Məhkəmə qərarları › İş №2(103)-3855/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3855/2022

07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3855/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Erşan Tuna Tolganın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1372/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq mənə ödənilməsi” barədə Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-846/2019 № li qətnaməsi dəyişdirilməli və mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərildiyi xx.xx.2021-ci il tarixindən hesablanaraq 19 aprel 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq mənə verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixində Cavabdeh ilə nikaha daxil olmuşdur, həmin nikahdan 19 aprel 2014-cü il tarixində Tahir adlı bir oğulları olmuşdur, aralarında olan problemlərlə əlaqədar olaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-846/2019 № li qətnaməsi ilə nikah pozulmuş və 19 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, nikah pozulan vaxt cavabdehin qazancı və digər gəlirləri ilə bağlı sübut təqdim edə bilmədiyindən iddiaçı sabit məbləğdə aliment tələb etmək məcburiyyətində qalmışdır, hazırda cavabdehin qazancı və digər gəlirləri ilə bağlı sübut əldə etmişdir, belə ki, cavabdehin kifayət qədər yüksək məbləğdə qazancı olsa da, qəsdən bilə-bilə birgə nikahdan olan Tahirin saxlanılması üçün aliment ödəməkdən yayınır, könüllü olaraq uşağın saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda aliment vermək niyyətində deyil, buna görə də iddiaçı, aliment məbləğinin artırılmasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1372/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-846/2019 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 19 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh uşağa görə hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir Qətnamədən narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2007ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaya qarşı irəli sürdüyü dəlilləri (digər iki azyaşlı övladının olması, onların saxlanması xərcləri ilə bağlı hesablarına hər ay müəyyən miqdarda vəsaitin qoyulması, borc və kredit müqavilələri üzrə öhdəliklərinin olması) ilə bağlı istinad etdiyi hallara dair sənədlər və faktlar məhkəməyə təqdim edilsə də məhkəmə bunlara önəm verməmişdir. Apellyasiya baxışı zamanı ididaçının nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək, bildirdi ki, iddiaçı hzırki aliment məbləği ilə uşaqlarını dolandır bilmir. Nümayəndə qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 780508 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2010- cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X9r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 910202 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X9r. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 520105 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2014-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZ-İ seriyalı 333954 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X13 arasındakı nikaha xx.xx.2012-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 354090 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 arasındakı nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 349 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-846/2019 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və X4 arasında olan 304 № ilə qeydə alınmış nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, 19 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 oktyabr 2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh 154 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi, aliment məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" QSC-də işləyir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 5012 manatdır, onun əmək haqqından məcburi dövlət sosial sığorta ödənişləri və qanunvericiliklə nəzərdə tutulmuş digər məcburi ödənişlər tutulduqdan sonra 4499,74 manat əmək haqqı alır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin rədd edilməsi olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan normaların dizpoziyasından göründüyü kimi, cavabdeh tərəfindindən iddia tələbi etiraf edildiyi halda və bu məhkəmə tərəfindən təsdiq edildikdə iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdehin digər iki azyaşlı övladının olması, onların saxlanması xərcləri ilə bağlı hesablarına hər ay müəyyən miqdarda vəsaitin qoyulması, borc və kredit müqavilələri üzrə öhdəliklərinin olması) ilə bağlı istinad etdiyi hallara dair sənədlər və faktlarn məhkəməyə təqdim edilsə də onlara önəm vermədiyini bildirsədə, iş materiallarında olan ərizədən göründüyü kimi, Cavabdeh məhkəməyə müraciət edərək öz hər ay uşağa görə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1372/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar