Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3850/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-405/2021 saylı qərardadından cavabdeh Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-405/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankına və “xxxx” MMC-yə qarşı əsassız olaraq hesablanmış kreditin qalıq məbləğinin və faiz məbləğinin silinməsi tələbinə dair mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdeh Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının vəsatəti təmin edilməmişdir. Qərardaddan QSC “xxxx” Kommersiya Bankı şikayət verərək ləğv edilməsini və vəsatəin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-405/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankına məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəlməyən nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanınının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. QSC «xxxx» Kommersiya Bankı hüquqi şəxs kimi ləğv edilmədiyindən, ləğv prosesində olduğundan və onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 4-dür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh kimi göstərilən QSC «xxxx» Kommersiya Bankının ünvanı Səbail rayonu ərazisi olduğundan, iddiaçıya öz seçməsinə görə aidiyyəti nəzərdə tutan Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsində nəzərdə tutulan rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər müddəasına əsasən hazırki iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etməyə hüquq vermişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, şikayətdə göstərilən dəlillər işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Çünki, qanunda nəzərdə tutan hallar olmadığından ərazi aidiyyəti dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(009)-405/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3850/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver