Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3848/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Şirinov Ziya Allahverdi oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-339/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh ayda 195 manatdan 4 aylıq bank kreditinə görə ümumilikdə 780 manat, ayda 600 manat olan 4 aylıq avtomobil kreditinə görə ümumilikdə 2400 manat, ayda 300 manat 4 ay evin tələbatı üçün ümumilikdə 1200 manat, avtomobilə dəymiş ziyana görə 1280 manat, qolunun sınmasına görə sığorta tərəfindən ödənilməli olan lakin ödənilməyən 1500 manat, fizioterapiyaya çəkdiyi xərcə görə 250 manat, ümumilikdə 7410 manat vurulmuş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: Səbail RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında 10.02.2020-ci il tarixli qərarın kserosurətinə əsasən, "Rover” markalı, **-TU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Səbail rayonu, Z.Əliyeva küçəsindən T.Əliyarbəyov küçəsinə doğru hərəkətdə olan zaman Z.Əliyeva küçəsi, 6 saylı binanın qarşısında yolun sol hissəsində dayanıqlı vəziyyətdə olan X5 idarə etdiyi "X15” markalı, **-PP-*** qeydiyyat nişanlı avtomobildə arxa sağ oturacaqda əyləşmiş sonuncunun anası Cavabdeh avtomobilin arxa sağ qapısını açması nəticəsində qapı həmin zaman avtomobilin yanından idarə etdiyi avtomobillə keçən İddiaçı sol qoluna dəymiş və Cavabdeh ehtiyatsızlıqdan İddiaçı sağlamlığına az ağır zərər vuraq xəsarət yetirmişdir. X5 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Cavabdeh İddiaçı sağlamlığına qəsdən az ağır zərər vurmadığından, onun əməlində CM-in 127.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Qeyd olunanlara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (səh.6); "xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 05.03.2020-ci il tarixli məktubun kserosurətinə əsasən, "xxxx” ASC ilə "xxxx” MMC arasında 25.07.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "X15” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. "xxxx” ASC-də sığortalanmış avtomobilin sürücüsü X5 və İddiaçı hadisə ilə bağlı Səbail RPİ İŞ-yə verdiyi izahatdan aydın olur ki, V.T.Mədətov "X15” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili Z.Əliyeva küçəsi, 6A saylı binanın qarşısında park edib dayanmış və həmin avtomobildə olan sərnişin arxa sağ qapını açarkən qapı "Rover” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər vurmuşdur. Hadisə "X15” markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən V.T.Mədətovun hər hansı inzibati xətanı törətməsi nəticəsində deyil, həmin avtomobildə olan sərnişin AR İXMnin 338.3-cü maddəsinin tələbini pozması nəticəsində baş vermişdir. Həmin şəxsin mülki məsuliyyəti "xxxx” ASC ilə bağlanmış PAA********** saylı sığorta müqaviləsi üzrə sığortalanmamışdır. "X15” markalı,** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının sərnişin tərəfindən açılması avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismarı olmadığından zərər avtomobilin istifadəsi nəticəsində vurulmamışdır. Qeyd olunanlara əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur (səh.10); "xxxx” MMC tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 29 nömrəli arayışına və ona əlavə edilmiş nöqsan aktına əsasən, X6 məxsus "Rover” minik markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən işçilərin zəhmət haqqı 700 manat, ehtiyat hissələri 580 manat, cəmi 1280 manat məbləğində ziyan dəymişdir (səh.11); "Unibank” KB AS ilə İddiaçı arasında bağlanılmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, bank tərəfindən İddiaçı 12 ay müddətinə, illik 29% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir (səh.13). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-339/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə "Rover” markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyana görə 1280 manat məbləğində pulun tutulması, iddia tələbləri qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1096, 1097, 1115; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14, 77, 82-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 18.12.2019-cu il tarixdə X11 özünə məxsus "X15” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili binanın qarşısında dayanıqlı vəziyyətdə olarkən, həmin avtomobildə arxa sağ oturacaqda əyləşmiş Vüqar Mədətovun anası Cavabdeh avtomobilin arxa sağ qapısını açması nəticəsində qapı həmin zaman həmin avtomobilin yanından "Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçən İddiaçı sol qoluna dəymişdir. Eyni zamanda "X15” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısı İddiaçı idarə etdiyi avtomobilə dəyərək zərər vurmuşdur. Məhkəmə ilk növbədə cavabdehin hazırki tələb üzrə cavabdehlik daşıyıb-daşımamasına hüquqi qiymət verməsini zəruri hesab edir. Cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşıyan şəxsdir və iddia düzgün olaraq ona qarşı qaldırılmışdır. irəli sürülmüş tələblər qismən əsaslı hesab olunmalıdır. "Rover” markalı ** TU *** dövlət nömrə nişanlı avtomaşına 1280 manat maddi ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının etibarnamə əsasında idarə etdiyi "Rover” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1280 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması hissəsində iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin bank kreditinə görə cavabdehdən 780 manat və avtomobilə görə onun mülkiyyətçisinə hər ay ödəməli olduğu 600 manatın 4 ay müddətində ödəmədiyinə görə cavabdehdən 2400 manat pulun tutulması hissələri üzrə hissələrdə tələb əsaslı hesab edilə bilməz. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının kredit müqaviləsi üzrə və avtomaşının mülkiyyətçsi qarşısında öhdəliklərin yerinə yetirə bilməməsi halları öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmasını iddia ərizəsində qeyd etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş. Digər tərəfdən aldığı xəsarətlə bağlı əmək fəaliyyəti məşğul ola bilməməsini, avtomaşının mülkiyyətçiçsinə hər ay 600 manat pul ödənilməsini, əmək qabiliyyətinin məhz 4 ay müddətində itirməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kredit müqaviləsi və mülkiyyətçi qarşısında olan öhdəlik üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi əsalı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının sağlamlığına vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən ödənilməyən 1500 manat xərcin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. İddiaçı sağlamlığına 1500 manat ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçı özü etiraf etmişdir ki, hadisədən sonra ona tibbi xərclərlə bağlı 1000 manat ödəniş edilmişdir. Digər tərəfdən iddiaçı sığorta şirkətinin ödəməli olduğu ziyanı cavabdehdən tələb edir. Belə ki, iddiaçı iddia ərizəsində sağlamlığına vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənilməli olmasını göstərir və həmin ziyanın sonuncu tərəfindən ödənilmədiyindən, onu cavabdehdən tələb edir. Cavabdeh, o halda sığorta şirkətinin ödəmədiyi ziyana görə cavabdehlik daşıya bilər ki, sığorta şirkəti sığorta müqaviləsinə görə həmin ödənişi cavabdehin özünə etsin. Yaxud qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin ziyana görə cavabdehin öhdəliyi müəyyən edilsin. Lakin belə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, iddia tələbi 1500 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə iddiaçının 4 aylıq evin tələbatı ilə bağlı 1200 manat və fizioterapiyaya çəkdiyi xərcə görə 250 manat pulun tutulması tələbləri üzrə qeyd edir ki, həmin hissədə də tələblər təmin edilməməlidir. İddiaçı həmin xərclərin çəkilməsi ilə bağlı da hər hansı mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə tələblər əsassız hesab edilməli və təmin edilməməlidirdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-339/2021 saylı 25.01.2021 -ci ıl tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 89, 97, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki, qətnamənin təmin edilən hissəsi ilə razı deyil. Məhkəmə iddianı qismən təmin edərkən, avtomobilə dəymiş zərərin düzgün hesablanmasına qiymət verməmişdir. Belə ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən ondan 1280 manat pulu tutmuşdur, arayışı tərtib edən şəxs MMC-nin direktoru yox, “mühəndis S.M.Babayev” tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu şəxsin belə bir səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. Çünki həmişə bu tip sənədləri şirkətin direktoru tərəfindən imzalanmaqdadır. Bundan əlavə 18.12.2019-ci il tarixdə hadisənin baş verməsinə baxmayaraq nədənsə avtomobilə dəymiş zərər məhz 6 ay sonra 09.06.2020-ci il tarixdə hesablanmışdı. Halbuki, 09.06.2020-ci il tarixə qədər artıq həmin avtombil idarə edilirdi, qeyd edilən nöqsanların heç biri avtomobildə yox idi. Bu halı dəqiqləşdirmək üçün istənilən vaxt DYP-nin şəhərdə olan TŞK adlanan kameraları ilə müəyyən etmək olar. Əlavə olaraq daha bir şübhə yaradan isə 6 ay ərzində həmin MMC-nin yalnız 29 ədəd arayış (qüsur aktı) tərtib etməsidə inandırıcı deyil, çünki bu tip müəssisələrdə il ərzində yüzlərlə belə avtomobillər təmir edilir və ən azı yarısına bu tip sənədlər verilir. Odur ki, bu sənədində 29-cu olması inandırıcı deyildir. Bir sözlə dəymiş zərərlə bağlı arayış tərtib etmək və onu imzalamaq kimi səlahiyyəti olub-olmaması müəyyən olmayan, həmçinin hadisənin üzərindən 6 ay keçəndən (həmin müddət ərzində avtomobilə başqa zərərlərdə dəyə bilərdi) sonra qiymətləndirilərək, tərtib edilmiş arayışın mötəbərliyini şübhə altına almışdır. Əlavə olaraq xüsusi qeyd etmək istəyir ki, dəymiş zərər 3 dəfədən artıq şişirdilmişdir. Bunu istənilən avtomobil idarə edən şəxs deyə bilər. Həmçinin onun nümayəsi və vəkilim son məhkəmə iclasında iştirak etmiş və onunla yeni müqavilə bağladığı üçün işlə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə təmin etməmiş və işə baxıb yekun qərar qəbul etmişdir. Həmçinin məhkəmənin qətnaməsinin başlığında onun iştirakı yazılsa da, izahatlar hissəsində iclasda iştirak etməməsi kimi qeyd edilmişdir. Əgər işlə tanış ola bilsəydi, dəymiş zərərlə bağlı müvafiq ekspertiza təyin edilməsi barədə vəsatət verərdi. Son olaraq iddiaçı özüdə xəstəxanada çəkdiyi xərcləridən əlavə (qeyd etməki istəyir ki, Azərbaycan Respublikasının ərazisində tibbi xidmət pulsuzdur) ona 500 manat pul verildiyini etiraf edir ( xəstəxana xərclərindən əlavə halbuki ondan dəfərlərlə artıq pul verilmişdir). Məhkəmə isə özünün qətnaməsində iddianı qismən təmin edən zaman bu hala qiymət verməmişdir. Yəni ən azı tutulan puldan çıxılmalı idi. Odur ki, bu halları nəzərə alaraq işin ədalətli və dəqiq həll edilməsi üçün müvafiq ekspertiza təyin edilməli və ona uyğun qərar qəbul edilməlidir. Əlavə Cavabdeh vəsatət təqdim edərək, qeyd edilən hadisə üzrə o, nə inzibati, nədə ki cinayət işi üzrə məsuliyyətə cəlb edilməmişdir. Bir sözlə onun həmin hadisə üzrə hər hansısa bir formada təqsirli bilinməsinə dair heç bir prosessual sənəd mövcud deyildir. Ona görə də hesab edir ki, belə bir sənəd olmadığına görə onun barəsində Səbail Rayon Məhkəməsinin 2(009)- 339/2021 saylı qətnaməsi çıxarması tamamilə qanunsuzdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətini təmin edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya 500 manat pul verildiyini, 500 manat da əlavə təklif edildiyini, məhkəmə tərəfindən 1280 manat məbləğində pul tutulduğunu, iddiaçıya dəymiş zərər üzrə 280 manat məbləğində borcun qaldığını, lakin iddiaçının məbləğlə razılaşmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, avtoqəzadan sonra onun 3 ay işsiz qaldığını, 4 aylıq kredit borcunu anasının təqaüdü hesabına verdiyini, bayram ərəfəsində televizoru satıb dolandığını, təklif edilən vəsait üzrə qarşı tərəflə barışığa razı olmadığını bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən olunur ki: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 23.04.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı xəsarət alması əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilmişdir. Həmin qərardan şikayət verilməmişdir, həmçinin X1 barəsində inzibati protokol açılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,1096-1098,1113-1115; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi (ekspertizanın təyin edilməsi) üçün əsas deyildir. Belə ki, cavabdehin mülki məsuliyyətini ümumiyyətlə istisna edilməsinə yönəlik dəlilləri tutulan məbləğin şişirdilməsi və ekspertizanın təyin edilməsi dəlilləri ilə özü-özlüyündə ziddiyyət təşkil edir. Qeyd edilməlidir ki, bütövlükdə cavabdeh tərəfindən mülki məsuliyyət qəbul edilib (məsuliyyəti aradan qaldıran hallar müəyyən edilməmişdir) və buna sübut olaraq cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlərin edilməsidir. Kollegiya hesab edir ki, mülki məsuliyyətdən irəli gələn zərər üzrə öhdəliklərin yerinə yetirilməsini sübuta yetirən vəzifələr məhz cavabdehə mənsubdur ki, mübahisələndirdiyi hallara dair mötəbər sübutlar təqdim etməmiş və apellyasiya şikayətini ehtimallarla əsaslandırmışdır. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərcinin şəxsin özünə aid edilməsini kollegiya zəruri bilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-339/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3848/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3848/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver