Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-381/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə" iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3870 manat maddi ziyanın və dövlət rüsumuna ödənilmiş 70 manat umumilikdə 3940 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3870 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pulun Cavabdeh tutularaq və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, apellyasiya icraatı zamanı cavabdehin vəkili əlavə ekspertizanın təyin edilməsi barədə vəsatət verib. Vəsatət onunla əsaslandırılıb ki, əvvəlki ekspert rəyləri verilərkən “Euro Style LTD” şirkətinin tərtib etdiyi qüsur aktı əsas götürülüb, mübahisənin düzgün həli üçün "xxxx" Sığorta Şirkəti ASC-nin tərtib etdiyi qüsur aktına əsasən əlavə ekspertiza keçirilməlidir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
6. Bakı Şəhəri Nizami RPİ TŞ-nin 12 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/273 nömrəli rəyindən görünür ki, “X7” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/800 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti8220,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950,00 manat.
9. “Euro Style” LTD-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 12475 manat məbləğində müəyyən edilmişdir.
10. AD 474946 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.
11. AD 826162 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Toyota-Prius” markalı 99 TO-166 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r.
12. AB 989115 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ‘'X7” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur.
13. 17 fevral 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40-da ‘'X7” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.
14. "xxxx" ASC-nin 11 mart 2023-cü il tarixli, 103100 nömrəli sığorta aktının surətindən görünür ki, 3545 manat İddiaçı hesabına köçürülmüşdür.
15. İddiaçı tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanan məlumatın surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-də sığortalanmış nəqliyyat vasitəsi 3545 manat məbləğində zərər vurmuşdur. Həmin məbləğin onun “X8” ASC-nin debit kartına köçürülməsinə etiraz etməmişdir.
16. "xxxx" ASC-nin 10 mart 2023-cü il tarixli, 103100 nömrəli sığorta aktının surətindən görünür ki, 750 manat X1 hesabına köçürülmüşdür.
17. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:41-də Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi üzü R.Rüstəmov istiqamətində yol-nəqliyyat hadisəsi baş vermişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Vokswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/800 nömrəli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti1950,00 manat.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/712 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Vokswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti 1950,00 manat.
20. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olur ki, "xxxx" Sığorta Şirkəti ASC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Volkswagen Jetta” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2617,0 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Republikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 936.2. Faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tətbiq edilən prosessual hüquq normaları:
23. Azərbaycan Republikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
24. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili əvvəlki ekspert rəyləri verilərkən “Euro Style LTD” şirkətinin tərtib etdiyi qüsur aktı əsas götürülməsi, mübahisənin düzgün həli üçün "xxxx" Sığorta Şirkəti ASC-nin tərtib etdiyi qüsur aktına əsasən əlavə ekspertiza keçirilməsi ilə bağlı olmuşdur.
28. Bununla bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olur ki, "xxxx" Sığorta Şirkəti ASC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Volkswagen Jetta” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2617,0 manat təşkil edir.
29. Beləliklə, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili ekspert rəyi ilə təsdiq edildiyindən, onun apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən avtomobilə vurulan zərərin əvəzi kimi tutulmalı məbləğ 2617,0 manat müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Nəticə:
32. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən avtomobilə vurulan zərərin əvəzi kimi tutulmalı məbləğ 2617,0 manat müəyyən edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
35. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 2617,0 (iki min altı yüz on yeddi) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.