında sükan arxasında elə Manaf Manafovun özü olmuşdur. Buna əsas isə, 14 aydır yürüdülən məhkəmə proseslərində məhkum X17 verdiyi ziddiyətli ifadələr, onun məhkəmə iclaslarında davranışları, maşının içində olanlardan kənar yeganə canlı şahid Cavid Mahmudov istisna (o istintaqa verdiyi ikinci və sonra məhkəmədə verdiyi ifadələrində təkrar-təkrar hadisə anında maşından düşən kişinin Manaf olduğunu və həmin anda Bağışın orada olmadığını bildirmişdir), yerdə qalan şahidlərin olmayan məntiqsiz ifadələri, Pirallahı-Bakı istiqamətində hadisə yerinə kimi olan 12-yə qədər təhlükəsizlik kameralarından heç birinin görüntülərinin əldə edilməməsi, istintaqa təqdim etdikləri 19 adda xüsusatların tam araşdırılmaması və s.olmuşdur) təhlükə mənbəyi “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon Təşkilatına məxsus “Nissan Sentra” markalı, 10- AS-649 dövlət qeydiyyat nömrə nişanlı avtomobil və işdən sonra həmin avtomobilə öz şəxsi məqsədi üçün sürətli hərəkətinə sərəncam vermiş Manaf Manafov olmuşdur. İddiaçı X16 mərhum X6 arvadı olmuşdur. Qeyd edilən fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayı tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, AZ- İİ № 013290 saylı nikah haqqında şəhadətnamə ilə təsdiq edilir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü qızı X12 anadan olmuşdur. İddiaçılar onlara və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(009)- 2416/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və X16 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verərkən “Yeni Azərbaycan” Partiyasının Pirallahı rayon təşkilatının sədri olmuş Manaf Manafov işdən sonra təşkilata məxsus həmin xidməti maşınla, digər vəzifəli şəxslə Bakıxanov qəsəbəsinə toya tələsiblər. Onlar istintaqa verdikləri ifadələrində və məhkəmə iclaslarındakı dindirmələrində, bunu dəfələrlə etiraf ediblər. Hadisə anında sükan arxasında Manaf Manafovun olması barədə iddiaçılarda şübhələr var. Partiyanın rayon təşkilatı hüquqi şəxs olmadığı üçün cavadeh ola bilməz. Məhkəmə rayon təşkilatının məsuliyyət daşıdığını hesab edərsə, onu öz təşəbbüsü ilə cavabdehin tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edə bilərdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 12225/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2018-cu il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3549/2019 saylı qərarı iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9786/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) iddiaçılar İddiaçı1 və X7 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(009)-2416/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdehndan İddiaçı1 xeyrinə dəfn xərclərinə görə 6.133,14 (altı min yüz otuz üç manat on dörd qəpik) manat, məhkəmə xərcinə görə 1,1 (bir manat on qəpik) manat, mənəvi zərərə görə 1.000 (min) manat, cəmi 7.134,24 (yeddi min yüz otuz dörd manat iyirmi dörd qəpik) manat tutulmuş, Cavabdehndan iddiaçı X7 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün uşaq 18 yaşına çatanadək, xx xxxx 2018-ci il tarixdən başlayaraq hər 160 (yüz altmış) manat zərərin əvəzi tutulmuş, cavabdeh “Yeni Azərbaycan” Partiyasından iddiaçı X7 xeyrinə 1000 (min) manat mənəvi zərər tutulmuş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9786/2019 nömrəli qətnaməsindan iddiaçılar İddiaçı1 və X4 şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-8496/2020 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iddiaçı X3 şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsi uşaqların saxlanılması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün iş apelyasiya instansiyasına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-8496/2020 saylı qərarında qeyd edilmişdir ki,...bununla yanaşı kassasiya kollegiyası iddiaçı X7 iddiası üzrə uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətini prosessual qanunvericiliyin tələblərinin pozulması ilə gəlindiyi qənaətinə gəlir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir kİ, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X13 Azərbaycan Respublikası Müdafiə Nazirliyi 981 saylı Hərbi Hissədə 212,05 manat əmək haqqı almış, İ qrup əlilliəyə görə 140 manat sosial müavinət almışdır. Bununla yanaşı iddiaçının təqdim etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxx”QSC-nin xx.xx.2016-cı il tarixli arayışını mötəbər sübut kimi qəbul etməmiş və iddianı mərhumun Hərbi hissədə işləyən zaman aldığı məvacib və əlil kimi aldığı sosial müavinət əsasında qismən təmin etmişdir. Bu qənaətini isə iddiaçı tərəfin mərhum X6 “xxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də işləməsi ilə bağlı elektron informasiya sistemindən çıxarışın təqdim edilməməsi ilə əsaslandımışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum ərinin arayışda qeyd edilən yerdə işləməsi məsələsinə qiymət verərkən onunla əmək müqaviləsinin əmək müqaviləsinin qüvvəyə minməsini əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması ilə şərtləndirən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyin qüvvəyə minməsindən əvvəl və yaxud sonra bağlandığına da qiymət verməli idi. Belə ki, Azərbyacn Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbi üzrə sübutetmə vəzifəsinin icrası baxımından mərhum ərinin “xxxxxxxxxxxxxxxxxxxxxx”QSC-də işləməsini təsdiq edən və müvafiq qaydada işəgğtürənin möhürü ilə təsdiq edilən arayışı təqdim etmişdir. Bu şəkildə Mülki Prosessual Məcəllənin 89.3-cu maddəsinin tələblərinə cavab verən yazılı sübut qismində arayışın təqdim edildiyi halda, əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınmasına dair çıxarışın iddiaçı tərəfin təqdim etməsinin mümkün olubolmamasını və yaxud çətin olmasını aydınlaşdırmadan sadəcə olaraq onun təqdim edilməməsi əsası ilə sübutun qeyri-mötəbər hesab edilməsi ilə bağlı apellyasiya instanisyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 mərhum ərinin əmək müqaviləsinin bağlanmasına dair bildirin elektron informasiya sistemində qeydə alınıbalınmadığına dair çıxarışın əldə etmə imkanının olub-olmamasını araşdırmadan, bunun üçün məhkəmənin sübutların təmin edilməsi ilə bağlı vəzifələrinin icrasına ehtiyacın olub-olmamasını araşdırmamaqla maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin hissədə iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, İddiaçı2 kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 uşağın saxlanması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir, hər iki iddiaçnın tələblərinin təmin edilməmiş qalan hissəsində qətnamə dəyişdirilmədədn saxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, o ədalətli qərar verilməsini xahiş edir. Dörd ildir məhkəmə çəkişməsi getməklə süründürməçilik olub. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 vəkili, digər iddiaçı X7 nümayəndəsi və vəkili X24 bildirdi ki, daimi iş 1100 manat olandı. Burada söhbət həmin hissədən gedir, işin mübahisəsiz halıdır. Onlar da həmin hissədə iddianın təmin olunmasını xahiş edirlər. Ailə hazırda mövcuddursa, deməli bu pul da verilməlidir. Ailəni dolandıran vəfat edib, lakin ailənin ehtiyacları hələdə qalır. Məhkəmə iclasında cavabdeh “Yeni Azərbaycan” Partiyasının nümayəndəsi və vəkili X25 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Məcəllənin 1119.1-cu maddəsinə görə zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir; 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-8496/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9786/2019 nömrəli qətnaməsinin uşağın saxlanılması üçün pulun tutulması tələbinin təmin edilməmiş hissəsində ləğv edildiyindən və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından, apellyasiya icraatının predmetini yalnız xx.xx.2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün pulun tutulması hissəsi təşkil edir. Qeyd olunan hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) həmin hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan bu hissədə iddianı tam təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, təqdim olunan sübutlarla müəyyən olunur ki, mərhum X2 qazancı 1452,05 manat (1100+212,05+140=1452,05) manat təşkil etmişdir. Mərhumunun ölməsi ilə əlaqədar professional əmək qabiliyyətini itirməsi dərəcəsi 100% olduğundan, Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) 1452,05 manat təşkil edir. Mülki Məcəllənin 1122.1-ci maddəsinin tələbinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Demək xx.xx.2015-ci ildə doğulmuş X10 yetkinlik yaşına çatanadək mərhum X2 olan qazancının(gəlirinin) o hissəsi ödənilməlidir ki, həmin hissə ən azından atasının sağlığında dolanacığı üsün ona sərf olunurdu yaxud qeyd olunan məbləği uşaq almaq hüququna malik idi. Belə ki, Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə əsasən də aliment ödənilməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və(və ya) valideynlərin başqa gəlirlərinin hər ay dörddə bir hissəsi miqdarında aliment tutulur. Bu meyar da nəzərə alınsa xx.xx.2015-ci ildə doğulmuş X18 yetkinlik yaşına çatanadək mərhum X6 qazancının(gəlirinin) ən azı bu hissəsini almaq hüququna malik idi. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, xx.xx.2015-ci ildə doğulmuş X18 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən mərhum X2 olan qazancının(gəlirinin) dördə biri, yəni 363 manat tutularaq iddiaçı X10 ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(009)- 2416/2018 saylı qətnaməsi qismən, yəni xx.xx.2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün pulun tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə də iddia qismən təmin edilsin. Cavabdeh “Yeni Azərbaycan” Partiyasından xx.xx.2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2018-ci il tarixdən başlayaraq hər ay 363(üç yüz altmış üç) manat tutularaq iddiaçı X11 ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3807/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3807/2020
10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver