Məhkəmə qərarları › İş №2(103)-3845/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3845/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3845/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Binəqədi rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Bundan sonra, iş üzrə iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təcili və təxirəsalınmaz X4 16 saylı bölməsinin xx xxxxxx 2019 cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqsində Cavabdeh1 öldüyü qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətandaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin, məhkəmənin Sorğusuna xx.xx.2020-ci il tarixli cavabında Cavabdeh1 ölümü barədə hər hansı məlumatın aşkar olunmadığı müəyyən edilmişdir, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.7). Lakin yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 olümü barədə Reyestrdə qeyd olmadığından və ölüm şəhadətnaməsi də mövcud olmadığından Cavabdeh1 hüquqi varislə əvəz olunması mümkün olmamışdır. Həmçinin, xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi X5 ərizə təqdim edərək Cavabdeh1 qarşı irəli sürdüyü tələb olaraq 23.769,0 manat ödənildiyindən Cavabdeh1 qarşı iddiadan imtina etdiyini bildirmiş və ona münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. 370.1.-ci maddəsinə əsasən Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3845/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə İddiaçı nümayəndəsi X5 tərəfindən verilmiş ərizə təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 23.769,0 manat pulun iddiaçın xeyrinə tutulması hissəsində ləğv olunmuş, iddiaçının iddiadan imtinası qəbul olunmuş və Cavabdeh1 23.769,0 manat pulun iddiaçın xeyrinə tutulması hissəsində iş üzrə icraata xitam verilmişdir.Həmçinin, göstərilənlərə əsasən, iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması zərurəti aradan qalxmışdır və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Leyla İskəndərova tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Beləliklə, Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6851/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı digər Cavabdeh2 qarşı cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi 34.800 (otuz dörd min səkkiz yüz) manat ödənilməsi hissəsində apellyasiya baxışının hədlərinə daxil deyildir və qətnamə digər Cavabdeh2 cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi 34.800 (otuz dörd min səkkiz yüz) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində yoxlanılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi X1 təmin olunsun. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6851/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-Cavabdeh1 23.769,0 manat pulun iddiaçının xeyrinə tutulması hissəsindələğv olunsun. Qətnamə digər Cavabdeh2 cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi 34.800 (otuz dörd min səkkiz yüz) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar