Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3841/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2024-cü il il tarixli, e- 2(005)-215/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 22678,37 ABŞ dolları, yəni 9694,01 ABŞ dolları əsas, 3477,74 ABŞ dolları faiz, 8070,22 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1436,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 205,66 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(005)- 215/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 9491,71 ABŞ dolları, faiz borcuna görə 2176,77 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz borcuna görə 1397,39 ABŞ dolları, cərimə borcuna görə 450 ABŞ dolları olmaqla, cəmi 13515,87 ABŞ dolları məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 205,66 manat pulun 122 manatının tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan Cavabdeh 01 may 2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim edərək, qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2024-cü il il tarixli, e- 2(005)-215/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Qərardadın əsaslarına görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə 18 mart 2024-cü il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən isə 01 may 2024-cü il tarixində müddətin bərpasına dair ərizə və müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut təqdim edilmədən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 1 aylıq müddət ötürülməklə verilmişdir.
6. Həmin qərardaddan Cavabdeh şikayət edərək, qərardadının ləğv edilməsini sini xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, məhkəmə qətnaməsi 18 mart 2024-cü il tarixdə EMS-ə yerləşdirildiyi zaman onun şəxsi kabineti olmamışdır. Məhkəmə qətnaməsini aldığı gündən 1 ay müddətində şikayət vermişdir. MPM-nin 130, 133-cü maddələrinə istinad etməyə zərurət olmamışdır. Məhkəmənin gəldiyi qənaəti əsassız hesab edir. Məhkəmə qətnaməsini 02 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra, 04 aprel 2024-cü il tarixdə qəbzə imza etməklə almışdır. 01 may 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürməmişdir. Digər baxımdan, məhkəmə qərardadda qeyd edir ki, qətnamə 18 mart 2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. O, birinci instansiya məhkəməsində iştirak etməmişdir. Buna baxmayaraq, o, “ASAN” imza xidmətindən istifadə etmək üçün 30 mart 2024-cü il tarixdə özünə şəxsi kabinet açmaq üçün müraciət etmişdir. Sertifikat 02 aprel 2024-cü il tarixdə (baxmayarq ki, bildirişdə 30 mart 2024-cü il qeyd edilmişdir) aktivləşdirilmişdir
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2024-cü il il tarixli, e-2(005)- 215/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(005)-215/2024 nömrəli qətnaməsi Cavabdeh elektron kabinetinə 18 mart 2024-cü il tarixində yerləşdirilmişdir. Cavabdeh tərəfindən isə 01 may 2024-cü il tarixində apellyasiya şikayəti verilmişdir.
11. AR MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin göründüyü kimi, Cavabdeh apellyasiya şikayətini 1 ay 13 gündən sonra vermişdir.
12. Həmçinin AR MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bununla bağlı məkhəmə kollegiyası onu qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunvericilklə müəyyən edilmiş prosessual müddəti 1 ay 13 gün ötürməsinə baxmayaraq prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir.
13. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə birinci istansiya məhkəməsinin mövqeyi haqqlı olmuşdur.
14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2024-cü il il tarixli, e-2(005)- 215/2024 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2024-cü il il tarixli, e-2(005)- 215/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.