Məhkəmə qərarları › İş №2(103)-3815/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3815/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3815/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 29322,05 manat əsas borc, 7345,92 manat cərimə borcunun və 20 manat dövlət rüsumunun, cəmi 36687,97 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, məhkəmədən 46.507,78 manat əsas borc, 40.182,73 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 86.720,51 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşlıqlı iddianın təmin edilərək, İddiaçı ASC-nin iddia etdiyi 36667,97 manat pul vəsaitinin sığorta hadisəsi nəticəsində ona ödənilməli olan 116374,24 manat məbləğdən çıxarılaraq əvəzləşdirilməsi, qalan 79706,27 manat məbləğin isə aylıq lizinq ödənişləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi barədə qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 şifahi vəsatətlə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə apellyasiya şikayəti verildiyini bildirməklə, verilmiş apellyasiya şikayətinin surətini və apellyasiya şikayətinin məhkəmə tərəfindən qəbul edilməsi barədə qəbzi təqdim edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatətin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362-364cü maddələrinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar