Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3854/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3854/2023 (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 saylı 24 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı üzrə xx.xx.2016-cı il tarixli müqaviləyə görə, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Smart G-4 İtron Diafraqma markalı 1402AZ**********24 nömrəli qaz sayğacı quraşdırılmışdır.
2. Birliyin əməkdaşları tərəfindən həmin ünvan üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 44 akt tərtib edilmişdir. Abonentin imzalamadığı aktlarda qeyd olunmuşdur ki, qaz sayğacına baxış keçirilərkən ünvanda təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir.
3. . Birlik tərəfindən həmin aktlar (xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1063.8 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 102.2 manat, xx.xx.2018ci il tarixli ******* nömrəli akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133.2 manat, 08.2018-ci il tarixli akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021 -ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 267.84 manat cərimə hesablanmışdır) üzrə qaz sərfiyyatına görə ümumilikdə 7.354,58 manat zərər hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 7.354,58 manat, təbii qazdan istifadəyə görə 382,56 manat, dövlət rüsumunun əvəzi kimi 104,45 manat və vəkil xərci kimi 400 manat olmaqla, cəmi 8.241,59 manat tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06/001 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00481 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1402AZ **********24 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfıyyatına uyğun olaraq 7.354,84 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 382,56 manat borcu qalmışdır.Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 7737.4 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Bununla belə, məhkəmə tərəfindən ünvanda baxış keçirilən zaman Cavabdeh qaz sayğacına müdaxilə etməsi, həmçinin onun təbii qazdan qeyri-qanuni istifadə halları müəyyən edilməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmış (iş materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP), quraşdırılan zaman 436.11 manat borc olmuşdur, karta yüklənən məbləğlərdən 53.55 manat borca görə tutulmuşdur. ... Hazırki mülki işdə Cavabdeh yaşadığı ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacından kənar qazdan qeyriqanuni istifadə etməsi sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən qazdan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilən aktlardan isə istehlakçının məlumatlı olması və həmin aktların tərtib edilməsinə əsas olan hallar sübuta yetirilmir. Təbii qazdan istifadəyə görə 382.56 manat borca münasibətdə məhkəmə hesab edir ki, ünvana sayğac quraşdırılan zaman 436.11 manat borc artıq mövcud olmuşdur. (436.11- 53.55=382.56) 5 il müddət keçdiyindən öz qüvvəsini itirib.”
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 551, 560.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetininxx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, bununla da iddiaçıya ziyan vurulması faktı, həm tərtib edilmiş aktlarla, şəkillərlə, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdehə həmin aktları imzalamaq təklif olunsa da, cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, işdə olan abonent saldolarından görünür ki, cavabdeh təbii qazdan istifadə etməsinə görə 2018-ci il heç bir ödəniş etməmiş, 2019-cu il üzrə cəmi 6 manat, 2020-ci il üzrə cəmi 10 manat, 2021-ci il üzrə cəmi 10 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödəniş edilməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7266/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), C.Yusifov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
d) Kassasiya instansiyası məhkəməsində icraat
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli 2(102)-1327/2023 saylı qərarı ilə (hakimlər Vidadi Məmmədov, Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7266/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən məlum olur ki, həmin məhkəmələr gəlinən nəticəni əsasən birinci instansiya məhkəməsi tərəfindən ünvanda baxış keçirilməsi və cavabdehin qaz sayğacına müdaxilə etməsi, həmçinin, onun təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməməsi ilə əsaslandırmışlar. Halbuki, bu məsələ xüsusi bilik tələb edirdi və hakimin yerli baxışda nəyi müayinə və təsbit etdiyi işdən aydın olmur. İkincisi, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinin faktiki əsasını cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunaraq, bu barədə 44 ədəd təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların tərtib edilməsi təşkil edir ki, bu sayda aktın gerçək olmayan məlumatı əks etdirməsi ağlabatan və inandırıcı deyil. Cavabdehin həmin aktları imzası ilə təsdiq etməməsi isə bu sənədlərin sonuncuya münasibətdə hüquqi nəticə doğurmasına əngəl olmaq və məsuliyyətdən yayınmaq niyyəti kimi də izah edilə bilər. Hər bir halda 44 ədəd aktın mövcud olması faktı özlüyündə kifayət edir ki, cavabdehin qaz xəttinə özbaşına qoşulması haqda ilkin rəy formalaşsın. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin cavabdehin təbii qazdan istifadəyə görə 2018-ci ildə heç bir ödəniş etməməsinin, 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödəniş etməsinin təbii qazdan qeyri-qanuni istifadə etməsinin sübutu kimi qəbul edilməsi barədə dəlili ilə də bağlı lazımi araşdırma aparmamışdır. Belə ki, işdə olan cavabdehə məxsus abonentin saldosundan görünür ki, o, saldonun “Qaçqın limiti” qrafasının məlumatlarına əsasən, 2011-ci ildə cəmi 210 manat, 2012-ci ildə cəmi 210 manat, 2013-cü ildə cəmi 165 manat, 2014-cü ildə cəmi 210 manat, 2015-ci ildə cəmi 209,30 manat, 2016-cı ilin yanvar və fevral aylarında cəmi 22,50 manat məbləğdə təbii qaz limitindən istifadə etmişdir. Bundan əlavə, eyni saldodan məlum olur ki, cavabdeh 1 ədəd 4 gözlü qaz plitəsi, 1 ədəd samovar və 1 ədəd qızdırıcı radiator peçindən istifadə edir. Bütün bunlar da belə bir sual doğurur ki, əgər cavabdeh onun dediyi və məhkəmələrin də təsdiq etdiyi kimi 2018-ci ildə ümumiyyətlə qazdan istifadə etməmişsə, yaxud 2019-2021-ci illərdə (birlikdə 4 ildə) cəmi 26 manat məbləğdə təbii qaz istehlak etmişsə, o halda o, əvvəlki illərdə qazdan istifadə edərək qarşıladığı enerji ehtiyacını qeyd olunan sonrakı bu illər ərzində hansı alternativ enerji mənbələri hesabına təmin etmişdir? Bu baxımdan, ilk yoxlanılmalı misal kimi, cavabdehin 2018-2021-ci illərdə fərz olunan qazdan imtinasının daha əlçatan sayılan elektrik enerjisinin istehlakında artıma yol açıb-açmadığı da məhkəmələr tərəfindən yoxlanılmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolunda göstərilmişdir ki, “Sədrlik edənin göstərişi ilə video görüntüyə baxış keçirilir.” Lakin nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində həmin görüntünün nədən ibarət olması, hansı sübut əhəmiyyətinə malik olması müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir....”
d) Proses iştirakçılarının izahatı
16. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
17. Təkrar apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
19. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
30. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
31. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; -
32. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir; -
33. Bənd 6.1 Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: -
34. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; -
35. Bənd 6.5 Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
36. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia qismən təmin edilməlidir.
47. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında (abonent kodu: **********00481) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, xx.xx.2016-cı il tarixdə onunla İddiaçı İB arasında qazın alğı-satqısına dair müqavilə bağlanmış, İddiaçı İB-nin əməkdaşları tərəfindən “abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi” əsası ilə aktlar tərtib edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq müvafiq olaraq itirilmiş təbii qazın bərpası məqsədilə Cavabdeh 7354.58 manat borc (cərimə) yazılmış və həmin məbləğ ondan tələb edilir. Məhkəmə tərəfindən, həmçinin, müəyyən edilmişdir ki, sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmış (iş materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP) və quraşdırılan zaman 436.11 manat borc olmuşdur, karta yüklənən məbləğlərdən 53.55 manat borca görə tutulmuşdur. Nəticədə sayğac quraşdırılan zamanadək mövcud olan borcdan 382.56 manat ödənilməmiş qalmışdır.
48. Məhkəmə kollegiyası bildirir ki, hazırki tələbin bir hissəsi aktlarla rəsmiləşdirilmiş cavabdehin qaz xəttindən qeyri-qanuni istifadə etməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü qazpaylayıcısının, yəni iddiaçının üzərinə düşür. Hazırki işdən görünür ki, iddiaçı cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəni təsdiq edən sübutlar qismində tərtib olunmuş aktlara, fotoşəkillərə və video-görüntüyə istinad etmişdir.
49. Məhkəmə kollegiyası iş materiallarında olan və birliyin əməkdaşları tərəfindən cavabdehə yazılmış çoxsaylı aktların hüquqi qüvvəsinə münasibətdə qeyd edir ki, həmin aktlar öz-özlüyündə qaz xəttindən qeyri-qanuni istifadəni təsdiq edən birmənalı sübut kimi qiymətləndirilə bilməz. Çünki onlar iddiaçı tərəfindən imzalanmamışdır, aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya, həmçinin, mövqeyini belə əsaslandırır ki, iddiaçı (qazpaylayıcı) şəbəkəyə özbaşına qoşulma hallarına nəzarət etməli və belə hal aşkar etdiyi təqdirdə cavabdehin istifadə etdiyi qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla təbii qazın verilməsini dayandırmalı idi. Daha sonra itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın ödənilməsini qanunvericiliyə uyğun olaraq cavabdehdən tələb edə bilərdi. Lakin iddiaçı təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə hallarının mövcud olmasını iddia etdiyi 2018-ci ildən indiyədək hər hansı tədbir görməmiş və təbii qazın verilişini dayandırmamışdır.
50. Bununla belə məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə göstərişlərini nəzər alaraq iddiaçının cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödəniş etməsinin təbii qazdan qeyri-qanuni istifadə etməsinin sübutu kimi qəbul edilməsi barədə dəlili ilə bağlı, həm də təbii qazdan istifadə qaydalarının pozulması haqqında çox sayda aktların (44 ədəd) tərtib edilməsinə səbəb olmuş halın gerçəkliyini araşdırmaq zərurəti duymuşdur.
51. Bu zərurətdən irəli gələrək məhkəmə- trasoloji ekspertizası təyin edilmiş, həmçinin sayğacın quraşdırılma tarixi və sayğacın işlək vəziyyətdə olub-olmaması, ünvan 2 ünvanında yerləşən evdə 2018, 2019, 2020 və 2021-ci illər üzrə orta aylıq qaz sərfiyyatının müəyyən edilməsi və sair hallara dair rəy verilməsi üçün İddiaçı İB-yə və Azərbaycan Respublikası Energitika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət olunmuşdur.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli 3-16-16/2 3/1037 saylı ekspert rəyində qeyd olunur ki, 1. təqdimata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi; 2. qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
53. İş üzrə verilmiş mütəxəssis rəyində isə aşağıdakılar qeyd olunmuşdur: 1) Abonent saldosuna əsasən ünvan 2 ünvanında yerləşən evdə 1402AZ**********24 nömrəli G-4 markalı smart-kart tipli qaz sayğacı xx.xx.2016-cı il tarixində quraşdırılmışdır; (Sayğacın quraşdırılma aktı İddiaçı İB tərəfindən təqdim edilməyib, Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında imzalanmış qazın alqı-satqısı barədə xx.xx.2016cı il tarixli 06/001 nömrəli müqavilədə 1402AZ**********24 nömrəli G-4 markalı smart-kart tipli qaz sayğacının xx.xx.2016-cı il tarixində quraşdırıldığı qeyd olunmuşdur) 2) “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı və 4.8-ci bəndlərinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, qaz sayğaclarının üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd olunan normaların tələblərini və abonentin saldosundakı məlumatları (GAZREP) nəzərə alaraq müəyyən edilmişdir ki, qaz sayğacının quraşdırıldığı 2016-cı ilin yanvar ayından etibarən istehlakçı tərəfindən kart vasitəsilə qaza görə ödəniş edilmiş və 1402AZ**********24 nömrəli G-4 markalı smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra işlək vəziyyətdə olmuşdur; 3) ünvan 2 ünvanında yerləşən evdə istismarda olmuş 1402AZ**********24 G-4 smart kart-tipli qaz sayğacı xx.xx.2022-ci il tarixində İddiaçı İB-nin nümayəndələri tərəfindən çıxarılaraq Zenner G-4 markalı **********142 nömrəli smart-kart tipli sayğacla əvəz edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılmış qaz sayğacı ‘Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və nəticə olaraq sayğacın istismara yararsız olması, eyni zamanda sayğacın nasazlığı səbəbindən mənfiyə işlədiyi və üzərində 1562 kub metr dəyəri ödənilməmiş qaz həcminin mövcud olması barədə rəy verilmişdir; 4) Abonentin qaz sərfinə dair saldosundan görünür ki, 2018-ci il ərzində təbii qaza görə ödəniş edilməmiş, 2019-cu il ərzində 6 manat, 2020-ci il ərzində 10 manat, 2021 -ci il ərzində 10 manat məbləğində ödəniş edilmişdir. Bununla yanaşı qaz paylayıcısı tərəfindən qeyd olunan illər üzrə mütəmadi olaraq sayğacdan kənar qazdan istifadəyə görə aylıq dəymiş ziyanın bərpasına dair itirilmiş qaz həcmi hesablanaraq abonentin hesabına daxil edilmişdir...Eyni zamanda ünvan 2 ünvanında yerləşən evin qaz təsərrüfatına xx.xx.2023-cü il tarixində baxış keçirilmiş, evdə 1 ədəd PQ-3 qaz plitəsi, 1 ədəd qənaətli (32 litr tutumu olan) su qızdırıcısının qaz xəttinə qoşulu olduğu, həmçinin qış aylarında qızdırıcı soba üçün nəzərdə tutulan 1 ədəd ayırmanın mövcud olduğu, evin qaz xəttinin mənbəyində Zenner G-4 markalı **********142 nömrəli smart-kart tipli sayğacının quraşdırıldığı və faktiki göstəricisinin 1828 kub metr olduğu müəyən edilmişdir....Mövcud sayğacın quraşdırıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində (9 ay) göstərici əsasında 1828 kub metr qaz həcminin istehlak olunduğunu nəzərə alaraq abonentin orta aylıq qaz sərfiyatı təxminən 203 kub metr təşkil edir. Həmçinin, ünvan 2 ünvanında yerləşən evin elektrik sayğacının abunə haqqında invoys sənədindən görünür ki,, 2018, 2019, 2020 və 2021-ci illərdə qeyd olunan mənzildə yaşayış olmuş və istehlakçı tərəfindən elektrik enerjisindən mütəmadi olaraq istifadə edilmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
56. Məhkəmə kollegiyası iş materiallarını, işdə olan digər sübutları (videogörüntü və s.) və iş üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq hesab edir ki, iş üzrə verilmiş mütəxəssis rəyi əsas götürməli, cavabdehdən aktların tərtib olunduğu dövrü əhatə edən 2018-ci ilin mart ayından 2021-ci ilin noyabr ayına kimi təbii qazdan istifadəyə görə orta aylıq qaz sərfiyyatına uyğun pul tutulmalıdır. Cavabdehin orta aylıq qaz sərfiyyatının 203 kub metr, həmin dövr üçün təbii qazın qiymətinin hər 1 kub metr üçün 0.10 manat məbləğində müəyyən edildiyindən və qeyd olunan 4 il ərzində cəmi 26 manat ödəniş olunduğundan borcun məbləği (203 kub.m. x 44ay x 0.10 man.) – 26 (bu müddət ərzində manatla ödədiyi cəmi məbləğ) = 867.2 manat qaydasında hesablanmalıdır.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 382.56 manat ödənilməmiş borca münasibətdə Mülki Məcəllənin 551-ci maddəsini tətbiq edərək müddətin keçməsi səbəbindən rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarını xatırlatmağı zəruri bilir. Bu Qərarda qeyd olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.”
58. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin 382.56 manat debitor borcun ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, bu hissədə tələb qanuni və əsaslı olub, həmin borc cavabdehdən tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP-dən görünür ki, xx.xx.2016-cı il tarixdə sayğac quraşdırılan zaman 436.11 manat borc olmuşdur, karta yüklənən məbləğlərdən 53.55 manat borca görə tutulmuşdur.Nəticədə sayğac quraşdırılan zamanadək mövcud olan borcdan 382.56 manat ödənilməmiş qalmışdır.
59. Məhkəmə kollegiyası cavabdehdən 400 manat vəkil xərcinin tutulması ilə bağlı hissədə isə iddianı əsaslı saymır. Çünki işdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli vəkil orderinə əsasən İddiaçı İB məhkəmədə hüquqlarının müdafiəsi üçün “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunda vəkil işləyən Nümayəndə ilə müqavilə bağlamışdır. Lakin işdə olan fərqli “PSG Hüquq MMC”-nin hesabından olan çıxarışdan görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh işi bağlı 400 manat haqq həmin MMC-yə ödənilmişdir. Nəticə etibarı ilə, vəkil Nümayəndə göstərdiyi hüquq xidmətləri müqabilində nə qədər vəkil haqqı ödənildiyinə dair sübut mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.
60. Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X3rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
61. İddia ərizəsinə və apellyasiya şikayətlərinə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı iddianın qaldırılması görə 104,05 manat, apellyasiya şikayətinin verilməsinə görə isə 53 manat dövlət rüsumu ödəmişdir.
62. Kollegiya hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 382.56+867.2=1249.76 manat pulun tutulması qənaətinə gəldiyindən tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi kimi cəmi 49 manat (32,5 manat+16,50 manat) cavabdehdən tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir.
63. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq barəsində düzgün nəticəyə gəlmədiyindən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən qətnamə ləğv olunmalı, iddia qismən təmin edilərək Cavabdeh 1249.76 manat borc və 49 manat dövlət rüsumlarının əvəzi, cəmi 1298,76 manat pul tutularaq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
64. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 saylı 24 avqust 2022ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmun olunsun. Cavabdeh 1249.76 manat borc və 49 manat dövlət rüsumlarının əvəzi, cəmi 1298,76 (min iki yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat pul tutularaq İddiaçı İByə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən iddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova