Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3825/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı «Bank“ VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 və İsmayılov BöyükAğa Siyavuş oğluna qarşı «borcun tutulması və sair» tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İsrail Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6343/2016 saylı, 06 dekabr 2016-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edənhakim R.Qurbanov) Qeyd edilən qətnamədən cavabdeh İ.Məmmədovun verdiyi kassasiya şikayəti Ar ALi Məhkəməsinin 2(102)-2897/17 saylı, 10 may 2017-ci il tarixli Qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən- hakim Q.Allahverdiyev) Daha sonra X1 maraqlarına toxunan şəxs qismində Xətai Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, maraqlarına toxunan şəxs Lətifə Mirzəyeva tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: - Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. - Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. - Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Mülki iş materiallarından görünür ki, qətnamədən cavabdeh İsrail Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Xətai Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Belə olan halda, maraqlarına toxunan şəxs L.Mirzəyeva tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Birinci instansiya məhkəməsi yuxarıdakı əsasla apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən maraqlarına toxunan şəxs L.Mirzəyevanın apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2015 saylı, 12 noyabr 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3825/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3825/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver