Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3833/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi ilə, kreditor İddiaçı ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5291/2017 saylı işi üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5291/2017 saylı işi üzrə 22.09 2017-ci il tarixdə borclular Cavabdeh1 və Cavabdeh2 458.04 ABŞ dolları məbləğində əsas borc, 422.55 ABŞ dolları məbləğində faiz borcu cəmi 880.59 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq kreditor -'İddiaçı» ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsini və işə yenidən iddia icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5291/2017 saylı işi üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5291/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən verdiyi etirazın geri qaytarılması qərara alınmışdır. Qərardadda MPM-in 130.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, borclu Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-5291/2017 saylı məhkəmə əmrindən məlumatlı olmuş və etiraz verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Borclu Cavabdeh2 etirazı, məhkəmə əmrindən etiraz edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən və borclu qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, onun qeyd edilən əmrdən vermiş olduğu etirazı geri qaytarılmalıdır. Borclu Cavabdeh2 şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5291/2017 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması, 2(003)-5291/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrindən verdiyi etiraz təmin edilərək mülki işin iddia icraatına keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128, 269, 282, 283-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əmrindən məlumatı olmamış, 2020-ci ilin noyabr ayında əmək haqqında tutulmalar aparılmış və bununla bağlı o, maraqlananda Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən barəsində məhkəmə əmrinin olması bildirilmiş və həmin məhkəmə əmri ilə tanış olunmuşdur. Bundan sonra o, dərhal həmin məhkəmə əmrindən etiraz ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. O, rəsmi qaydada məhkəmə əmrini almamışdır və həmin məhkəmə əmri ilə məlumatı olmadığı təqdirdə etmək müddəti başlanmamış və bununla da etiraz etmə müddəti ötürülməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 63-64; MPM-nin 128-133, 275-284, 385, 387, 395, 397.2 və 398.0.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin sübuta yetirilməyən dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Diqqətə çatdırılmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə əmri icraya yönəlmiş (iş səh.18) və prosessual müddətin ötürülmədiyinə dair və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5291/2017 saylı işi üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3833/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3833/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver