Məhkəmə qərarları › İş №2(103)-3811/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3811/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3811/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Ləğv prosesində olan iddiaçı “AG Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-142/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan iddiaçı “AG Bank” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 11683.43 ABŞ dolları məbləğində əsas borc, 4703.47 ABŞ dolları məbləğində faiz borcu, 2041.80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18428.70 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-142/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 10 iyun 2015-ci il tarixli, 104.LN.1002.100615.00002 saylı kredit müqaviləsi üzrə 11683.43 ABŞ dolları əsas borc, 2542.21 ABŞ dolları faiz borcu, 200.00 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 14.425.64 ABŞ dolları Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatinin dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh aid edilməsi, həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı Cavabdeh, 5 manatı isə iddiaçıya aid edilməsi, 25 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan iddiaçı “AG Bank” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsi ilə 08 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sorğusu daxil olmuşdür. Həmin sorğuda qeyd edilən mülki iş üzrə cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 142/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən şikayət verildiyi qeyd edilmiş və yaranmış zərurətlə hazırki mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-142/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar