Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3824/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh X3 qarşı kredit borcunun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-711/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh 56,95 ABŞ dolları əsas borc, 11,27 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 73,22 (yetmiş üç dollar 22 sent) ABŞ dolları borc ödəniş anında məzənnə üzrə manatla və 20 (iyirmi) manat dövlət rüsumun alınıb iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxxxxx” KB ASC Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 56,95 ABŞ dolları əsas, 11,27 ABŞ dolları faiz və 27,43 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 95,65 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 56,95 ABŞ dolları əsas borcu, 11,27 ABŞ dolları faiz borcu və 27,43 ABŞ dolları cərimə olmaqla, cəmi 95,65 ABŞ dolları borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh və onun səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxxxxx” KB ASC-nin nüayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh X7 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə digər cavabdeh X4 xx.xx.2020-ci il tarixində vəfat etməsini, vərəsəliklə bağlı notariat kontoruna müracəit olunduğunu və bununla əlaqədar onun X4 porsessual hüquqi varisi kimi əvəz edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, № 16754/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə “xxxxxxx” KB ASC (kreditor) arasında Kredit Xətti və Bank Hesabı müqaviləsi bağlanmış və bank borcluya 84 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit limiti ayırmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən borcalana 84 ay müddətinə ödəmək şərtilə 10.000 ABŞ dolları məbləğdə kredit xətti ayırır, ona bank hesabı açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İşdə olan “xxxxxxx” KB ASC-dən təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, № 16754sBANK/15 saylı kredit müqaviləsinə əsasən 56,95 ABŞ dolları əsas, 11,27 ABŞ dolları faiz, 27,43 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 95,65 ABŞ dolları borcu vardır. İşdə olan “xxxxxxx” KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, Cavabdeh xx.xx.2015ci il tarixli kredit müqaviləsi xx.xx.2015-ci il tarixə “xxxxxxx” KB ASC-yə 462,01 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu olmuş, ona 277,21 manat kompensasiya hesablanaraq ödənilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməsi nəzərdə tutulsa da, kompensasiyanın ödənilməsi Cavabdeh “xxxxxxx” KB ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasından azad etmir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə «xxxxxxxxxx» QSC-nin iddiasının xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit müqaviləsi üzrə 27,43 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə dəbbə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, cavabdehdən 5 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxaıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3824/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3824/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver