Məhkəmə qərarları › İş №2(103)-3844/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3844/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3844/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Səfərovanın katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)-1353/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC **********61628 İMEİ nömrəli Nokia E72 model telefon üçün ümumilikdə 710 manat borc, ondan 410 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu və 30 manat dövlər rüsumu olmaqla, cəmi 740 manat pulun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alinaraq, “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə 1illik müddətində alğı-satqı müqavilasi bağlanmışdır. Müqavilə də tərəflər öhdəliyin icrasının gecikdirilməsinə görə, hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Bundan əlavə, eyni tarixdə bağlanmış müqaviləsi ilə cavabdeh X4 iddiaçının tələb hüququna zamin durmaqla təminat vermişdir. Alğı-satqı müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və Cavabdeh ümumi dəyəri 540 manat olan **********61628İMEİ nömrəli “Nokia E72” model telefon verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə ilkin ödəniş kimi 60 manat və hər ay 40 manat dövri ödənişlər etməli olduğu halda, cəmi 130 manat ğdəniş etmiş, sonradan öhdəliyini pozaraq telefonun dəyərini vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehlərə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi nəticə verməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)-1353/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi Cavabdeh “xxxxxxxxxxx” MMC-nin 410 manat əsas borc, 30 manat cərimə borcu və 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)-1353/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, onunla iddiaçı mobil telefonun götürülməsi ilə bağlı heç bir müqavilə bağlanılmamış, hər hansı bir müqaviləyə imza etməmiş və tərəfindən “Nokia E72” model telefon hissə-hissə ödənilməsi almamış və müqaviləyə də kim tərəfindən imza edilməsi barədə məlumatı olmamışdır. İddiaçı iddia ərizəsində müqavilənin xx xxxxxx 2010-cu il tarixdə imzalanması və bir il müddətinə bağlanılmasını qeyd etmişdir, halbuki o, həmin tarixdə iddiçı tərəfın mobil telefonların satışını həyata keçirdiyi “Kontakt Home” dükanda olmamışdır. İddiaçı tərəf müqavilənin xx xxxxxx 2010-cu il tarixdə 1 il müddətinə bağlanmasını göstərmiş, halbuki uzun illər keçməsinə baxmayaraq iddiaçı tərəfindən borcun olması barədə ona heç bir bildiriş göndərilməmiş və xəbərdarlıq edilməmişdir. Borc qaldığı təqdirdə iddiaçı tərəfin 7 il ərzində susması, iddia qaldırmaması hansı məntiqə sığır. Zamin kimi göstərilmiş X4 2014-cü ildə vəfat emişdir. İddiaçı tərəf qanunvericliyə uyğun olaraq 2014-cü il tarixədək iddia qaldırmaq hüququna malik olsa da gözləmə mövqeyi tutmuş və iddia müddəti ötdükdən 4 il sonra məhkəmədə iddia qaldırmışdır. O, məhkəmədə işə baxılarkən iştirak etmədiyi üçün iddia müddəti ilə bağlı ərizə təqdim edə bilməmişdir. Qeyd edir ki, o, müqaviləyə imza etmədiyi üçün bunun müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməli, imzanın ona məxsus olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmədə iştirak etmədiyi üçün bu barədə vəsatət verə bilməmişdir. Məhkəmədə işə baxılarkən onun məlumatı olmamış, o, qeydiyyatda olduğu ünvanda yaşamır, bu səbəbdən də ona qarşı iddia qaldıırlması və işə baxılması barədə məlumatı olmamışdır. Qətnamə ona rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunmaldıır ki, o, Səbail rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınmış, faktiki olaraq başqa ünvanda yaşayır və bu səbəbdən də qətnamənin ona çatdırılması mümkün olmamışdır və almamışdır. Qətnamə ona xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Qətnamə ona rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim edildiyindən onun apellyasiya şikayəti vermək hüququ bu tarixdən yaranmışdır. Məhkəmə tərəfindən də işə baxılarkən qeyd edilən amillər nəzərə alınmamışdır, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 567.1, 597.1, 600.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh xx xxxxxx 2010-cu il tarixli alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan “xxxxxxxxxxx” MMC-nin xeyrinə 410 manat əsas və 30 manat cərimə borcu olmaqla, cəmi 440 manat məbləğində pul tutulmalıdır. Kollegiya hesab edir ki, məhkəmə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyator müqavilədən xəbəri olmaması, həmin müqaviləni imlamadığını qeyd etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqin tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/629 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 10- 11-ci vərəqələrində “xxxxxxxxxxx” MMC ilə Cavabdeh adlarından olan xx.xx.2010-cu il tarixli “Müqavilə”də “Müştərinin imzası” qrafasında olan imzalar və həmin müqaviləyə 1 nömrəli əlavənin aşağı sağ hissəsində “İmza” qrafasında olan imzalar və həmin müqaviləyə 1 saylı əlavənin aşağı sağ hissəsində “İmza” qrafasında olan imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması barədə dəlilini əsassız hesab qeyd edir ki, iş materiallarında qeyd olunan hal müəyyən olunmur. Kollegiya apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək, qeyd edir ki, həmin ərizə birinci instansiya məhkəməsinə təqdim olunmalı idi. Apellyasiya mərhələsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə qəbul oluna bilməz. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat cavabdehdən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)- 1353/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar