Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3829/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dairiş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2025 saylı, xx.xx.2026-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə əsas borcu 19.760,15 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 3.448,12 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0, cəmi 23.208,27 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (yüz altmış) manat İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-567/2025 qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc görə 19760,15 manat, faiz borcuna görə 3448,12 manat olmaqla, cəmi 23208,27 (iyirmi üç min iki yüz səkkiz manat iyirmi yeddi qəpik) manat və 160(yüz altmış) manat dövlət rüsumu tutulması qət edilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-567/2025 saylı qətnaməsindən elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apeliyyasiya şikayəti xx.xx.2025-ci il tarixdə mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(103)-2603/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(002)-567/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.(apeliyasiya şikayəti müddət keçdikdən sonra verildiyinnə görə)
6. xx.xx.2025-ci il tarixdə apeliyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmışdır.
7. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-567/2025 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(002)-567/2025 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh geri qaytarılması qərara alınmışdır. 8.Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 567/2025 saylı qətnaməsi Cavabdeh “Elekton” Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətinin axımı xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Həmçinin, iddiaçı tərəfindən həmin prosessual müddət üzrlü səbəbdən ötürüldüyü halda, onun bərpasına dair heç bir vəsatət və həmin hallara dair heç bir sənəd şikayətə əlavə edilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2025 saylı, xx.xx.2026-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin özünün də qərardadda qeyd etdiyi kimi apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2025-ci il tarixə düşmüşdür. O isə qeyri iş günləri olduğundan apellyasiya şikayətini növbəti iş günü yəni xx.xx.2025-ci il tarixə təsadüf etdiyindən həmin vaxtadək apellyasiya şikayətini verə bilərdi. Təqdim edilən bayram günləri təqvimindən də göründüyü kimi 20-24 mart Novruz bayramına, 30-31 mart Ramazan Bayramına təsadüf etdiyindən,Nazirlər Kabinetinin qərarına əsasən mart ayı üzrə bayram günlərinin yeri dəyişdirilmiş və xx.xx.2025-xx.xx.2025-ci il tarixədək qeyri iş günləri elan edilmişdir. MPM-nin 129-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş son gün qeyri iş gününə düşərsə, şikayətin verilməsi üçün sonmüddət növbəti iş günü hesab edilir. Bu səbəbdən məhkəmənin qərardadı əsassızdır və şikayəti təmin edilməlidir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 567/2025 saylı qətnaməsi Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir.
20. Göründüyü kimi Cavabdeh münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 567/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət xx.xx.2025-ci il tarixə qədər olmuşdur. 21.Cavabdeh isə qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürərək mübahisələndirilən qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
22. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, məhkəmə xx.xx.2025-ci il tarixli qərardadında qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətinin axımının cavabdehin şikayətdə qeyd etdiyi kimi xx.xx.2025ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə bitdiyini qeyd etmişdir. Belə olan halda cavabdeh xx.xx.2025-ci il tarixə qədər apellyasiya şikayətini təqdim etməli olduğu halda müddəti ötürərək xx.xx.2025-ci il tarixə təqdim etmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixi qeyri-iş günü olmadığından cavabdehin MPM-in 129.2-ci maddəsinə istinadı əsassızdır.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-567/2025 saylı, xx.xx.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.