Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3854/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh “qarşı pul tələbi”nə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1674/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 621 manat 50 qəpik məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1674/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi, iddiaçının müqavilənin ləğvi ilə bağlı pretenziya qaydasına əməl etmədiyi əsas göstərilməklə geri qaytarılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia tələbi müqavilənin ləğvi ilə bağlı olmamış, müqaviləyə əsasən borc tələbindən ibarət olmuş, bu növ iddialarda isə pretenziya qaydasına əməl edilməli olduğu qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır və kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardığı zaman prosessual qanunvericiliyin tələbini pozmaqla əsassız nəticəyə gəlmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarının 16-17-ci səhifələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, hər kəs öz işinin məhkəmələr tərəfindən araşdırılması imkanına sahib olsun. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1674/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3854/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3854/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver