Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3815/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 14 saylı evin, 19 saylı mənzili Cavabdeh mülkiyyətindədir, onun bu hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. "xxxx" ASC ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh həyat yoldaşı X8 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən (48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 40.000 manat) irəli gələn öhdəliklərin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)- 1151/2014 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X3 36.795,11 manat məbləğində əsas borcun, 1.865,77 manat məbləğində faiz borcunun, 84,17 manat məbləğində cərimə borcunun, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat məbləğində pulun, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 31 manat məbləğində pulun, cəmi 38.745,05 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olmaqla Cavabdeh məxsus olan Bakı şəhəri, Nrimanov rayonu, N.Hacıyev küçəsi, 14 saylı evin, 19 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 5493/2014 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(102)-1595/2015 saylı qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı qətnaməsi qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəi Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir.
4. xx.xx.2017-ci il tarixli qəbzə əsasən X8 tərəfindən "xxxx" ASC-yə kredit ödənişi qismində 38.806,05 manat məbləğində pul ödənilmişdir;
5. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 06.03.207-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədi üzrə icra icraatına xitam verilmişdir.
6. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada sonuncunun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 (iki) otaqlı, 52 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə edilməklə təmirsiz 2 otaqlı 102 kv.m mənzili Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Cavabdeh, həmçinin, öz üzərinə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini İddiaçı MTK-ya təhvil verilməsini təmin etmək, habelə mənzili tam boşaldaraq, yüklü olmaması haqqında arayış təqdim etmək şərti ilə İddiaçı MTK-ya təhvil vermək öhdəliklərini də götürmüşdür.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-615/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı MTK-dan 38.745,05 manat məblində pul vəsaiti və 45 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-381/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş cavabdeh İddiaçı MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyanın əvəzi olaraq 38.745,05 manat pulun və 45 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-504/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 615/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7086/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-188/2022 saylı 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və X7 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MTK-nın Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi zərərə görə 38.790,05 (38.745,05 + 45) manat pulun, işgüzar nüfuza vurulmuş zərərə görə 20.000 manat pulun, ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MTK-ya ödənilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 otaqlı 29.0 kv.m. mənzilin söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə iddiaçı həmin ünvanda tikəcəyi yeni yaşayış binasından 2 otaqlı 102 kv.m. mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən həmçinin cavabdeh mənzilin yüklü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürmüşdür. Həmçinin, cavabdeh həmin mənzilin ******* saylı Çıxarışının əslini də iddiaçıya vermişdir. İddiaçı öhdəliyinə əməl edərək, həmin ərazidə tikilmiş yeni yaşayış binasından, yəni ünvan 4 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsindəki 24 saylı mənzili cavabdehə vermişdir və hazırda cavabdeh həmin mənzildə yaşayır. Bundan əlavə, iddiaçı sökülən mənzilə görə cavabdehə 68.000 manat əlavə pul vermiş, həmçinin hər ay 500 manat olmaqla illərlə kirayə haqqı ödəmişdir. Lakin, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya yüklü, yəni "xxxx" ASC-nın ipotekasında olan mənzili vermişdir. İddiaçı sökülən həmin mənzilin "xxxx" ASCnın ipotekasında olmasından yalnız "xxxx" ASC ona qarşı məhkəmədə iddia qaldırandan sonra xəbər tutmuşdur. Belə ki, "xxxx" ASC onun ipotekasında olan həmin mənzilin sökülməsi nəticəsində banka vurulmuş 38.745,05 manat məbləğində zərərin ondan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-2(103)-615/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin etmiş və mənzilin ipotekada olmasını əsas gətirərək, 38.745,05 manat məbləğində pulun və 45 manat dövlət rüsumunun ondan tutulmasını qət etmişdir. Yəni, məhkəmə iddiaçıdan 38.745,05 manatın tutulmasına səbəb kimi mənzilin ona təhvil verilərkən və sökülərkən bankda ipotekada olmasını göstərmişdir. Həmin məhkəmə zamanı iddiaçıya həm də məlum olmuşdur ki, mənzilin ipotekada olması ilə əlaqədar yaranmış problemlərə görə cavabdeh və onun mərhum əri X8 ilə "xxxx" ASC arasında uzun müddət, illərlə bir neçə məhkəmə çəkişmələri və məhkəmə işləri olmuş, lakin həmin məhkəmə mübahisələri də iddiaçıdan gizlədilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanarkən cavabdeh mənzilin bankda ipotekada olduğunu iddiaçıya deməmiş və sonradan da həmin məsələ ilə bağlı baş vermiş məhkəmə çəkişmələrini də iddiaçıdan gizlədərək, iddiaçıya məlumat verməmisdir. Beləliklə də, ikinci dəfə də cavabeh iddiaçıya bu barədə heç bir məlumat vermədən tikdiyi yeni yaşayış binasındakı ünvan 4 ünvanındakı 24 saylı mənzili əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-2(102)-504/2021 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2-2(103)- 615/2021 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən iddiaçı tərəfindən 38.745.05 manat və 45 manat "xxxx" ASC-yə ödənilmişdir. Bundan sonra, "xxxx" ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, bankla cavabdehin əri X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin (iddiaçı tərəfindən ödənilmiş) tam yerinə yetirilməsi səbəbindən mənzilin üzərindən yüklülüyün götürülməsini xahiş etmiş və yüklülük götürülmüşdür. Göründüyü kimi, cavabdeh ipotekada olan mənzili söküntü üçün iddiaçıya verməklə iddiaçını 38.745, 05 manat məbləğində (əlavə olaraq 45 dövlət rüsumu) maddi zərərə salmışdır. Bundan əlavə, cavabdeh yuxarıda göstərilən hərəkətləri ilə (iddiaçının təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və sair) iddiaçıya mənəvi zərər vurmuşdur. "xxxx" ASC dəfələrlə iddiaçıya pretenziya məktubları göndərərək pulu tələb etmiş, həmçinin iddiaçını məhkəməyə verərək böyük məbləğdə olan pulu istəmiş, iddiaçı çoxsaylı məhkəmə mübahisələrində cavabdeh kimi iştirak etmişdir. Məhkəmələr cavabdehin hərəkətləri nəticəsində iddiaçının üzərinə öhdəlik qoymuşdur. İddiaçı cavabdehin hərəkətləri nəticəsində böyük məbləğdə pul ödəmişdir. Halbuki, həmin pul vəsaiti iddiaçıya fəaliyyətinin maliyyələşdirilməsi üçün daha çox lazım və vacib idi. İddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən aldadılıbdır. Bununla bağlı yenidən məhkəmə mübahisəsinə başlamışdır. Bütün bunlar iddiaçının işgüzar nüfuzuna böyük zərər vurmuş, onu nüfuzdan salmış, barəsində cəmiyyətdə mənfi rəy yaratmışdır. Bunların nəticəsində iddiaçı üçün arzuolunmaz vəziyyət yaranmış və iddiaçının işgüzar nüfuzuna zərər vurulmuşdur. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya 20.000 manat mənəvi zərər ödənilməlidir.
13. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.-ci bəndinin sonuncu abzasından da göründüyü kimi, cavabdehə məxsus evin yüklülüyü barədə arayışın iddiaçıya təqdim edilməsi öhdəliyini iddiaçı müqavilə üzrə cavabdehin üzərinə qoymuşdur. Başqa sözlə, əgər cavabdeh tərəfindən iddiaçıya mənzilin yüklülüyü barədə arayış təqdim edilməmişdirsə, o zaman nəyə görə iddiaçı həmin müqaviləni imzalamağa razılıq vermişdir? Ya da əgər müqavilə artıq imzalanmışdırsa, nəyə görə ona xitam verilməsi təşəbbüsü ilə çıxış etməmiş və ya arayışın təqdim edilməsini gözləmədən söküntüyə başlamışdır? Buradan aydın olur ki, iddiaçı mənzilin yüklülüyündən xəbərdar idi və bunu bilə-bilə ipoteka ilə yüklü olan əmlakı sökmüşdür. İddiaçı mənzildə qeydiyyata olan 18 yaşı tamam olmuş şəxslərin mənzilin sökülməsi ilə bağlı razılıq ərizələrini alır, ancaq yüklülüklə bağlı arayışı almadan başlayır söküntüyə? Bu da inandırıcı deyil. İddiaçının əmlakı sökərkən onun ipoteka ilə yüklü olduğunu bilməsi və ya bunu bilməli olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsi ilə də öz təsdiqini tapır. Belə ki, hazırki iş üçün preyudisial əhəmiyyətə malik həmin qətnamənin 46-cı bəndində məhkəmə qeyd edir ki, "Belə ki, müqavilənin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, cavabdeh mənzilin yüklü olmaması haqda arayış təqdim etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsini tələb edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni icra etmişdir.". Həmçinin, həmin qətnamənin 47-ci bəndində məhkəmə qeyd edir ki, "Xüsusi ilə vurğulanmalıdır ki, İddiaçı MTK komplektləşmiş və öz nizmanaməsi ilə mənfəət götürmək üçün fəaliyyət göstərən kooperativ hüquqi şəxsdir və əsas fəaliyyət növü məhz mənzil tikinti sahəsi təşkil edir. Fəaliyyətini həyata keçirən zaman fiziki və hüquqi şəxslərlə, həmçinin bələdiyyə və dövlət oraqanları ilə müqavilə bağlamaq hüququna malikdir. Hazırki halda da İddiaçı MTK tərəfindən Cavabdeh ilə mənzilin sökülməsinə dair müqavilə bağlanarkən həmin mənzilin yüklü olmamasına dair cavabdeh tərəfindən arayış verilib-verilməməsindən asılı olmayaraq". Həmçinin həmin qətnamənin 48-ci bəndində məhkəmə qeyd etmişdir ki, "Nəzərə alınmalıdır ki, müqavilə üzrə tərəf həmin məlumatı verməyə və ya ümumiyyətlə düzgün olmayan şəkildə verə bilər. Bunu İddiaçı MTK nəzərə almalı və yoxlamalı idi. Lakin qeyd edilən imkana malik olmasına baxmayaraq, İddiaçı MTK tərəfindən mənzilin yüklülüyünə dair məlumatı yoxlamamış və bu hal iş materiallarından görünmür. Ona görə də baş verəcək nəticələrin riskini məhz İddiaçı MTK daşıyır." İddiaçı bu iddianı qaldırarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsinin 56-cı bəndinə istinad etmişdir. Halbuki, məhkəmə həmin bənddə qeyd etmir ki, cavabdeh sözügedən məbləği iddiaçıya ödəməlidir. Sadəcə olaraq həmin iş üzrə mübahisə predmeti başqa olduğu üçün məhkəmə iddiaçının əsassız iddiasını haqlı səbəblərdən dolayı rədd etmiş və həmçinin bildirmişdir ki, iddiaçı hüququnun pozulduğu qənaətindədirsə, bununla bağlı (yəni sırf pul tələbi ilə bağlı) ayrıca cavabdeh barəsində məhkəməyə müraciət etmək hüququna malikdir. Diqqətə çatdırır ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və AR Konstitusiyasına əsasən hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. İndiki halda da Bakı Apellyasiya Məhkəməsi iddiaçının nəzərinə həmin hüququnun olduğunu çatdırmışdır. Daha deyilmir ki, cababdehin iddiaçıya konkret məbləğdə pul borclu olduğu öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş CD diskdən də sübut olunur ki, iddiaçı MTK mənzili sökərkən həmin əmlakın ipoteka ilə yüklü olduğundan xəbərdar idi. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərə görə 38.745,05 manat məbləğində pulun İddiaçı MTK-nın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X9)
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur kiİddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh Mirzə- Ağa qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh mənzilin yüklü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürsə də, buna riayət etməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7086/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsinə görə banka vurulmuş 38.745,05 manat məbləğində zərərin məhkəmə qətnaməsi ilə İddiaçı MTK tərəfindən "xxxx" ASC-yə ödənilməsi hazırki iş üzrə tərəflər arasına müqavilənin etibarsızlığına səbəb olmamaqla yanaşı, İddiaçı MTK tərəfindən cavabdehə qarşı yeni iddia tələbi ilə çıxış etmək hüququnu yaratmış olur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-504/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “R.İsmayılovun iddiaçıya ("xxxx"ASC) olan borcunun cavabdehə məxsus və sonradan cavabdeh tərəfindən sökülmüş ipoteka predmetinə yönəldilərək tutulmasına dair məhkəmə qətnaməsi mövcud olmuşdur. Lakin ipoteka predmeti cavabdeh (İddiaçı MTK) tərəfindən söküldüyündən, yəni məhv olunduğundan iddiaçı borcun ipoteka predmetinə yönəldilərək tutulması imkanından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçı ipoteka predmetinin sökülməsi ilə ona vurulmuş zərərin ipoteka predmetini sökmüş cavabdehdən tutulmasını tələb etmişdir. Beləliklə, 38.745,05 manat məbləğində pul İddiaçı MTK tərəfindən Cavabdeh bank öhdəliyi kimi "xxxx" ASC-yə ödənilmiş, Cavabdeh qeyd olunan məbləğ həddində əsassız varlanmışdır. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Belə olan halda, cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi və iş üzrə İddiaçı MTK-ya maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi bu hissədə əsaslıdır və iddia tələbinin maddi zərərə görə 38.745,05 manat hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə “işgüzar nüfuza vurulmuş zərərə görə 20.000 manatın tutulması” barədə iddia tələbini əsassız hesab edərək, bununla bağlı hər hansı əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Belə ki, həmin tələbin araşdırılmasını zəruri edəcək, hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1091-ci, 1092.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini iddiaya qarşı verilmiş yazılı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə qətnamənin 4-cü səhifəsinin 7-ci abzasında qeyd edir ki, “...Cavabdeh həmin mənzilin ******* saylı Çıxarışının əslini də İddiaçı MTK-ya vermişdir.” Məhkəmənin bu qənaətə necə gəldiyi bəlli deyil. Bu fikri məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi səsləndirmiş, cavabdeh tərəf isə bunu təkzib etmişdir. Qeyd olunan bu məlumat yalan məlumatdır. Çünki demək olar ki, cəmiyyətdə hər kəsə, hətta qeyri-hüquqşünaslara da bəllidir ki, əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən həmin əmlakın çıxarışının əsli bankda saxlanılır. İndiki halda da işin mübahisəsiz halıdır ki, mənzil bankda ipoteka ilə yüklü olub. Belə olan halda sual yaranır, necə ola bilər ki, cavabdeh yüklü əmlakın çıxarışının əslini iddiaçıya təqdim etsin? Bu sadəcə gülüncdür. Elə buradan iddiaçının öz iddiasında, birinci instansiya məhkəməsinin isə öz qərarında ədalətsiz olması, yalan məlumatlara istinad etmələri aydın şəkildə ortaya çıxmış olur. Növbəti əsas kimi, birinci instansiya məhkəməsi mülki hüquqdakı “əsassız varlanma” institutunu göstərmiş və qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarına istinad edərək iddiaçının cavabdehə qarşı olan pul tələbinə dair iddiasına “hüquqi don” geyindirməyə çalışmışdır. Halbuki, hazırki mübahisəyə əsassız varlanmanın heç bir aidiyyəti yoxdur. Elə məhkəmənin özünün istinad etdiyi hüquq normaları iddianın əsassız olduğunu, cavabdehin iddiaçının hesabına əsassız varlanmış şəxs olmadığını sübut edir. Bundan sonra isə məhkəmə əsassız varlanma nəticəsində əldə olunanların geri qaytarılması ilə bağlı hüquq normalarına istinad etmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasındakı münasibətdə və mübahisədə heç bir əsassız varlanma halı yoxdur, iddiaçının digər bir əsaslandırma cəhdi kimi, məhkəmə bu dəfə də “delikt institutu”na “üz tutmuşdur”. Deliktin də iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq məhkəmənin əsassız varlanmaya və deliktə istinad etməsi Mülki Məcəllənin 386 və 439-cu maddələrinə istinad edərək iddiaçını necəsə “vəziyyətdən çıxarmaq” cəhdindən başqa bir şey deyil. Pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasına hüquqi əsas yaratmağa çalışan birinci instansiya məhkəməsi məhz bu maddəyə eyham vurmaqla əsassız varlanma institutuna müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qənaətini əsaslandırdığı hallardan biri də barəsində şikayət verilən qətnamənin 5-ci səhifəsinin 9-cu abzasında əks hissə ilə bağlı qeyd edir ki, yenə də iş üçün preyudisial əhəmiyyətə malik olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsinin 46-cı bəndində məhkəmə qeyd etmişdir ki, "...Belə ki, müqavilənin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, cavabdeh mənzilin yüklü olmaması haqda arayış təqdim etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsini tələb edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni icra etmişdir.". Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əvvəlki iş üzrə araşdırma apararkən bu halı da müəyyən etmiş və ona hüquqi qiymət vermişdir. Bunu qeyd etməklə məhkəmə onu bildirməyə çalışmışdır ki, sanki apellyasiya məhkəməsi əvvəlki işə baxarkən bu qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə etibarsızlığı ilə bağlı mübahisə yoxdur, amma iddiaçı cavabdehdən banka ödədiyi pulu tələb edə bilər və bu tələbində haqlıdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi bu şərhi ilə onu deyil, başqa fikri nəzərdə tutmuşdur. Belə ki, məhkəmə bununla iddiaçıya izah etməyə çalışmışdır ki, ilkin olaraq cavabdehə qarşı müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışlar, lakin bu iddia rədd edilir və avtomatik olaraq pul tələbi ilə bağlı iddia qaldırmaq imkanı yaranmış olur. Ancaq bu o demək deyil ki, pul tələbinə dair iddiaları əsaslıdır və təmin ediləcək. Məhkəmə sadəcə olaraq, iddiaçıya konstitusion hüququ olan məhkəməyə müraciət etmək hüququnu xatırladır. Burada apellyasiya məhkəməsi nəsə yenilik kəşf etmir və ya iddiaçıya yeni əsas vermir. Bu sadəcə hüquqi ardıcıllıq baxımından iddiaçının belə bir hüquqa malik olduğunu ona xatırlatmaqdan başqa bir şey deyil. Bunun digər bir sübutu, eyni zamanda məhkəmənin hərtərəfli, tam və obyektiv araşdırma aparmamasının sübutlarından biri də odur ki, yuxarıda qeyd etdiyi CD diskdə səs yazısı qeyd olunan və tərəflər arasında müqavilə bağlanarkən, həmçinin mənzil sökülərkən iddiaçı MTK-da məsul vəzifədə çalışmış şəxsin şahid kimi dindirilməsinin təmin edilməməsi, habelə iş üçün əhəmiyyət kəsb edə biləcək izahat vermək ehtimalı yüksək olan Nərimanov rayon İcra şöbəsinin keçmiş icra məmuru Elgiz Qənbərovun şahid kimi dindirilməsi ilə bağlı vəsatətilərinin təmin edilməməsidir. Hazırkı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7086/2022 saylı qətnaməsi tamamilə ziddiyyət təşkil edir. Məhkəmənin qətnaməsindəki bu əsasları haqlı saysalar, o zaman elə tərəflər arasındakı müqavilə də etibarsız sayılmalı idi. Buradan da çox gülünc bir vəziyyət yaranır. Necə olur ki, eyni əsaslar bir qətnamədə bir mənanı kəsb edir və nəticəyə səbəb olurlar, digər qətnamədə isə tam əks mənanı kəsb edir və əks nəticəyə səbəb olurlar?! Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, onlar düzgün tətbiq edilməmiş, iş üzrə bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sübutlara, ümumiyyətlə, qiymət verməmiş, sübut olaraq şahidlərin dindirilməsi ilə bağlı cavabdehin vəkilinin vəsatətlərini təmin etməmiş, iş üçün əhəmiyyət kəsb edəcək halları hüquqi baxımdan yanlış əsaslandırmış, işin faktiki hallarına aid olmayan hüquq normalarına istinad etmiş, iş üçün əhəmiyyət kəsb edəcək əsaslara və normalara, habelə preyudusial əhəmiyyətə malik olan məhkəmə aktına doğru istinadlar etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və cavabdehə mülkiyyətində olan mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi barədə məlumatlarının olmadığını, İddiaçı MTK tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilin sökülməsi nəticəsində ipoteka saxlayan "xxxx" ASC ilə kooperativ arasında məhkəmə mübahisəsinin başladığını və qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən kooperativin banka mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 38.745,05 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin yarandığını, bu məbləğin tərəflərindən ödənildiyini bildirmiş və həmin maddi zərərə cavabdehin hərəkətləri nəticəsində uğramaqları səbəbindən bu məbləğin cavabehdən onların xeyrinə tutulmalı olduğunu vurğulamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin; 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir; 574.1-ci maddəsinə əsasən əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur; 574.2-ci maddəsinə əsasən alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin; 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür; 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 662.3-cü maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi cavabdehdən 38.745,05 manat məbləğində pulu tutmaqda haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim hacıyev küçəsində yerləşən 14 saylı evin, 19 saylı mənzili cavabdehin mülkiyyətində olmuşdur. Cavabdeh həmin mənzili onun həyat yoldaşı olmuş X5 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısına yaranmış kredit öhdəliklərinin təminatı olaraq "xxxx" qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin həmin müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə X3 "xxxx" ASC-nin xeyrinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-1151/2014 saylı qətnaməsi ilə 38.745,05 manat pulun və 61 manat məbləğində dövlət rüsumunun (cəmi 38.806,05 manat) tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi (ipoteka predmetinin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirildiyindən icra vərəqəsini məhz bu məhkəmə vermişdir) və Ali Məhkəmə məbləğlə bağlı hissədə bu nəticə ilə razılaşmışdılar.
29. Bundan sonra iddiaçı aidiyyəti qurumlarla razılaşdırmaqla cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi binanın da əhatə etdiyi sahədə hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşasına icazə almış və bununla bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində bu mənzilin sökülməsinə dair onun mülkiyyətçisi olan cavabdehlə razılıq əldə edərək, xx.xx.2017-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə onun yerində inşa edilmiş binadan cavabdehə ümumi sahəsi 102 kv.m. olan yeni mənzil təhvil verməyi, bundan əlavə 60.000 manat pul və inşa dövründə hər ay 500 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra mənzil iddiaçı tərəfindən sökülmüşdür.
30. Tərəflər arasında müqavilə bağlanan tarixə cavabdeh və X5 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədində göstərilən 38.806,05 manat məbləğində borc "xxxx" ASC-yə hələ də ödənilməmişdir. Bu məbləğ yalnız müqavilə bağlanan günü, yəni xx.xx.2017-ci il tarixdə ödənilmiş və buna uyğun olaraq, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icra icraatına xitam verilmişdir.
31. Bu tarixdən 1 ay keçməmiş "xxxx" ASC icra şöbəsinin xitam qərarını məhkəmə qaydasında mübahisələndirmiş və nəticədə həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadına əsasən ləğv edilmiş və icra sənədi icraata qaytarılmışdır.
32. Lakin mənzil iddiaçı tərəfindən söküldüyündən icra sənədinin icrası qaydasında tutmanın mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması mümkün olmamışdır. Bu səbəbdən mənzilin ipoteka saxlayanı olan "xxxx" ASC icra sənədi üzrə mövcud olan borcun mənzili sökmüş və bunun nəticəsi olaraq ona maddi zərər vurmuş iddiaçıdan tutulmasını tələb etmişdir. Onların arasında yaranmış məhkəmə mübahisəsinin nəticəsi olaraq, 38.745,05 manat məbləğində maddi zərərin iddiaçıdan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş (həmin mübahisədə iddiaçı tərəfindən cavabdeh tərəf də iştirak etmişdir) və yalnız bu məbləğ iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənildikdən sonra sonuncu mənzili ipoteka yüklülüyündən azad etmişdir.
33. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasında qarışıq müqavilə bağlanmış və bu müqavilənin bağlanması məhz cavabehin həyat yoldaşı olmuş X5 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədinə əsasən "xxxx" ASC qarşısında yaranmış 38.806,05 manat məbləğdə borcunun həmin tarixdə ödənilməsi nəticəsində mümkün olmuşdur. Lakin bu ödənişin həyata keçirilməsinə baxmayaraq, cavabdeh mənzilin ipoteka yüklülüyündən azad edilməsini təmin etməmiş və iddiaçıya özündə yüklülüyü əks etdirməyən çıxarışı verməklə kifayətlənmişdir. Halbuki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə, həmçinin, mənzili yüklü olmaması haqda arayışı təqdim etmək şərti ilə boşaldıb iddiaçıya təhvil verilməsi öhdəliyini götürmüşdür.
34. Borcun ödənildiyi və hər hansı məbləğdə borcun olmadığı, bu baxımdan da cavabdehin mülkiyyətində olan mənzilə tutmanın yönəldilməsinə hər hansı zərurətin qalmadığı bir halda mənzilin sökülməsi reyestrdə yüklülük barədə qeyd qaldığı təqdirdə belə iddiaçının "xxxx" ASC qarşısında hər hansı məsuliyyətini yaratmış olmurdu (məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış və artıq icra edilmiş 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinadən bu mövqedən çıxış edir). Belə ki, "xxxx" ASC-nin tələbləri artıq ödənilmiş olur və bununla da onun mənzilə olan hər hansı marağı aradan qalxmış olurdu. Belə olan halda, bankın xeyrinə olan yüklülük hüquqi nəticə etibarı ilə formal xarakter daşımış olurdu.
35. Lakin "xxxx" ASC aparılmış ödənişin icra sənədi üzrə icra icraatına xitam verilməsi üçün əsas olması ilə razılaşmamış və onun bu mövqeyi nəticə etibarı ilə məhkəm qərardadı ilə öz təsdiqini tapmışdır. Bundan irəli gələn digər məhkəmə mübahisəsi nəticəsində isə icra sənədi üzrə müəyyən edilmiş məbləği "xxxx" ASC-yə məhz iddiaçı ödəməli olmuş və ödəmişdir.
36. Beləliklə, hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçının buna razılıq vermədiyi və bu barədə məlumatı olmadığı bir halda ona üçüncü şəxslərin ("xxxx" ASC) hüquqlarından azad olmayan (ipoteka yüklülüyü) mənzil vermiş və bunun nəticəsi olaraq ona maddi zərər vurmuşdur. "xxxx" ASC ilə iddiaçı arasında yaranmış məhkəmə mübahisəsinə, iddiaçı tərəfindən üçüncü şəxs qismində həmçinin, cavabdeh tərəf də cəlb edilmiş və həmin mübahisədə iştirak etmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının ondan "xxxx" ASCnin xeyrinə tutulmuş məbləğ həcmində cavabdehə qarşı iddia qaldıraraq həmin məbləğin tələb edilməsi hüququnu yaratmış olur ki, iddiaçı da bu hüququndan istifadə etmişdir. Onun belə bir hüququ xx.xx.2017-ci il tarixli müqavilənin mübahisələndirməsi ilə bağlı məhkəmə icraatının nəticəsi olaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7086/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.