Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3833/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, cavabdeh X8 və cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1876/2022 saylı, 17.03.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2010-cu il təvəllüdlü X2 və 07 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 07 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan 12 avqust 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflərin nikahı 06 dekabr 2012-ci il tarixdə pozulmuşdur. Boşandıqdan bir müddət sonra tərəflər yenidən barışaraq 16 yanvar 2013-cü il tarixdə yenidən birlikdə yaşamağa başlamışlar və faktiki nikahdan 16 yanvar 2013-cü il tarixdə X7 dünyaya gəlmişdir. Daha sonra tərəflərin münasibətləri yenidən pozulmuş və ayrılmışlar. Onlar hazırda ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1277/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 12 avqust 2010-cu il təvəllüdlü X2 və 07 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “X13 Aviation” MMC-nin “Sky Catering” filialında işləyir və onun aylıq vəzifə maaşı 800 manatdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(009)- 1277/2020 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı hər ay 266 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1876/2022 saylı, 17.03.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının nümayəndəsi və vəkili X6 və Cavabdeh mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «Cavabdeh İddiaçı aliment tələbinə dair iddiasını qismən qəbul edir. Cavabdeh uşaqların saxlanılması üçün 300 manat alimentin ödənilməsinə razıdır. Cavabdeh iddiaçının uşaqlarla ünsiyyətdə olmağına şərait yaradılmasını təmin edir. ». Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.Əliyeva, həmçinin, Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1876/2022 saylı, 17.03.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili X6 və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «Cavabdeh İddiaçı aliment tələbinə dair iddiasını qismən qəbul edir. Cavabdeh uşaqların saxlanılması üçün 300 manat alimentin ödənilməsinə razıdır. Cavabdeh iddiaçının uşaqlarla ünsiyyətdə olmağına şərait yaradılmasını təmin edir. ». Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1876/2022 saylı, 17.03.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3833/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3833/2022
27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver